t s

» » Ziyad Səmədzadə: Xarici borclanma ilə bağlı narahatlığa ehtiyac yoxdur

Ziyad Səmədzadə: Xarici borclanma ilə bağlı narahatlığa ehtiyac yoxdur

31-05-2018, 15:30 Yazar:  Səma Baxılıb: 170 Çap et
Ziyad Səmədzadə: Xarici borclanma ilə bağlı narahatlığa ehtiyac yoxdur
Parlamentin bu gün keçirilən plenar iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Mediaxeberleri.az
xəbər verir ki, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O qeyd edib ki, Milli Məclis dövlət büdcəsinə və bütövlükdə büdcə zərfinə daxil olan qanunların icrasına nəzarət edən bir qurumdur:

“Parlament hər zaman mütəmadi olaraq dövlət büdcəsinin icrası ilə bağlı məsələləri müzakirələrə çıxarır. Bu gün dünyada qlobal risklər artır, konfliktlərin sayı azalmaq əvəzinə, çoxalır. Amma bunların müqabilində Azərbaycan dinamik və sürətli inkişaf yolu ilə irəliləyir.

2017-ci ildə dövlət büdcəsinin icrası zamanı kəsir müşahidə olunub. Ancaq bu da obyektiv səbəblərlə bağlıdır. Yəni kəsir də fiziki şəxslərin gəlir vergilərindən yaranıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlərin həcmində azalma var”.

Z. Səmədzadə həmçinin qeyd edib ki, bir sıra müəssisələrin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı araşdırımalar aparılmalıdır:

“Bilinməlidir ki, bu azad olunmalar iqtisadi artıma necə təsir edib. Onların obyektiv qiymətləndirilməsini aparmalıyıq. Çünki yalnız bundan sonra Milli Məclis hökumət qarşısında müəyyən problemlərin həlli ilə bağlı məsələ qaldıra bilər”.

Komitə sədri onu da diqqətə çatdırıb ki, Vergilər Nazirliyi Vergi Məcəlləsinə müəyyən ciddi dəyişikliklərin olunması ilə bağlı təkliflər hazırlayıb:

“Hesab edirəm ki, bu dəyişikliklər də dövlət büdcəsinin maliyyə təminatının güclənməsinə öz töhfəsini verəcək”.

O, çıxışında ölkədə sosialyönümlü siyasət həyata keçirildiyini xatırladıb və bildirib ki, bu istiqamətdə nəzərdə tutulan bütün layihələrin icrasına nail olunub.

“Bu sahədə heç bir dayandırılma olmayıb. Bununla yanaşı, hesab edirəm ki, təhsil xərclərinin strukturunda dəyişikliklər aparılmalıdır. Yəni, texniki peşə təhsilinin inkişafı üçün büdcədən daha çox vəsat ayrılmalıdır”.

Z. Səmədzadə xarici borclanma ilə də bağlı ciddi narahatlığa ehtiyac olmadığını sözlərinə əlavə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az