t s

» » Rəcəb Babaşovun Qazaxdakı quruculuq işlərinə kimlər kölgə salmaq istəyir?..

Rəcəb Babaşovun Qazaxdakı quruculuq işlərinə kimlər kölgə salmaq istəyir?..

5-06-2018, 21:30 Yazar:  memmed memmedov Baxılıb: 200 Çap et
Rəcəb Babaşovun Qazaxdakı quruculuq işlərinə kimlər kölgə salmaq istəyir?..


Son günlər Qazax rayon İcra başçısı Rəcəb Babaşov haqqında media və xəbər saytları qərəzli və sifarişli yazılar dərc edir. Yazılan başlıqlar, xəbərdə verilən məlumatlar sırf böhtan xarakterlidir. Çünki birincisi göstərilən məlumatlar və şikayətçinin dəqiq ünvanı göstərilmir. Şikayətçi şəxslərin adları qeyd olunmur.

Bu cür sifarişli böhtan xarakterli yazıları sifariş edənlər Qazax rayonunda gedən yeniliklər, hər tərəfli inkişaf, obyektiv siyasi fəaliyyət, məmur özbaşınalığının aradan qaldırılması, rüşvətin yığışdırılması və digər fəaliyyətləri görməzdən gələrək bu cür işləri gözləri götürməyəndir.

Rəcəb Babaşov gələn ilk gündən Qazax rayonunda hərtərəfli inkişaf özünü göstərib. Bu insan demək olar ki, günün 24 saatını əhalinin sosial, maddi və digər sahələrinə ayıraraq gecə-gündüz əzmkarlıqla çalışır. Vətəndaş amili ön plandadır. Günün istənilən vaxtı vətəndaş icra başçısıyla fərdi olaraq görüşə bilir öz problemini deyə bilir və bu bir reallıqdır. Bunu Qazax rayon camaatı da hər biri təsdiq edə bilər. Qazax rayon camaatı da yaxşı bilir ki, Rəcəb Babaşov cənabları xalqın içindədir.

Elə bir sahə yoxdur ki, ona nəzarət etməsin və onu diqqət mərkəzində saxlamasın. Elin gözü tərəzidir. El arasında bir misal var milçək mundar olsada könül bulandırır. Hamı bilir ki, qərəzli yazılar həqiqət deyil. Sırf böhtan xarakterlidir. Cənab başçının təmiz vicdanlı işinə kölgə salmaqdır, onu ləkəməkdir. Bu cür xalq üçün çəkilən əziyyəti və fədakarlığı bu cür qiymətləndirmək düzgün deyil. Ən azından yazanda həqiqəti yazmaq və vicdanla yazmaq lazımdır.

Cənab Başçı rayonumuzun inkişafında çox böyük işlər görüb. Misal olaraq: bütün binaların əsaslı şəkildə daxili və xarici fasadları bərpa olunub, yaxın və uzaq kəndlərə və ələxsus sərhəd kəndlərə yenidən asfalt örtüyü döşənib, kəndlərə su xəttləri çəkilib, arteziyan quyuları qazılıb, kənd təsərrüfatı sürətlə inkişaf edir, tütünçülük, baramaçılıq, kartofçuluq və digər sahələr inkişaf elətdirilir.

Yeni fermer təsərrüfatları yaradılaraq işsiz vətəndaşlar işlə təmin olunur. Baxçaların geniş şəkildə təmir-tikintisi davam edir. Təmir olunan bir çox tikililərlə yanaşı Xanlıqlar və Kosalar kəndləri də daxil olmaqla 12 baxçanın da təmir-tikintisinə start verilib. Rayonda quruculuq işləri surətlə davam edir.

Bu cür işləri görən şəxs haqqında bu böhtanları dilə gətirmək belə özü böyük vicdansızlıqdır. Mən bir azad araşdırmaçı və rayon sakini olaraq bu haqsızlığa susmağa vicdanım yol vermədi və bu səbəbdən mən bu məqaləni yazdım.


Bu media və xəbər saytları haqqında ciddi araşdırma aparmaq lazımdır. Qanunla hüquqi ölçü götürülməlidir. Hətta ən ağır halda cinayət məsuliyyətinə görə cəlb olunmalıdır. Çünki Azərbaycan Respublikası Konistitusiyasında informasiya və jurnalistika haqqında qanunda öz əksini tapır.

Orxan SƏFƏROV
müstəqil araşdırmaçı-jurnalist




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az