t s

» » Kadr dəyişikliyinin əsas səbəbi: Dövlət aparatının sağlamlaşdırılması prosesi başlayıb

Kadr dəyişikliyinin əsas səbəbi: Dövlət aparatının sağlamlaşdırılması prosesi başlayıb

8-06-2018, 09:21 Yazar:  Eldar Baxılıb: 85 Çap et
Kadr dəyişikliyinin əsas səbəbi: Dövlət aparatının sağlamlaşdırılması prosesi başlayıb
Bəxtiyar Sadıqov: “Elə bir mexanizm yaradılır ki, həm dövlətimizin təhlükəsizliyi, həm də vətəndaşlarımızın rahatlığı təmin edilsin”; Zahid Oruc: “Meyarlar və tələblər dəyişib, bölgələrin iqtisadi müstəqilliyini təmin edə bilən insanlar önə çəkilməkdədir”

Prezident İlham Əliyev son 10 gündə artıq 4 icra başçısını vəzifəsindən azad edib. Belə ki, ötən həftə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən çıxarılıb. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan R.Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu. R.Yediyarov icra başçısı olduğu müddətdə sahibkarları incitməklə, onların mal-mülkünü yağmalamaqla məşhurlaşmışdı.

Əməllərinə görə R.Yediyarovdan heç də geri qalmayan Ağdam rayonun icra başçısı Raqub Məmmədov da vəzifəsindən kənarlaşdırıldı.

Prezident həmçinin Bakının Binəqədi rayonunda da icra başçısını dəyişdi. Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovun da məmura yaraşmayan hərəkətləri, addımları barəsində mətbuatda çoxsaylı yazılar dərc olunub.

Sonuncu isə iyunun 7-də Tovuzun icra başçısı vəzifədən azad edilib.

“Yeni Müsavat”a danışan Milli Məclisin deputatları bütün bu dəyişiklikləri dövlət aparatının sağlamlaşdırılması prosesinin başlaması kimi xarakterizə etdilər.


Deputat Bəxtiyar Sadıqov bildirdi ki, islahatların məqsədi xalqın rifahını yüksəltməkdir: “Bütün bunlar təbii ki, cənab prezident İlham Əliyevin səlahiyyətində olan məsələlərdir. Cənab prezident köklü islahatlara uyğun olaraq müəyyən kadr islahatları da həyata keçirir. Bu islahatların məqsədi Azərbaycan xalqının rifahını daha da yüksəltmək, qarşıya qoyulan vəzifələrin uğurlu həllinə nail olmaqdır. Eyni zamanda bütün bunlar cəbhə bölgəsində olan prosesləri daim nəzarət altında saxlamaq, orada insanların həyat şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyinin möhkəmləndirilməsinə, sağlam ab-hava yaradılmasına diqqət ayrılmasının nəticəsidir. Aprel hadisələrindən sonra da biz gördük ki, insanlar dövlətlərinə inandığı üçün hərbi-əməliyyatlar dövründə ev-eşiyini tərk etmədi. Zərurət olan yerdə insanlar mütəşəkkil, şüurlu şəkildə təhlükəsiz bölgəyə çəkildilər, əməliyyatlar səngiyən kimi geri qayıtdılar. Yaxud da evləri dağılmış insanlara cənab prezidentin dəstəyi sayəsində yardım edildi və onların mənzilləri bərpa olundu. Yəni bütün bunlar elə bir mexanizm yaradır ki, həm dövlətimizin təhlükəsizliyi, həm də vətəndaşlarımızın rahatlığı təmin edilsin. Bu mənada sərhəd bölgəsinə daim prezidentimizin diqqət ayırması təqdirəlayiq haldır. Yəqin ki, dəyişikliklərin səbəblərindən biri də budur ki, təmas xəttində yaşayan insanların problemləri daha operativ qaydada öz həllini tapsın. Bütün bunlar həm də dövlət aparatının sağlamlaşdırılması prosesinin başlamasıdır. Dövlət aparatının təkmilləşdirilməsi, orada müəyyən islahatların keçirilməsini müşahidə edirik. Cənab prezident hamımızdan yaxşı bilir ki, hansı kadrı harada yerləşdirsə daha uğurlu nəticəyə nail olunar. Buna görə də o, zəruri addımları vaxtında atır”.

Deputat Zahid Oruc ile ilgili görsel sonucu

Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, prezident 7 illik dönəmin başlanğıcında hökumət sistemində köklü dəyişikliklərə getdi:

