t s

» » Eldar Quliyevin həyat yolu, xidməti və fəaliyyəti

Eldar Quliyevin həyat yolu, xidməti və fəaliyyəti

31-05-2018, 15:21 Yazar:  Eldar Baxılıb: 89 Çap et
Eldar Quliyevin həyat yolu, xidməti və fəaliyyəti
1958-ci ildə Laçın rayonunda anadan olmuşdur.1977-ci ildə Gəncə şəhər baza inşaat texnikomunu, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı İnsitutunu (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti ) bitirmişdir.1977-1979-cu illərdə hərbi xidmərdı olmuşdur.SOV.İKP.MK-nin 16 mart, Azərb. KP. MK-nin 5 aprel 1983-cü il tarixli qərarlarlarına əsasən Laçın rayon PK-nin bürosunun qərarı və Laçın rayon İcraiyyə Komitəsinin göndərişi ilə Daxili İşlər orqanlarına işə göndərilmişdir.

Eldar Azərbaycan Respublikasının 5 müxtəlf rayon və şəhərində Polis orqanlarında müxtəlif məsul vəzifələrdə Dövlətçiliyə, Vətənə sədaqətlə xidmət etmək üçün calışmış, əlindən gələn xidmətlərini əsirgəməmişdir. 1992-ci ildə ilk yaranan vaxtlar Azərbaycan Respublikası Polis Akademiyasına daxil olmuşdur. 1993-cü ilin əvvəllərində Vətənimizin, dövlətimizin, xalqımızın ən çətin ağır günlərində israrla, təkidlə “Vətən dardadır,, sən milli kadrsan mütləq getməlisən” deyilərək Saatlı rayon Polis söbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Daxili işlər orqanında dövlətçiliyə xidmətləri.

