t s

» » Millətinə,dövlətinə,Vətənə sadiq və sədaqətlə xidmət edən insan

Millətinə,dövlətinə,Vətənə sadiq və sədaqətlə xidmət edən insan

6-06-2018, 18:54 Yazar:  Eldar Baxılıb: 91 Çap et
Millətinə,dövlətinə,Vətənə sadiq və sədaqətlə xidmət edən insan
Millətinə,dövlətinə,Vətənə sadiq və sədaqətlə xidmət edən böyük ürək sahibi,xeyirxah,səmimi,həyat prinsiplərinə sadiq alicənab insan şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiyim,pərəstiş etdiyim cəmiyyətdə böyük nüfuz sahibi olan Məmməd Əliyev haqqında danışıb,fikir bildirmək olduqca qürurvericidir.

Vətəninə ruhu,qəlbiylə bağlı olan vətənpərvərliyilə seçilərək,hər zaman Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycançılıq ideyalarına sadiq qalaraq,onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin dövlətimizin inkişafı və tərəqqisi naminə apardığı daxili və xarici siyasətini daim dəstəkləmişdir.

Xarici dövlətlərdə Azərbaycanı və Azərbaycanlıları təmsil və təbliğ edən,Azərbaycan həqiqətlərini — Ermənistanın Azərbaycana hərbi təcavüzünü,millətimizə qarşı erməni vəhşiliyini,”Xocalı Soyqırımı” faciəsini geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmasında qətiyyət nümayiş etdiyimiz vaxt bizə daim dəstək olmuşdur.Eyni zamanda prezident seçkiləri zamanı xarici dövlətlərdən Prezidentə dəstək təbliğatımızı bəyənmiş və alqışlamışdır.
Diaspor Rəhbəri Nazir Hətəmov qeyd edir ki,Hörmətli Məmməd Əliyev o ziyalılarımızdandır ki,öz bilik və bacarığını dövlətimizin inkişafı və daha da çiçəklənməsi,xalqının rifahı və rahat yaşayışı naminə yorulmadan sərf edir.Əqidəsinə sadiq,yüksək mədəniyyətə sahib olan Məmməd Əliyevin böyük zəkası hər zaman ətrafa işıq saçaraq gənclərə düzgün yol seçmələrində örnək və bu yolda dayak olmuşdur.
Müasir Azərbaycan gənclərinin və gənclyinin yüksək intelekt və potensila sahib olan qürur duyduğumuz gənclərimiz Məmməd Əliyevin oğulları Heydər,Cavanşir,Ağalar Əliyevlər Azərbaycanı xarici dövlətlərdə layiqincə təmsil edərək,dövlətimiz haqqında müsbət rəy formalaşdıraraq onu yüksək səviyyədə fəxirlə tanıdırlar.
Yüksək insani keyfiyyətlərinə sahib,insan ləyaqətinə böyük hörmət və izzətlə yanaşan xeyirxaxlığın əzəmətli abidəsini şərəf,qürur və ləyaqətlə ucaldan,yüksək mədəni dövlət məmuru prokuror,ədliyyə müşaviri hörmətli ziyalımız Məmməd Əliyevin dəvətiylə görüşümüz zamanı hər birimizə örnək olan keçdiyi çətin və şərəfli ömür yolundan bəhs etdi.Biz gənclərin xidmətini yüksək qiymətləndirərək,bir ağsaqqal kimi qiymətli məsləhətlərini verdi.Bizi özünün ardıcılları kimi görməsi və hər zaman bizi dəstəkləyərək,yanımızda olduğunu bildirdi.Yüksək dostluq və səmimiyyətlə keçən görüşümüzdən hər birimiz məmnun olduq.
Azərbaycan xalqının oğlu fəxrimiz hörmətli Məmməd Əliyevə möhkəm can sağlığı,Vətən naminə çətin,şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az