“Əslində bu, 2015-ci ildən başlayan dalğanın daha da böyük bir miqyas alması mənasına gəlir. Əgər biz məsələyə ayrı-ayrılıqda qiymət versək görərik ki, hökumət cinahında məmurların az qala 70 faizə qədəri dəyişdirilib. Bu, cəmiyyətdən gələn dalğaya və siqnallara da adekvat qərar sayıla bilərdi. Hətta bir çoxlarının gözləmədiyi adamlar da əvəz edildi. Buna bir qədər də təbii proses kimi yanaşmaq lazımdır. Çünki komandada yeniləşmə hər zaman zəruri olur. İkinci tərəfdən, dövrün də özünün fərqli çağırışları var. Bir məqamda, ictimai-siyasi münasibətlər reallığında çox aktiv olan, fayda verən, peşəkarlığı, komanda quruculuğu qabiliyyəti ilə çıxış edənlər gərəkli olur. Ancaq sonrakı dövrdə görürsən ki, fərqli bir şəraitdə üzərlərinə qoyulan vəzifələri yerinə yetirə bilmirlər. Buna görə də düşünürəm ki, qeyd etdiyimiz dəyişikliklərin icra başçılarına da keçməsi çox təbii qarşılanmalıdır. Bu məsələni vəzifədən gedən şəxslərin təftişi üzərində qurmaq fikrində deyiləm. Ancaq biz daha çox bu məsələ üzərində qərarlaşmalıyıq ki, dövlət başçısının hədəfləri, qarşıya qoyduğu çox mühüm məsələlər nədən ibarətdir. İlk növbədə Azərbaycanın bölgələrində vətəndaşların məskunluğu, firavanlığı təmin olunmalıdır. Çünki hər birimiz görürük ki, Bakı yüklənməkdə davam edir. Ev-eşiyini atıb, paytaxtda kirayə ömür keçirənlərin böyük bir hissəsi həm əmək, həm mənzil bazarında, həm də ümumi-ictimai atmosferə yetərində böyük gərginliklər vəd edirlər. Biz burada nə qədər körpülər və tunellər tiksək də bütün bu ağır yükü tam daşıyıb, çəkə bilməyəcəyik. Deməli, biz vətəndaşın qarşısını yaxşı mənada, cazibədar iqtisadi şərtlərlə bölgələrdə almalıyıq”.

Deputat yada salıb ki, prezidentin icra başçılarına çox əhəmiyyətli tapşırıqları olub:

“Yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı prezidentin icra başçılarından çox mühüm istəkləri olub. Bu isə müşavirələrdə dilə gətirilib. Deyilib ki, sizin fəaliyyətinizə cəlb etdiyiniz investisiyaya görə qiymət veriləcək. Açılan iş yerləri əsasında bu, baş tutacaq. Çox arzu edirəm ki, qarşıdakı dövrlərdə ”kəndə dönüş" layihələri həyata keçirilsin. Nə fərqi var ki, ya erməni gülləsindən, ya da başqa amil səbəbindən vətəndaş öz evini qoyub, başqa yerə gəlsin. Bu, sərhəd bölgələrində daha ağır təhlükəsizlik problemi yaradır. Öz sərhədinin arxasında real mülki insanları görməyən əsgər heç şübhəsiz ki, silaha arzuladığımız ən yüksək səviyyədə sarıla bilməyəcək. Bu, həqiqətən də çox ciddi milli təhlükəsizlik problemidir. Ona görə də iş yerlərinin açılması, istehsalat müəssisələri yaradılan zaman onlara xüsusi vergi güzəştlərinin tətbiqi və sairə olacağı təqdirdə icra başçıslarının da obrazı cəmiyyətdə dəyişəcək".

Deputat bildirib ki, bütün bu dəyişikliklər ümumən dövlət üçün faydalıdır: “Bir qədər də 1990-cı illərdən keçən dövrün xarakterinə baxaq. Bir zamanlar ölkədə silahlı dəstələr tüğyan edirdi və Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev komanda üzvlərini təyin edərkən, onların bölgələrdə baş qaldıran silahlı çevrilişlərə dirəniş göstərmək qabiliyyətinə üstünlük verirdi. O adlar, şəxslər hər kəsə bəllidir. Ola bilər ki, bu günün zirvəsindən baxan zaman onlara fərqli qiymət verilsin və intellektual səriştələrindən daha çox qorxmazlıqları qabarsın. Məsələ də budur. Lakin 2000-ci illərdən sonra bölgələrin quruculuğu ilə bağlı texnokratiyanın təmsilçilərinə üstünlük verilməsi əsasında seçim edilirdi. Onlar da bir dövrdə səmərəli oldular. Ancaq indi hesab edirəm ki, meyarlar və tələblər dəyişib. Həqiqətən də bölgələrin iqtisadi müstəqilliyini təmin edə bilən insanlar önə çəkilməkdədir. Elə hesab edirəm ki, bu baxımdan yanaşanda sırf ideoloji, siyasi peşəkarlıqdan daha çox investisiyalarla işləyən, kapital qoyuluşu, vətəndaşları bu sahəyə cəlb edən, bürokratizmdən uzaq, gerçəkdən də qapısı açıq və daha artıq dərəcədə iqtisadi təsisat modelində çalışan qüvvə dövlətin də yükünü azaldardı. Düşünürəm ki, əslində prezident İlham Əliyevin daşıdığı missiya kifayət qədər böyükdür. Siz Amerika prezidentinin ekranlarda hansısa böyük bir sənədə imza qoyduğunu görməkdəsiniz. Onun gedib, regionlarda müşavirə keçirib, hər bir problemə ayrıca diqqət göstərdiyini görmürük. Belə olan təqdirdə Amerikanın birinci şəxsi olmaq insanlara asan gəlir. Həqiqətən də bu, belədir. Çünki qurulmuş bir sistemin üzərində qərar verir. Ancaq bizim reallıqda ölkənin bütün məsələlərinin hamısı birinci şəxsin üzərində daşınmaqdadır. Bu baxımdan bölgələrdəki icra başçıları bu işdə dəyişikliklər, yeniliklər edə bilərlər. Bütün bu addımlar isə ümumən dövlətimizin inkişafına, sağlamlaşdırılmasına xidmət etmiş olar”.

Əli RAİS,
“Yeni Müsavat”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az