Daxili işlər orqanında dövlətçiliyə xidmətləri
Ölkəmizdə 1993-cü ildə fövqalədə vəziyyət rejimi elan olunduğu vaxtlar o, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə hərbi komendant təyin olunmuşdur. E.Quliyev qısa zaman kəsiyində Saatlı rayonunda cinayətkarlığa qarşı mübarizəni düzgün təşkil etdiyinə, üzərinə düşən vəzifənin və dövlət tapşırıqlarının öhtəsindən layiqincə gəldiyiyinə, ondan əvvəl baş vermiş bağlı qalan qətl hadisələrinin üstünü açılmasına nail olduğuna, ağ ölüm deyilən bəlanı narkamafiyanı tamami ilə Saatlı rayonunda məhv etdiyinə, qanunsuz silahları yığıb ictimai-asayişi siyasi sabitliyi bərpa edilməsindəki həyata kecirdiyi uğurlu tədbirlərə və dövlətçiliyə sədaqətli xidmətlərinə, ictimai işlərdə abadlıq və bir sıra xeyirxah tədbirlər həyata keçirdiyinə görə 1993-cü ilin avqust ayında DİN-nin kollegiyasında sabiq cənab nazirin əmri ilə mükafatlandırılmışdır. Onun sonuncu təyinatı Azərbaycan Respublikasının sabiq Prezidenti, Ulu Öndər Heydər Əliyevin şəxsi tapşırığı ilə Əli-bayramlı şəhər Poliş şöbəsinin rəisi əvəzi, daha sonra isə rəisi təyin olunmuşdur. Həmin vəzifəyə əmr aldıqdan sonra Ölkə Prezidenti adından sabiq daxili işlər nazirinin ona verdiyi xususi tarşırığı ən ağır şərtlər altında dönmədən layiqincə yerinə yetirmişdir. E.Ə.Quliyev məsul vəzifələrə təyin olunan zamanlar onun işinə məsuliyyətini biliyini, bacarığını, yüksək təşkilatçılığını və peşəkarlığını, Vətənə, Dövlətçiliyə qusursuz sədaqətli xidmətini və digər prinsiplər nəzərə alınmışdır. Eldar müəllim öz həyatında zərrə qədər də olsa müsbət rolu olan, ona qarşı səmimi ədalətli, hörmətli və xoş münasibət bəsləyən hər bir insana böyük hörmətlə yanaşır və bunu yüksək qiymətləndirir! Lakin o, öz həyatını öz imkanları hesabına özü qurmuşdur. Xidmət etdiyi zamanlarda həyata keçirdiy bütün tədbirləri-addımlarını öz təşəbbüsü və öz iradəsi ilə həyata keciriməy nail olmuşdur. Dövlət başçısı müasir Azərbaycan dövlətimizi quranda-qoruyanda, ölkəmizin taleyüklü problemlərinin həlli və torpaqlarımızın azadlığı uğrunda dönmədən çalışıb bu müqəddəs missiyanı yerinə yetirdiyi zamanlar, sabiq polis rəisi Eldar Əmir oğlu Quliyev DİO-da xidmət etdiyi zamanlar ən ağır şərtlər altında dönmədən Ali Baş Komandanın mövqeyinə və bütün çağırışlarına əlindən gələn köməyini və dəstəyini əsirgəməmişdir! (Qeyd edilən faktları, məlum real həqiqətləri E.Ə. Quliyevin müxtəlif vaxtlarda aşağıda adını qeyd etdiyi mətbuat orqanlarında, hüquqi sənədlərdə dəqiq faktlarla göstərmişdir.) O, daim üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir! Ölkə Prezidenti Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ayrı-ayrı vaxtlarda təyin etdiyi hər üç daxili işlər nazirlərinin əmrləri ilə mükafatlanmışdır! Onun uğurlu fəaliyyətini Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdüri hörmətli cənab Fuad Ələsgərov respublikada cinayətkarlığa qarşı mübazəni düzgün təşkil edən 2- Polis rəisinin birinin məhz Eldar Quliyev olmasını 1994-cü ilin sonuna həsr olunmuş kollegiya iclasında xususi və müsbət qiymətləndirmişdir. Həmin ilin yekununda Əli-Bayramlı şəhər polis şöbəsinin ümümi göstəriciləri respublika göstəricilərindən yüksək olmuşdur. Sonuncu daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə 1995-ci il yanvar ayının sonunda Polis rəisi E.Ə.Quliyevin qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında yayılmışdır. Bu tədbir DİN-nin “Mübariz keşikdə” qəzetində və dövlət televiziyasının “İnsan və Qanun” verilişi vasitəsi ilə 1995-ci ilin fevral ayının əvvəlində ölkə ictimayyətinə təqdim olunmuşdur.

İctimai işlərdəki,fəaliyyəti
Eldar Əmir oğlu Quliyev bununla yanaşı ictimai işlərdə, ölkəmizdə yeni başlayan abadlıq tikinti, quruculuq işlərində də fəal iştirak etmişdir. Ölkə Prezidenti 1994-cü ilin əvvəllərində Milli Məclisin sessiyasında bəzi ictimai-siyasi təşkilatlara irad tutub heç bir ağaç əkmədiklərini, daşı-daş üstünə qoymadıqlarını onların nəzərinə catdıranda, Eldar müəllim bu haqlı iradı örnək kimi qəbul edib, Əli-bayramlı şəhərinin tullantı yerinə cevrilmiş, ucub dağılmış bərbad vəziyyətə düşmüş 80 hek. yaxın mədəniyyət-istirahət Parkını hec bir dövlət vəsaiti xərclənmədən polisin və şəxsən özünün fiziki zəhməti qismən əmək haqqları hesabına 2- ilə inşası başa catması mümkün olduğu halda, 6 ay müddətinə gecə-gündüz çalışıb yüksək zövqlə abadlaşdırıb, Əli-bayramlı ictimayyətinin ixtiyarına vermişdir. Onun bu xidmətinə görə mədəniyyət nazirinin sabiq müavini hörmətli Şamil Axundovun adından 20. 09. 1994-cü il tarixdə rəis Eldar Əmir oğlu Quliyevə təşəkkür məktubu göndərilmişdir. Bu tədbir 1994-cü ilin payızında Dövlət televiziyasının “Ekologiya” proqramı vasitəsi ilə ölkə ictimayyətinə çatdırılmışdır.

