t s

» » Prezident sərhəd rayonların başçılarını niyə “təmizləyir”? - “Bütün dosyelər İlham Əliyevə şəxsən təqdim edilir”

Prezident sərhəd rayonların başçılarını niyə “təmizləyir”? - “Bütün dosyelər İlham Əliyevə şəxsən təqdim edilir”

8-06-2018, 08:49 Yazar:  Eldar Baxılıb: 179 Çap et
Prezident sərhəd rayonların başçılarını niyə “təmizləyir”? - “Bütün dosyelər İlham Əliyevə şəxsən təqdim edilir”
Millət vəkili Zahir Oruc prezident İlham Əliyev icra orqanlarında başladığı "təmizləmə işləri”ni şərh edib.

Deputat BakuPost-a açıqlamasında bildirib ki, bu, prezident seçkilərindən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamıdır. Z. Orucun sözlərinə görə, ölkə başçısı qarşıya mühüm strateji vəzifələr qoyub: "Biz onları ambisiyalı proqramlar adlandıra bilərik. Yəni yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət maksimum şəffaf işləməyə çalışmalıdır. Əhali üçün əlçatan olmalıdır. Çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdır. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir
Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”.



Z. Oruc bölgələrdə müşahidə olunan problemləri də sadalayıb: "Xatırlayırsınızsa, cənab prezident bölgələrdə keçirdiyi müşavirələrdə demişdi ki, "biz icra orqanlarının işinə cəlb olunan investisiyaların miqdarına, açılan iş yerlərinə, yaradılan ümumddaxili məhsula və s. görə qiymət verəcəyik”. Əgər biz bu gün təhlillər aparsaq görəcəyik ki, Bakı hələ də yüklənməkdə davam edir. Düzdür, bu prosesin intensivliyi xeyli səngiyib, bölgələrdən paytaxta axının sürəti azalıb. Amma hər il məktəbi bitirən 100 mindən artıq məzun Bakının əmək və mənzil bazarına daxil olur və burada gərginliyi artırırlar.

Məsələnin ikinci tərəfi isə odur ki, bu, bölgələrdə boşluq yaranmasına, təsərrüfat ənənərinin məhv olmasına aparıb çıxardır. Orada istədiyin infrastrukturu qurmağa imkan vermir. Rayonda əgər daxili miqrasiya baş verirsə, o halda orada həyata keçirmək istədiyin layihələr əvvəlki qədər effektiv olmur. Bundan da orada yaşayan digər əhali qrupu ziyan çəkir. Həmçinin torpaq becərilmir. Orda da bizim itkilərimiz daxili məhsuldarlıq baxımından olur”.



Xüsusən sərhəd bölgələrinin icra başçılarının dəyişdirilməsinə diqqət çəkən deputat, xüsusən bu rayonlardan Bakıya əhali axınının qarşısının alınmalı olduğunu deyib:

"Son qərarlarda gördük ki, prezidentin icra başçısını çıxardığı rayonlar ermənilərlə təmas xəttində yerləşir: Gədəbəy, Ağdam, Tovuz bilavasitə ermənilərlə təmas xəttidir.

Bakıya axın məsələsini yenidən xatırladaraq deyirəm ki, əgər hər hansı mülki vətəndaş öz evini, ocağını tərk edirsə, bu, ön cəbhədə dayanan əsgərin mənəvi-psixoloji halına təsir edir. Biz çalışmalıyıq ki, iqtisadi şərtlər, ipotekalar, vergi güzəştləri və s. ilə bölgələrdə aktivliyi bərqərar edək. Bu aktivlik təkcə Bakıdakı yükü azaltmaq baxımından deyil, Bakı ilə bölgələr arasındakı proporsional inkişafı təmin edəcək və axının da qabağı alınacaq”.

Zahid Oruc icra başçısı təyin olunan şəxslərin yeni dövrün tələblərinə cavab verdiyini deyib: "Həm informasiya-kommunikasiya sistemlərini yaxşı bilən, müasir iqtisadi proseslərdən baş çıxaran, onları öz rayonu, əhalisi üçün tətbiq edən, iş adamlarına rayonun qapısını açmağı bacaran adamlar bu təyinatlarda yer almaqdadırlar”.



Deputat qeyd edib ki, prezident İlham Əliyev istənilən dövlət məmurunun işi ilə bağlı ətraflı məlumata malikdir:

"İstənilən icra orqanı nümayəndəsinin, hökumət təmsilçisinin fəaliyyəti ilə bağlı ən mühüm məlumatlar - onların iş əmsalı, bölgədəki atmosfer, vətəndaşlarla münasibətlər və s. kimi parametrlərin hər biri məhz dövlətin birinci şəxsi kimi İlham Əliyevə məlumdur. O dosyelər ən müxtəlif mənbələrdən təqdim olunur. Yeri gəlmişkən, Prezident Administrasiyası siyasi mərkəz kimi müxtəlif sahələr üzrə ən mükəmməl təhlilləri, məlumatların qruplaşdırılmasını və real mənzərəni təqdim eləmək qabiliyyətinə malikdir. Ona görə də bu halda verilən qərarın "köhnələr yarıtmırdılar” şəklində çıxarılmasının əleyhinəyəm. Müəyyən dövr var, hər kəs özünün fəaliyyətini o zaman arealında gerçəkləşdirə bilir, amma ictimai münasibətlər dəyişir, dövlət-vətəndaş əlaqələri üzrə yeni meyarlar ortaya çıxır, texnologiya-kommunikasıya yenilənir. Ona görə də düşünürəm ki, prezidentin komandasında apardığı yenilənmə işinin mahiyyətini düzgün qiymətləndirməliyik. Ölkə rəhbəri istəyir ki, Azərbaycanın gücü regionda və beynəlxalq aləmdə düzgün qiymətləndirilsin. Hər bir komanda üzvü məsuliyyətini dərk etsin, insanlar qarşısında hesabatlı olsun, ölkə rəhbəri tərəfindən verilən tapşırıqların icrası düzgün və vaxtında həyata keçirilsin. Regionlarda atmosfer yerində və düzgün olsun. Hər hansı məsələ ilə bağlı vətəndaş yol alıb gəlib məsələni hansısa hökumət, dövlət orqanı qarşısında qaldırmaq məcburiyyətində qalmasın”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az