t s

» » “Bizim Planetdə” Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illlik yubileyindəki çıxışı və Cənub Qaz Dəhlizinin açılışı ətrafında müzakirələr aparılıb

“Bizim Planetdə” Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illlik yubileyindəki çıxışı və Cənub Qaz Dəhlizinin açılışı ətrafında müzakirələr aparılıb

4-06-2018, 14:11 Yazar:  Aysel Baxılıb: 223 Çap et
“Bizim Planetdə” Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illlik yubileyindəki çıxışı və Cənub Qaz Dəhlizinin açılışı ətrafında müzakirələr aparılıb
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi Az Tv- nin “Bizim Planet” verilişində Milli Məclisin Komitə sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov və Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev iştirak ediblər.

Verilişdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və bununla bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamın dövlətçilik ənənələrimiz üçün əhəmiyyətli məqamlarından danışılıb. Prezident İlham Əliyevin mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etməsi də “Bizim Planet”də geniş müzakirə olunub.

Politoloq Rufiz Qonaqov qeyd edib ki, ölkə ərazisində baş verən sözü gedən tədbirlər tarixi və beynəlxalq əhəmiyyət daşıyır. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən təntənəli yubiley mərasimlərinin bu günlərdə də davam etdirilməsini əlamətdar hadisə kimi dəyərləndirlib. Müzakirələr zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda prezident İlham Əliyevin çıxışındakı vacib məqamlara toxunulub. Rufiz Qonaqov bildirib ki, prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay ərzində fəaliyyət göstərməsinə baxmayaraq çox böyük işlər gördüyünü vurğulayıb. İkinci dəfə 1991-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ağır vəziyyətdən çıxa bilmiş və tam inkişaf etmişdir.

YAP İcra katibinin müavini Siyavuş Novruzov müzakirələrə münasibət bildirib. Siyavuş Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə istər xarici, istər daxili siyətdə, istərsə də vətəndaşların hüquq və azadlıqlarının qorunması, müdafisi və s. kimi həyata keçirtdiyi islahatları müasir Azərbaycanın tarixində oynadığı əsaslı rolu kimi dəyərləndirib. Milli Məclisin Komitə sədri Prezidentin 100 illiklə bağlı sərncamını və tədbirdəki çıxışının vacib məqamlarının əhəmiyyətliliyini vurğulayıb. O, bildirib ki, demokratik respublikanın taleyinin əsas məqamları isə ümummili lider Heydər Əliyevin hakimiyyətə dəvət olumasından sonra başladı. Heydər Əliyev fenomenin liderliyi ilə qurulan milli dövlətçilik siyasətimiz daha böyük uğurlarla inkişaf etdirilib.

“Bizim Planet”də müsair Azərbaycan Respublikasının sürətlə inkişafı, beynəlxalq aləmdə öz sözünü deyən bir dövlətə çevrilməsi, yüksələn xətlə iqtisadiyyatın güclənən vəziyyəti, bu sahədə aparılan islahatların və layihələrin genişləndirilməsi müzakirələrlə davam etdirilib. Bidirilib ki, bu baxımdan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində beynəlxalq nümayəndəliklərin iştirakı və dövlət başçısının çıxışı gələcəkdə həyata keçiriləcək prespektivli layihələrin uğurla davam etdirilməsinin göstəricisidir. Verilişdə yeddi nüfuzlu ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Bolaqrıstan, Yunanıstan, Albaniya və İtaliya) iştirak etdiyi Cənub Qaz Dəhlizinin açılış mərasiminin tarixi anlarından danışılıb. Qeyd edilib ki, neft-qaz sənayesi ölkəsi kimi Azərbaycan həm Avropanın, həm də region ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan mühüm tərəfadaş və vacib müttəfiqdir.

Mövzu ilə bağlı çıxış edən Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası çox istiqamətli xarici siyasət yeridir. Bu siyəsətdəki təməl prinsiplərdən ən vacibi bərabərhüquqlu münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıqdır. Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə də Azərbaycan məhz bu meyarlardan və məramlardan çıxış edir. Buna görə də Azərbaycan bu gün sözün əsl mənasında istər Avropa dövlətləri üçün istərsə də Amerika üçün təbii bir tərəfdaşdır. Azərbaycan dövləti çətin geosiyasi coğrafi məkanda yerləşməsinə baxmayaraq beynəlxalq münasibətlərin məsuliyyətli üzvü kimi qlobal prosesslərə öz tövhəsini verir. Bu baxımdan Azərbaycan Cənub Qaz Dəhlizi və digər energetika layihələriylə faydalı tərəfdaş kimi ikitərəfli münasibətlərdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə yeni bir dövrə qədəm qoyub.

“Bizim Planet”də aparılan müzakirələrdə bildirilib ki, Azərbaycanda iqtisadi inkişafla yanaşı qeyri-neft sektorları, kənd təsərüffatı və aqrar sahələrdə aparılan islahatlar, beynəlxalq əhəmiyyətli mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edilməsi ölkəmizin günü-gündən artan nüfuzun göstəricisidir.

BMAM mətbuat katibi Aysel Abbasova




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az