Terrora qarşı mübarizəsi
Eldar Əmir oğlu Quliyev Vətənimiz Azərbaycanın milli təhlükəsizliyinin qorunmasında, müdafiə, olunmasında ölkəmizdə baş verə biləcək böyük maşstablı 2- ağır qanlı terror hadisələrinin qaşısının alınmasında və ifşa olunmasında birbaşa fəal iştirak etmişdir. 1994-cü ilin payızında və qışın əvvəllərində Ermənilərin ASALA terror təşkilatı ilə birgə digər ölkənin Azərbaycana qarşı hazırladığı və Bakı şəhərində strateji obyektlərdə, metrolarda, əhalinin gur yerlərində keçirilməsi nəzərdə tutduqları terror hadisəsinin qarşısının alınmasında, bu planın ifşa olunmasında fəallıq göstərmişdir. Müəyyən qısa zamandan sonra yenidən Ermənistan xususi xidmət orqanının məxfi əməkdaşı vasitəsi ilə paytaxtımızın metrolarında və əhalinin digər gur yerində strateji obyektlərində həyata keçirmək istədikləri terror hadisəsinin qarşısının alınmasında və ifşa olunmasında müstəsna xidmətlər göstərmişdir.( Bu barədə dövlətin mühüm qurumları məlumatlıdırlar.

Qaçqın və köçgün soydaşlarımızın yaxşı tanıdığı ünvan
E.Quliyev ölkəmizdə 1988-ci ildə başlayan taleyüklü proseslərdə müsbət mənada iştirakı uğurlu fəaliyyəti və xidmətləri olmuşdur! (Bu barədə çoxsaylı faklar bunun bariz nümunəsidir.) Vətəninə, torpağına, xalqına, dövlətinə sonsuz sevgisi olan Eldar Əmir oğlu Quliyev Azərbaycanın taleyüklü məsələlərindən heç vaxt kənarda qalmayıb. O, 1988-ci ildən başlayaraq doğma yurd-yuvalarından didərgin qacqın və köcgün düşmüş ilk öncə Qərbi Azərbaycanlıların Qırmızı Körpüdə daha sonra Şuşadan, Xocalıdan, Kəlbəcərdən, Laçından (Vətəninin başladığı Laçın rayonundan köçgün gələn həmvətənlərimizin Şəmkir rayonnun üc dağ kəndində, Bakıda, Ağcəbədinin Taxtakörpü deyilən əörazisində, Qarabağda, Şirvan- Muğan zonalarında yerləşməsində, onların qismən işə düzəldilməsində, maddi-mənəvi köməklik edilməsində imkanı daxilində və şəxsi hesabına əlindən gələni əsirgəməmişdir!) Ağdamdan, Qubadlıdan, Zəngilandan, Fizulidən, Cəbrayıldan qaçqın və köçgün düşmüş soydaşlarımızın qarşılanmasında, onların yerləşməsində, problemlərinin həllində, bəzilərinin qismən işə düzəlməsində, maddi-mənəvi köməkliklər edilməsində imkanı daxilində və şəxsi hesabına əlindən gələn köməyi dəstəyi əsirgəməmişdir. E.Ə.Quliyevin xidmət etdiyi rayonlarda və şəhərdə ümumən Şirvan-Muğan, Qarabağ, Şəmkir, Gəncə zonalarında və Bakıda yerləşən qaçqın və köçgün soydaşlarımızın problemlərinin həllində əlindən gələn köməyi dəstəyi və yardımı əsirgəməmişdir! Xalqımızın ən çətin günlərində Dövlət Qaçqınlar Komitəsinin sabiq sədr müavini hörmətli Ədalət Fətəliyev ona zəng edib qaçqınların Şirvan-Muğan və başqa zonalarda problemini bildirən zaman, polis rəisi Eldar Quliyev dərhal həmin problemi imkanları və öz şəxsi hesabına həll edib, nəticəsini ona bildirirdi. Elə bir qaçqın və köçgün ailəsi tapılmaz ki, E.Ə Quliyevin qəbuluna, yaxından tanıyanlar isə hətta evinə gedib öz problemlərinin həllinə nail ola bilməsinlər. Bütün bunlarla yanaşı o, xidmət etdiyi rayon və şəhərdə az təminatlı ailələrə və ailə başçısını itirmiş ailələrə, şəhiq ailələrinə və başqa millətlərin nümayəndələri də daxil olmaqla tənha qocalara əlindən gələn maddi-mənəvi, tibbi yardım və köməklilklərini əsirgəməmişdir. Çünki Eldar Əmir oğlu Quliyev xalqının ən çətin günlərində sadəcə olaraq bunu özünün vətəndaşlıq, vicdan və insanlıq borcu hesab edib.

