t s

» » Paşinyan Putinlə görüşündən danışdı: "Qarabağda müharibə istəmirik"-VİDEO

Paşinyan Putinlə görüşündən danışdı: "Qarabağda müharibə istəmirik"-VİDEO

30-05-2018, 14:09 Yazar:  Eldar Baxılıb: 195 Çap et
Paşinyan Putinlə görüşündən danışdı: "Qarabağda müharibə istəmirik"-VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan "Deutsche Welle" telekanalında həftəlik yayımlanan "Nemtsova müsahibə” proqramının qonağı olub.

AzVision.az xəbər verir ki, aparıcı Janna Nemtsova Paşinyanla söhbətdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Jannanın “Siz 9 mayda Dağlıq Qarabağda oldunuz. Putinlə görüşünüzdə Qarabağ münaqişəsinin nizamlanması mövzusunu müzakirə etdinizmi?” sualına Ermənistan baş nazirinin cavabı belə olub:

“Əlbəttə, Putinlə bu haqda danışdıq. Xüsusilə, vurğulamaq lazımdır ki, münaqişənin real şəkildə nizamlanmasına gətirəcək yeganə yol sülhlə həll yoludur. Güc yolu ilə həll yoxdur. Düşünürəm ki, bu, nəinki Ermənistanın, həm də Rusiyanın prinsipial mövqeyidir”.

Janna Nemtsovanın "Bəs, Putinlə söhbətdə Rusiyanın Azərbaycana silah satışı məsələsinə də toxundunuz?" sualına isə Paşinyan “Bəli, əlbəttə. Bu barədə bizim konstruktiv müzakirəmiz oldu. Lakin məsələ ilə bağlı Putinin nə söylədiyini deyə bilmərəm”, - deyə cavab verib.

Nikol Paşinyanın müsahibədəki fikirlərinə erməni ekspertlərin və KİV-lərin reaksiyası özünü çox gözlətmədi. Hesab olunur ki, Paşinyan Dağlıq Qarabağla bağlı Ermənistanın yalnız sülhə əsaslanan mövqeyini həm də Rusiyanınkı kimi sırımağa çalışır. Düzdür, Moskvanın rəsmi mövqeyi də münaqişənin sülh yolu ilə həllinə nail olunmasıdır. Lakin erməni ekspertlər bu zaman 2016-cı ilin aprel döyüşlərini nümunə gətirərək bildiriblər ki, Azərbaycan məsələni hərb yolu ilə həll etmək istəsə, onun qarşısını heç kəs ala bilməyəcək. Hətta vasitəçi Rusiya da. Silah məsələsində isə Paşinyanın cavabından bəlli ollub ki, Putin ona bu işə qarışmamağı məsləhət görüb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:25 Azərbaycan Prezidenti hərbçilərlə görüşüb - YENİLƏNİB Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçi ilə görüşüb. Mediaxeberleri.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
07:32 Müharibə, yoxsa sülh - Son qərar yaxında veriləcək - Ən məlumatlı ekspert danışdı Eldar Namazovdan Qarabağla bağlı ilginc açıqlamalar “Azərbaycan Naminə” İctimai Forumunun (ANİF) prezidenti, politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibə verib. Xeyli müddətdir mətbuatda görünməyən ANİF prezidenti Qarabağla bağlı yaranmış yeni situasiyanı şərh edib. Öncə ondan son aylarda
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az