t s

» » Uçan körpülərdir, yoxsa milyonlar?

Uçan körpülərdir, yoxsa milyonlar?

5-06-2018, 07:47 Yazar:  Eldar Baxılıb: 85 Çap et
Uçan körpülərdir, yoxsa milyonlar?
İyunun 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub.

Körpünün istifadəyə yararsız vəziyyətə düşməsi nəticəsində yolda gediş-gəliş tamamilə dayandırılıb və kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə baş verən gün bir çox kəndlərdə elektirik enerjisi kəsilib, qaz, su və rabitə xətti sıradan çıxıb.

Hadisədən iki gün sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yararsız hala düşən körpüdən 200 metr kənarda yeni alternativ yolun salınacağını bəyan edib.

Baş vermiş problemə görə təbii ki, bir neçə qurum məsuliyyət daşıyır. Fövqəladə hal zamanı səhlənkarlıqla yanaşı qurumlararası əlaqənin olmaması da diqqətdən yayınmır. Belə ki, Müdafiə Nazirliyində su üzərindən ağır döyüş texnikası və şəxsi heyəti keçirmək üçün xüsusi texniki vasitələri (pantonllar) mövcuddur. Hadisə baş verəndən dərhal sonra Müdafiə Nazirliyinin köməyindən yararlanaraq hərəkəti təmin etmək olardı.

Baş vermiş hadisə ilə bağlı fövqəladə hallar üzrə ekspert İskəndər İsmayıl Yenicag.az-a açıqlama verib:

“Sel çayda suyun səviyyəsinin qalxması nəticəsində körpünün qurunta oturan hissəsini yuyub. Quruntu yuduğuna görə, həm də torpaq islanıb. Sürüşmələrin əsas səbəbi artıq yüklənmə və sudur. Burada artıq yüklənmədən söhbət gedə bilməz, sadəcə suyun nəticəsində torpaq hissə yuyulub”.

Körpünün uçmasına gəldikdə, İskəndər İsmayıl bildirib ki, öncə layihəyə baxmaq lazımdır:

“Tikinti zamanı hansı səhlənkarlığa yol verilməsi araşdırılmalıdır. Görünən odur ki, qurunt hissənin aşması gözlənilən idi. Buna qarşı niyə tədbirlər görülməyib? Çay həmişə az gəldiyi üçün problem olmayıb. Sel gələndə isə gözlənilməyən kənar hissədə uçma baş verib.

Bu məsələlərlə məşğul olan mütəxəssislər niyə əvvəlcədən proqnozlaşdırma aparmayıblar? Tikinti zamanı körpünün sürüşməsinə səbəb ola biləcək amillərin aradan qaldırılması üçün əvvəlcədən lazımi tədbirlər görülməyib, görülübsə də, niyə lazımi səviyyədə olmayıb?”.

Texnikaların olub-olmamasına gəldikdə isə fövqəladə hallar üzrə ekspert qeyd edib ki, müasir standartlara cavab verən texnikalarımız var:

“Problem peşə hazırlığının aşağı səviyyədə olmasındadır. Həm də tikinti norma və qaydalarına əməl olunmur. Yoxlamalar zamanı bir çox məsələyə göz yumulur. Kadrların əksəriyyətinin də bilik səviyyələri aşağıdır. Risklərin hesablanması və tədbirlərin görülməsindən isə danışmağa dəyməz”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az