Vətənin qorunmasında həmişə ön cəbhədə
Bütün bunlarla yanaşı Eldar müəllim vətəni Azərbaycana olan sonsuz sevgisi bəslədyinə görə 1988-ci ildən başlayaraq erməni silahlılarının Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin qarşısının alınmasından da kənarda qala bilməzdi. O, Vətənimiz Azərbaycanın qorunmasında, müdafiə olunmasında, ərazi bütovlüyümüzün təmin olunması uğrunda erməni işğalçılarına qarşı gedən savaş zamanı sinəsini düşmən gülləsinə sipər edib əmrlə və könüllü olaraq bütün istiqamətlərdə Qazax rayonunun Kəmərli yüksəkliyində, Tərtər rayonunda, Tovuzun Hacıallı yüksəkliyində, Goranboyun Şəfəq kəndində, Ağdamın Abdal Gülablı yüksəkliyində, Ağdam rayonu işğala məruz qaldığı ən çətin zamanlarda, Laçının Güləbird yüksəkliyində, Qubadlının Mizmindağ yüksəkliyində, Füzuli və Cəbrayıl rayonlarının müdafiəsində əmrlə və könüllü olaraq düşmənlə üz-üzə sinəsini düşmən gülləsinə sipər edib vətənimiz Azərbaycanı qorumuşdur! Vətənin qorunmasında göstərdiyi kömək və dəstək

Həmin illərdə təhcizatın zəif və çətin vaxtlarında vətənimiz Azərbaycan uğrunda vuruşan əsgərlərimizin bir cox istiqamətlərdə təhcizatına imkanları və şəxsi hesabına daxildən və kənardan əlindən gələn köməyi, mümkün olan hec nəyini əsirgəməmişdir! O, Gədəbəyin Başkəndin azad olunmasında Şəmkir PŞ-nin sabiq rəisinin əmri ilə iştirak etmişdir. Eldar Əmir oğlu Quliyev vətənin müdafiə olunmasında savaş zamanı dəfələrlə real ölüm təhlükəsi ilə üz-üzə qalsa da, Vətənimizin qorunmasında, müdafiə olunmasında, atəşkəsə qədər və DİO-da xidmət etdiyi son günədək iştirak etdirmişdir! O, həyatda sağ qalmasını xoş təsadüf və Allahın lütvü hesab edir. E.Ə. Quliyevin Vətəninə, Dövlətinə və xalqına göstəmiş olduğu bu xidmətlər onun Vətəninə, torpağına, millətinə və xalqına sonsuz sevgisindən irəli gəlmişdir! Ona görədə o, bu xidmətlərini sadəcə olaraq həmişə özünün vətəndaşlıq vicdan və ləyaqət borcu hesab etmişdir və edir! O, 2016-cı ilin aprelində erməni işğalçılarının vətənimizə qarşı hücümuna cavab olaraq gedən aprel döyüşləri zamanında dövlət başçısına rəsmi müraciət edib, Vətənimizin qorunması, müdafiə olunması, işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs missiyanı yerinə yetirən Ali Baş komandanın əmrində müsəlləf bir əsgər kimi həyatının və yaxud qələbənin sonunadək hazır olduğunu bildirmişdir! Onun bu mövqeyi qətidir və dəyişməz olaraq qalmaqdadır!

