t s

» » Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub - VIDEO

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub - VIDEO

2-06-2018, 22:57 Yazar:  Eldar Baxılıb: 86 Çap et
Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub - VIDEO
İyunun 1-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.


Baronessa xanım Emma Nikolson və onu müşayiət edən şəxslər görüşdən əvvəl Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasını, şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, xəstələrin müalicəsi üçün istifadə edilən müasir avadanlıqlarla tanış olub, müalicə proseslərini izləyiblər.

Görüşdə akademik Cəmil Əliyev mərkəzin klinik-elmi fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, ölkələrimiz arasında bir sıra strateji istiqamətlər, o cümlədən onkologiya sahəsində olan dinamik və intensiv əməkdaşlıqdan danışıb. O, İngiltərənin Hammersmit Kral Universiteti ilə Milli Onkologiya Mərkəzinin çoxillik əlaqələrinin ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlıqda böyük rol oynadığını və bu əlaqələrin hazırda uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Akademik Cəmil Əliyev bu il mayın 25-də Milli Onkologiya Mərkəzi ilə Böyük Britaniyanın “Royal Liverpool University Hospital” və “University College London Hospital” arasında nüvə təbabəti sahəsində qarşılıqlı elmi-praktik əməkdaşlığa dair memorandum imzalandığını qonaqların diqqətinə çatdırıb. İmzalanma mərasimində iştirak edən Böyük Britaniya Nüvə Təbabəti Cəmiyyətinin sədri, professor Sobhan Vinjamurinin Azərbaycan onkoloqlarının uğurları və əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyi bildirilib. Qeyd olunub ki, razılaşmanın klinik və elmi tədqiqatlar, həmçinin kadr mübadiləsi sahəsində yeni perspektivlər açdığı gözlənilir.

Akademik Cəmil Əliyev Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub.

Görüşdə akademik Cəmil Əliyev 1200 yerlik mərkəzin ən müasir dünya standartlarına malik tibbi avadanlıq və ləvazimatlarla təchiz olunduğunu, müalicə alan xəstələrin 35 faizinin onkoloji müalicə aldığını, qalan 65 faizinin isə diaqnostik məqsədlərlə müalicə olunduğunu bildirib. Baş direktor burada aparılan müalicələrin başlıca məqsədinin xəstələrin ömrünün uzadılması, mümkün olduğu təqdirdə tam sağalmasına yönəldiyini bildirib.

Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edərək onun daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirib, burada onkoloji xəstəliklərin profilaktikası və müalicəsi sahəsində görülən işləri yüksək qiymətləndirib.

Görüşün sonunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səlahiyyətli səfiri Kerol Krofts iştirak edib. (AZƏRTAC)





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:16 Milli Onkologiya Mərkəzində qəbul Aprelin 27-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin(MOM) baş direktoru akademik Cəmil Əliyev Köln Universiteti klinikasının aparıcı neyroradioloqları ilə görüşmüşdür. Uniklinikanın neyroradiologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor
20:57 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az