t s

» » İlahiyyatçı Tural İrfandan Qədr gecəsi haqqında

İlahiyyatçı Tural İrfandan Qədr gecəsi haqqında

4-06-2018, 21:27 Yazar:  Tural Baxılıb: 132 Çap et
İlahiyyatçı Tural İrfandan Qədr gecəsi haqqında

Həzrət Aişədən (r.a.) rəvayət edildiyinə görə, Rəsulullah (s.a.s.) Ramazan ayının son on günü məscidə çəkilər, bütün gününü ibadətlə məşğul olar və belə buyurardı: “Qədir gecəsini Ramazanın son on günündə axtarın!”[3]

Peyğəmbərimiz (s.a.s.) digər hədislərində Qədir gecəsinin Ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.[4] Qədir gecəsinin ramazanın iyirmi yeddinci gecəsinə düşdüyünü bildirən hədisi-şəriflər[5] əksər alimlər tərəfindən qəbul edilmiş və bu fikir İslam aləmində geniş yayılmışdır. Böyük İslam alimi: “…Ramazanın iyirmi yeddinci gecəsinin Qədir gecəsi olma ehtimalı çox böyükdür… Madam ki, ümmət o gecəyə bu nəzərlə baxır, inşallah, həqiqətən belə olar”, – demişdir.

Bununla yanaşı, ayın müxtəlif günlərdə görünməsi ramazan ayının başlanğıcına təsir etdiyinə görə Qədir gecəsi də müxtəlif günlərə düşür. Bu səbəbdən də bəzi Haqq dostları hər ehtimala qarşı Qədir gecəsini əvvəlki və sonrakı günlərlə birlikdə əhya etmişdir.

Möhtərəm İslam alimi Qədir gecəsinin gizli olması ilə bağlı deyir: “Bu gecənin gizli olmasının bir sirri vardır. Peyğəmbərimiz (s.a.s.) əvvəl Qədri gecəsinin vaxtını bilirdi, ancaq sonra Ona unut­duruldu.[6] Əhya edilsin deyə. Allah təkcə Qədir gecəsini əhya edənlərə, bəlkə də, lütf edə bilər, amma hər gecəni Qədir bilib əhya edənlərin ondan nəsibini alacağına şübhə yoxdur”.[7]

“Gizli xəzinələri ucuza almağı düşünməməliyik. Ucuzçuların­ nə­sə qazanacağına heç vaxt inanmamışam və inanmıram. Məsələn, inanmıram ki, ucuzçular Qədir gecəsindən həqiqi mənada fay­dalana bilsinlər. Onlar il boyu gözləsinlər, yalnız ramazani-şə­rifin iyirmi yeddinci gecəsini əhya etsinlər və beləcə Allah da Qədir gecəsini layiqincə dəyərləndirənlərə etdiyi lütfləri onlara da bəxş etsin. Bu, mümkün olan şey deyil. Ona görə də Əbu Hənifə – aciz qənaətimcə, Həqiqəti-Əhmədiyənin (Rəsulullahın) ən gözəl təmsilçisi – deyir: “Qədir gecəsini bəzi gecələrdə deyil, ilin bütün günlərində axtarmaq lazımdır. Siz üç yüz altmış gecəni[8] həssaslıqla əhya etsəniz, Allah-Təala o səmimi ürəyinizə iltifat göstərər”.

Kainatın Fəxri Rəsulullah Qədir gecəsinin vaxtını bilirdi. Ancaq bir gün: “Qədir gecəsinin hansı gün olduğunu demək istəyirdim. Bayıra çıxanda gördüm ki, iki nəfər bir-biri ilə mübahisə edir. Başım onlara qarışanda qədir gecəsi unutduruldu”, – buyurmuşdu. Bu sözləri ilə həm möminlər arasında xırda mübahisə və münaqişələrin belə onu necə dərindən yaraladığını, həm də Qədir gecəsinin gizli qalmasının ilahi hikmət olduğunu bildirmişdi. Peyğəmbərimizin (s.a.s.) zamanında Qədir gecəsi Ramazan ayının iyirmi yeddinci gecəsinə düşmüş, daha sonra Rəsuli-Əkrəm (s.a.s.) onu Ramazani-şərifin son on günündə, tək gecələrdə axtarmağı məsləhət görmüşdü.

“Hər gecəni Qədir, hər gələni Xızır bil” kəlamı vəzndə yüngül, qiymətdə ağır ifadədir. Bəli, Xızır (ə) da insanlar arasında məchuldur. Ancaq siz hər kəsə hörmətlə yanaşar, möhtaclara yardım edər, hər kəsin əlindən tutar, bütün insanlara qəlbinizi, qollarınızı açarsınızsa, bir gün iman əhlindən bir Xızıra rast gələrsiniz, sizin də könül bağçanızda çiçəklər açar.

Əgər Allah-Təalaya ürəkdən bağlı deyilsinizsə, Qədiri, Xızırı çətin taparsınız. Ancaq Allah-Təalaya qəlbən bağlanmaqla, Onun sadiq bəndəsi olmaqla bunların sirr pərdəsi qalxar. Hazıra nazirsinizsə, “Dərhal tapım, dərhal deyim, dərhal əldə edim!” – deyə düşünürsünüzsə, hələ çox gözləməli olacaqsınız…[9]




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:10 İlahiyyatçı Tural İrfandan maraqlı təklif: Ölkədə " Quran Mərkəz"ləri açılsın İslamın həqiqi dəyərləri ölkəmizdə düzgün təbliğ olunmalıdır ki, dinə ac olanlar, etiqad ehtiyacında olanlar radikal və sapqın təriqətlərin məqsədyönlü təsirinə düşməsinlər. Elmi-fəlsəfi cəhətdən təbliğ olunmalıdır dinimiz. Çünki müasir insan kompüter əsrində yaşayır. Dini icmalar düzgün və
23:18 “Adəmin övladları bir-biri ilə evləniblər” - Tural İrfandan Elşad Miriyə cavab “İnsanın yaradılışı ilə bağlı Elşad Mirinin "nəzəriyyə"sinə rast gələndən sonra, özü də bilmədən açıq-aşkar ateizmə meyllənmiş bu şəxsə cavab verərək, həqiqəti izah etməyi özümə borc bildim ki, insanlar çaşqınlığa düşməsin”. Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının
11:05 Qədr gecələri nələrə riayət edilməlidir? İslami hədislərə əsasən, Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub. Qurani-Kərimdə buyurulur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” Bu gecədə Quranın başa qoyulması ənənəsi də var. İlahiyyatçı Bəhruz Camal
18:58 Bu gecə Ramazan ayının ikinci Qədr gecəsidir Önümüzdəki gecə müqəddəs Ramazan ayının ikinci Qədr gecəsidir. Mediaxeberleri.az saytının məlumatına görə, bu il Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə (24 iyundan 25-nə keçən gecə, 26 iyundan 27-nə keçən gecə, 28 iyundan 29-na keçən gecə) təsadüf
20:23 Bu gecə Azərbaycanda birinci Qədr gecəsi qeyd olunacaq Müqəddəs "Quran"ın bütöv şəkildə nazil olması Ramazan ayına təsadüf edir. Azərbaycanda birinci Qədr (əhya) gecəsi iyunun 24-dən 25-nə keçən gecə qeyd olunacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan təqviminə görə, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə təsadüf

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az