Babaların başladığı yolun davamı
Eldar Əmir oğlu Quliyevin babası və atası da öz dövrünün el ağsaqqallarından sayılıb! Vətənimizi qanları bahasına yad ellilərdən qoruyub müdafiə etmişlər. 1905, 1915 və 1918-ci illərdə onun babası qanı bahasına vətənəmiz Azərbaycanı qorumuşdur! Atası Əmir Quliyev könüllü olaraq İkinci Cahan Savaşında ağır yaralansa da arxa cəbhəyə qayıtmaqdan qəti imtina edərək, qələbəyədək qanı bahasına vətənimiz Azərbaycanı qorumuşdur. 1945-1948-ci illərdə yenidən Saxalin adalarında ümumi vətənimizi yad ellilərdən müdafiə etmişdir! Həmişə milli barışın tərəfində!

Eldar Əmir oğlu Quliyev cinayətkarlıqla mübarizədə, Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətli bir əsgər olduğu kimi, ölkəmizdə baş vermiş və baş verə biləcək ağır silahlı qarşıdurmaların baş verməməsi, hadisələrin danışıqlar sülh, barış yolu ilə həll olunması və qarşısının alınmasında bir insan, bir vətəndaş və bir ziyalı kimi əlindən gələni köməyi əsirgəməmişdir. O, Saatlı rayon Polis söbəsinin rəisi və hərbi komendantı kimi xidmət etdiyi zaman 1993-cü ilin iyun ayının sonu və iyul ayının əvvələrində Gəncədən gələn silahlı dəstə ilə Saatlı hərbicilərinin arasında yaranmış ciddi silahlı qarşıdurmanın qarşısının danışıqlar, sülh və barış yolu ilə alınmasına və sona çatmasına ziyalıların və ağsaqqalların köməyi ilə nail olmuşdur! 1994-cü ilin oktyabr ayında baş vermiş hadisənin daha ağır nətiçələrə səbəb olmaması və hadisənin qarşısının danışıqlar sülh və barış yolu ilə həll olunması və sona çatması ücün əlindən gələn köməyi və dəstəyi əsirgəməmişdir!

