t s

» » Biznesmenlər doğum evlərinə də “girdi”- UŞAQ YEMƏKLƏRİ ANALARA MƏCBURİ ALINDIRILIR

Biznesmenlər doğum evlərinə də “girdi”- UŞAQ YEMƏKLƏRİ ANALARA MƏCBURİ ALINDIRILIR

8-06-2018, 08:38 Yazar:  Eldar Baxılıb: 66 Çap et
Biznesmenlər doğum evlərinə də “girdi”- UŞAQ YEMƏKLƏRİ ANALARA MƏCBURİ ALINDIRILIR
Son dövrlərin trendlərindən biri də yeni doğulmuş körpələrə ana südündən əlavə smeslərin verilməsidir. Bəzən bu, südü az olanın ananın seçimi olsa da, bəzi hallarda doğum evləri tərəfindən məcuri alındırılır


Yeni ana olmuş qadınların sözlərinə görə, həkimlər, tibb bacıları xəstəxanalarda analara müəyyən firmaların smeslərini almağı tövsiyə edərək bunun vacib olduğunu deyirlər. Analar başqa firmanın smesini almaq istədikdə, mümkün qədər fikirlərindən daşındırmağa, məsləhət gördükləri smesi aldırmağa, bunun daha yaxşı olduğuna inandırmağa çalışırlar.

Respondentlər iddia edir ki, bu hallar daha çox dövlət xəstəxanalarında baş alıb gedir. Bu isə həmin həkim və tibb bacılarının sözügedən firmalardan faiz alması ilə bağlıdır.Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Tibb universitetinin kafedra müdiri, tibb üzrə ekspert Vüqar Məmmədovun sözlərinə görə, həkimlərin doğmuş qadını və ya ailəsini hansısa firmanın uşaq qidasını almağa məcbur etməsi qanunla doğru deyil:

"Azərbaycan Respublikasının körpələrin və ilkin yaşlı uşaqların qidalanması haqqında qanunu var. Tibb müəssisələrinin vəzifələri var. Ancaq pasiyenti, valideyni yönləndirmək yolverilməzdir.Bu, qanunvericiləyə də tam olaraq ziddir. Onlar bu barədə pasiyentə məlumat, tövsiyə verə bilər. Seçim isə tam olaraq pasiyentin öz işidir. Amma məcbur etmək yolverilməzdir".

Ekspertin sözlərinə görə, xəstəxanalar müəyyən səbəblərə görə hansısa firmaların uşaq qidalarını tibb müəssisəsinə buraxmaya bilər:

"Xəstəxanaya müəyyən səbəblərə görə hansısa qidaların girişini qadağan edə bilərlər. Amma almağa məcbur edə bilməzlər. Ananın südü yoxdursa, həkim smes barədə məsləhət verə bilər. Amma seçim hüququ ananındır".

Bəs həkimlərin qeyd etdiyi kimi həqiqətənmi hazır uşaq qidaları arasında böyük fərq var?

Bu barədə danışan pediatr Xəyalə Quliyeva bütün smeslərin eyni olduğunu qeyd edib.

"Smeslər keyfiyyətə və hazırlanma tərkibinə görə, demək olar ki, eynidir. Bunun sadəcə körpəyə düşüb-düşməməsi faktı ola bilər. Əks halda, bu bahalıdır deyə keyfiyyətlidir və ya əksinə düşüncələri yanlışdır", - deyə pediatr vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
10:25 Ana südü steril deyil Ənənəvi olaraq analar, əgər süd insan bədənində ifraz olunursa, o zaman steril, yəni tərkibində heç bir mikrob və ya bakteriyanın olmamasını düşünür. «The American Journal of Clinical Nutrition» jurnalında çap olunan tədqiqatın nəticələri gözlənilməz oldu. İspaniya alimləri tərəfindən aparılan
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az