t s

» » Nazirliyin gücü məhkəmə qərarlarından üstündür? - Kənd Təsərrüfatı Nazirliyi 80 yaşlı sakini süründürməçiliyə salıb

Nazirliyin gücü məhkəmə qərarlarından üstündür? - Kənd Təsərrüfatı Nazirliyi 80 yaşlı sakini süründürməçiliyə salıb

4-06-2018, 08:15 Yazar:  Səma Baxılıb: 150 Çap et
Nazirliyin gücü məhkəmə qərarlarından üstündür? - Kənd Təsərrüfatı Nazirliyi 80 yaşlı sakini süründürməçiliyə salıb
“19 ildir əməkhaqqını ala bilməyən ağsaqqal od püskürdü” və “İlham Əliyevin şəxsi nümayəndəsi də tapşırdı, amma...” sərlöhvhəli yazılarda İmişli rayon Kənd Təsərrüfatı İdarəsində çalışan M. Qasımovun Kənd Təsərrüfatı Nazirliyindən 19 ildir ki, 2 illik əməkhaqqını tam ala bilməməsi ilə bağlı şikayətlərini yazsaq da, bu gün də 80 yaşlı qocanın şikayəti təmin olunmur.

Xatırladaq ki, M. Qasımov 4 iyul 1978-ci ildən 11 yanvar 1999-cu il tarixinə qədər İmişli rayon Aqrar Sənaye Kombinatında texniki nəzarət müfəttişi kimi çalışıb. M. Qasımov əvvəlki illər əməhaqqısını tam alsa da, 2 yanvar 1997-ci ildən 11 yanvar 1999-cu il tarixinə qədər əməhaqqısını tam ala bilməyib. Bununla əlaqdar olaraq o, Aqrar Sənaye Kombinatı Səbail rayonunda yerləşdiyi üçün Səbail Rayon Məhkəməsinə müraciət etməli olub. M. Qasımovun dediklərinə görə, məhkəmənin qərarından sonra Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildə ona iki illik əməhaqqı müqabilində cəmi 562 manat ödənilib. M. Qasımov isə həmin pulun çox az olduğunu iddia edir.

Məsələ ilə bağlı “Hürriyyət”in redaksiyasına yenidən müraciət edən M.Qasımov bildirdi ki, Səbail rayon Məhkəməsində bu işə 13 mart 2018-ci il tarixində 27-ci dəfə baxıldı: “Səbail rayon Məhkəməsi bu dəfə işə baxanda sonra Səbail rayon icra məmuru Tural Aşurov məndən də, məhkəmədən də Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi ki, guya, bu işə düz baxılmayıb. Mən də ondan şikayət verdim. Ondan sonra, Bakı Apellyasiya Məhkəməsi mayın 3-də işə baxdı. O da icra məmurunun verdiyi şikayəti ləğv etdi və dedi ki, bir daha heç kim bu qərardan şikayət verə bilməz, bundan sonra isə işi icraya yönəltdi. Amma mən Kənd Təsərrüfatı Nazirliyinə gedib, onlarla əlaqə saxlaya bilməmişəm, zəng edirəm, cavab vermirlər. Bu günə qədər qərar Səbail rayon Məhkəməsinə göndərilməyib. Apellyasiya Məhkəməsinin qərarı ilkin instansiyaya Səbailə Rayon Məhkəməsinə göndərilməlidir, Səbail Rayon Məhkəməsi də qərarı icra məmuruna verməlidir. Dünən getdim, dedilər hələ ki, gəlməyib”.

Səbail rayon İcra şöbəsi qərarı icra etmir

M.Qasımov iddia edir ki, Kənd Təsərüfatı Nazirliyi tərəfindən ona ödənilməli olan məbləğ düzgün hesablanmayıb. Hətta Səbail Rayon Məhkəməsi də iddiaçının şikayətini təmin edərkən göstərib ki, Kənd Təsərüfatı Nazirliyi tərəfindən Mahmud Qasımova ödənilməli olan pul məbləğinin hansı qaydada hesablandığını və indeksasiya edilməsini təsdiq edən sənəd yoxdur. Buna rəğmən, Səbail Rayon icra məmuru Tural Aşurov şikayətçi Mahmud Qasımovdan və Səbail rayon Məhkəməsindən apellyasiya şikayəti verib. Maraqlıdır ki, Səbail rayon Məhkəməsi M. Qasımovun əməkhaqqısının tam ödənilməsi ilə bağlı müvafiq qərar qəbul etsə də, icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsini Səbail rayon İcra şöbəsinə tapşırsa da, icra şöbəsi qərarı icra etmir. Artıq Apellyasiya Məhkəməsi də Səbail rayon Məhkəməsinin 13 mart 2018-ci il taixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edib, hətta Apellayasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilə bilməyəcəyi də vurğulanıb.

Bundan sonra da M. Qasımovun 2 ilik əməkhaqqı Kənd Təsərüfatı Nazirliyi tərəfindən ödənilməsə və Səbail rayon İcra şöbəsi bununla bağlı müvafiq qərarı icra etməsə, deməli, bu məsələdə Kənd Təsərrüfatı Nazirliyinin gücü məhkəmə qərarlarından üstündür. Məhz ona görə də müvafiq qərar icra olunmur.

Qanunları heçə saymaq cəmiyyət olaraq ölkəmizin inkişafını ləngidir

Nəzərə alsaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, onda Səbail Rayon İcra şöbəsi dövlətin adından çıxarılan qərarlara qarşı gəlməklə özü də qanunu pozmuş hesab edilir. Unutmayaq ki, qanunları heçə saymaq və qanunlara məhəl qoymamaq cəmiyyət olaraq ölkəmizin inkişafını ləngidir.

İllərdir əməkhaqqısını ala bilməyən M. Qasımova təzminat ödənilməlidir

Qeyd edək ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, hər gecikdirilən gün üçün Kənd Təsərrüfatı Nazirliyi Mahmud Qasımova ödəniləcək məbləğdən əlavə, əslində, 1% ödəməlidir. Çünki Səbail Rayon icra şöbəsi də, Kənd Təsərrüfatı Nazirliyi də 80 yaşlı qocaya vurulan maddi ziyanla yanaşı, mənəvi zərbə vurduqlarını da unudurlar. Elə məhz buna görə də Əmək Məcəlləsinin müvafiq maddəsi bu məsələdə hüquqi əsas verir ki, illərdir əməkhaqqısını ala bilməyən M. Qasımova təzminat ödənilsin.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az