Dövlətçiliyin sabitliyin və barışın tərəfdarı
Eldar Quliyev 1995-ci il məlum mart hadisəsinin baş verməsini televiziyadan izləyib barışdırıcı mövqey tutmuş, hadisənin baş verməməsi, danışıqlar sülh və barış yolu ilə sona çatması ücün dərhal hərəkətə kecmiş əlindən gələn bütün cəhdləri və tədbirləri var gücü və bütün varlığı ilə əsirgəməmişdir! Sabiq Polis rəisi Eldar Əmir oğlu Quliyevin o zaman xidmət etdiyi Əli-Bayramlı şəhərində ictimai-asayiş, siyasi sabitlik pozulmamış, ümumən heç bir qanun-qayda pozuntusuna yol verilməmişdir! Bu danılmaz tarixi bir həqiqətdir. E.Ə. Quliyevin barəsində o zamanlar tələsik 28 mart 1995-ci il tarixdə mətbuat, 07 aprel 1995-ci il tarixdə televiziya vasitəsi ilə yayılmış, əvvəlcədən təşkil olunmuş qondarma, uydurma məlumatlar qətiyyən həqiqətə uyğun olmamışdır! Onun barəsində yayılmış uydurna məlumatların əsl səbəbi Azərbaycanın Prezidenti Heydər Əliyevin şəxsi göstərişini heç bir güzəşt olmadan, dönmədən, ən ağır şərtlər altında müsəlləf bir əsgəri kimi layiqincə yerinə yetirməsi olmuşdur. Məhz buna görə də mərhum rəisin qatilinin yaxınları və havadarları ona qarşı tutduqları qərəzli mövqeyin nəticəsi olaraq, yaranmış qarışıq vəziyyətdən məharətlə istifadə edib onun barəsində mövcud olmayan, uydurma-qondarma iftira xarakterli məlumatlar təşkil edib mətbuat vasitəsi ilə ölkə ictimayyətinə yayılmasına səbəb olmuşdular! Eldar müəllimin bütün cəhdlərinə, respublikanın rəhbər orqanlarına rəsmi və “Mühakimə” qəzeti vasitəsi ilə müraciətlərinə, bəzi görüşlərinə baxmayaraq o, barəsində yayılmış uydurma məlumatlara təkzib verilməsinə nail ola bilmədiyi ücün məcbur olub hələ 14-aprel 1995-ci il tarixdə “Müstəqil” qəzetinə verdiyi geniş müsahibədə həmin məlumatların həqiqətdən uzaq iftira olmasını bildirmişdir. Elə həmin müsahibəsində barəsində uydurulmuş məlumatların araşdırılıb təhqiq olunmasını DİN-dən və Baş Prokurorluğun rəhbərliyindən xahiş etmişdir.

Siyasi, hüquqi müstəvidə tam bərahəti
Eldar müəllimin göstərdiklərinin tamami ilə doğru və əsl həqiqətlər olmasını onun məlum hadisələrlə heç bir əlaqəsi və təqsiri olmamasını ilk öncə Ölkə Prezidenti səviyyəsində 1995-ci il may ayının əvvəli siyasi müstəvidə təsdiq olunmuşdur! E.Ə. Quliyev barədə yayılmış uydurma, qondarma məlumatların həqiqətə uyğun olmaması uzun müddətli araşdırmadan sonra 1998-ci ilin yazında Baş Prokurorluq səviyyəsində hüquqi müstəvidə tam təsdiq olunmuş, bu barədə Baş Prokurorluğun rəhbərliyi adından ölkə rəhbərliyinə geniş arayış göndərilmişdi! Nəhayət Eldar müəllimin məlum hadisələrlə heç bir əlaqəsi və təqsiri olmaması Baş Prokurorluğun ağır cinayətlərə dair istintaq idarəsində məlum hadisə ilə əlaqədar 15- il mütamadi aparılan istintaq zamanıda öz təsdiqini dövlət səviyyəsində tapmışdır! Baş Prokurorluq tərəfindən E. Ə. Quliyevin rəsmi müraciətinə əsasən onun ünvanına 06 iyun 2016-cı il tarixdə göndərilən rəsmi geniş məktubda da bir daha onun məlum hadisə ilə heç bir təsdiqinin olmaması öz təsdiqini tapmışdır! Bütün bunlarla yanaşı Eldar müəllim 2005-ci ildə ölkəmizdə keçirilən demokratiq parlament seckilərində 121 nömrəli Laçın seçki dairəsindən iştirak etmişdir. Səs vermə zamanı seçicilər ona öz hörmətini və rəğbətlərini bildirmişlər!

Vətəni seçmirlər sevirlər
Eldar Quliyev hər zaman Azərbaycan dövlətçiliyin, ölkəmizdə sabitliyin, milli barışın birliyin və milli həmrəyliyin tərəfində olmuşdur! Dövlət başçısı Ulu Öndər Heydər Əliyev hələ 1993-cü ilin iyul ayında ölkədə milli həmrəylin vacibliyi təşəbbüsü ilə cıxış etdi. Həmin vaxt Saatlı Polis şöbəsinin rəisi və hərbi komendantı olan Eldar Əmir oğlu Quliyev məlum təşəbbüsü ilk dəstəkləyənlərdən və həyata kecirənlərdən olmuşdur. “Ədalət” qəzetinin 19.07 1993-cü il tarixli sayında bu barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı E.Ə.Quliyev müharibə gedən vətənimiz Azərbaycanda milli birliyin vacibliyini 29.04.1994-cü il tarixdə “Müstəqil” qəzetində, mart 1994-cü il tarixdə “Ədalət” qəzetinə verdiyi geniş müsahibəsin öz fikirlərini ətraflı bildirmişdir! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2004-cü il sentyabr ayında dövlət səviyyəsində milli barış olmasını, kecmişdə olanların üzərindən görünməyən bir xətt çəkdiyini bildirdi! Dövlət başçısının atdığı xoş məramlı addımı, onun daxili siyasətinin əsası olan milli barış və birlik humanist təşəbbüsünü, Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqe tutan bəzi ölkə xarici qüvvələrdən vətənimizin böyük maraqlarının və təhlükəsizliyinin qorunması kimi müqəddəs missianı yerinə yetirilməsində, Ölkə Prezidentinin göstərdiyi xidmətlərini, onun əməli işlərini və bütün çağırışlarını dönmədən Eldar müəllim ilk dəstəkləyənlər sırasındadır! O, bu gün də həmin mövqeydədir! O, bütün bunları sadəcə olaraq özünə vətəndaşlıq borcu hesab edir! O, bu barədə 13-14 mart 2013-cü il tarixdə “Gündəm” qəzetində və 09 aprel 2013-cü il tarixdə “525-ci qəzetndə öz fikirlərini ətraflı bildirmişdir!

Əsl vətəndaş mövqeyi
E.Ə.Quliyev layiqli bir vətəndaş olaraq Vətəninə, dövlətçiliyə, xalqına milli birliyin möhkəmlənməsinə dönmədən ən ağır şərtlər altında daim calışmış, bu amala sədaqətlə xidmət etmək ücün əlindən gələni əsirgəməmişdir! “Ədalət” qəzetinin 19.07. 1993-cü il sayında ölkə vətəndaşlarını milli həmrəyliyi dəstəkləməyə çağırmışdı. “Müstəqil” qəzetin 29 aprel 1994-cü il tarixli sayında “Bu gün xırda inciklikləri böyütməyin vaxtı deyil” adlı müsahibədə fikirlərini bildirmişdir. Həmin müsahibədə xususi vurğulayır ki, biz gücümüzü el gücünə çevirməyi bacarmalıyıq, nəzərə almalıyıq ki, biz ermənilər kimi hiyləgər düşmənə rast gəlmişik. Ayrı- seckilik yaratmaq, müxtəlif qruplara bölünmək qələbəmizə ciddi əngəl yarada bilər. Əlbəttə birləşmək ücün mən bir addım atıramsa, sən də bir addım atmalısan. Məncə birlik bu cür yarana bilər. Unutmaq olmaz ki, öncə Vətənimiz olmalıdır, sonra biz! İndi xırda inçiklikləri böyütməyin vaxtı deyil! “Ədalət” qəzetinin mart 1994-cü il sayında isə “İş otağında qətlə yetirilmiş polis rəisinin kreslosunda oturmaq o qədər də asan deyil” başlıqlı müsahibəsində isə xususi ilə vurğulayır ki, Vətənimizin işğaldan azadlığı uğrunda hər bir vətənsevər eləcə də mən lazım gələrsə həyatımızı qurban verməyə hazır olmalıyıq! “Ədalət” qəzetinin 17 mart 2012-ci il sayındakı “Həmişə milli birliyin tərəfində olmuşam” adlı müsahibəsində vuğulayır ki, heç bir günahım olmaması tam təsdiq olundu. “Gündəm” qəzetinin 13-14 mart 2013-cü il tarixli sayında “Amalım həmişə Vətəni, sabitliyi, dövlətciliyi qorumaq olmuşdur!” başlıqlı müsahibəsində xususi ilə qeyd olunur ki, bəzilərindən fərqli olaraq həmişə milli birliyin tərəfində olmuşam, özü də hələ 1993-cü ildən. “525-çi qəzet”in 09 aprel 2013-cü il tarixli sayında “Vətəni seçmirlər, sevirlər” başlıqlı müsahibəsində isə vurğulayır ki, dövlətçiliyi, sabitliyi qorumaq, milli birliyin təmin olunması üçün addımlar atmaq hər birimizin borcu olmalıdır. Eldar müəllim onu da qeyd edir ki, Vətən qorunanda, müdafiə olunanda, azad ediləndə Vətən olur! E.Ə. Quliyevin həmin qəzetlərə verdiyi müsahibələrdə göstərdiyi faktlar və hüquqi sənədlər yuxarıda göstərilən faktların gün kimi doğru və həqiqət olmasını şəksiz tam təsdiq edir!

Kimin nə deməsindən asılı olmayaraq həqiqət hec zaman dəyişmir

Onun gorüb həyata keçirdiyi tədbirləri xidmətləri və barəsində göstərərilən real həqiqətlər onu deməyə kifayət qədər əsas verir ki, Eldar Əmir oğlu Quliyevin müstəqilliyin əldə olunmasında, qorunub saxlanmasında, ölkəmizdə baş vermiş qarşıdurmaların baş verməməsi sülh və barış yolu ilə qarşısının alınmasında, ölkəmizin milli təhlükəsizliyin və Vətənimizin qorunmasında, vətəninə xalqına, milli maraqlara, milli birliyə və dövlətçiliyə sədaqətlə xidmət etmək ücün çalışmış bu yolda əlindən gələni əsirgəməmişdir! Onun barəsində bəzi ədalətsiz səviyyəsiz bədxah, paxıl, xain və qısqanc insanların, əsassız həqiqətə uyğun olmayan söz-söhbətlər yaradan və hərtərəfə daşıyan qeyri ciddi yaramaz qaraguruhçuların və ümumən kimliyindən asılı olmayaraq, onun barəsində kimin hansı qərəzli mövqey tutmasından, onun barəsində nə düşünməsindən asılı olmayaraq həqiqət heç zaman dəyişmir! Eldar Quliyevin həyatı və fəaliyyəti xalqın və dövlətin gözü önündədir. Uzun illər Eldar Qiliyevi cəmiyyətə yanlış təqdim etməyə çalışsalalr da zaman ən böyük hakimdir! Bütün sınaqlardan üzü ağ çıxmışdır

Eldar Quliyev harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq o, oradan alnı açıq üzü ağ çıxmışdır! O, vətənimiz Azərbaycanın böyük maraqlarını, Dövlətçilik və ümummilli maraqlarını hər şeydən uca tutmuş və ona sədaqətlə xidmət etmək üçün calışmış, mümkün olan əlindən gələn hec nəyini əsirgəməmişdir! Bunu isə hər zaman özünə vətəndaşlıq vicdan və ləyaqət borcu hesab etmişdir və edir! Onun Vətəni xalqı dövləti milləti və ümumən ölkə ictimayyəti və Ölkə rəhbərliyi qarşısında alnı açıq, üzü ağdır! Ölkəmizdə ona qarşı kimin hansı siyası mövqe tutmasından asılı olmayaq Eldar Əmir oğlu Quliyev Vətənimizdə sabitliyin, tərəqqinin, inkişafın tərəfindədir. O, həmişə Azərbaycan dövlətinin böyük maraqlarının təhlükəsizliyinin müdafiəsi yolunda çalışıb, bundan sonra da çalışmağa hazırdır. Eldar müəllimin tutduğu mövqeydən, addığı addımdan, onun hec bir təqsiri olmadan öz iradəsindən asılı olmayan səbəblərə görə 21 mart 1995-ci il tarixdən işsizdir.

Ailəlidir iki övladı dörd nəvəsi var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az