t s

» » Generalların vəzifədən azad edilməsi kadr islahatlarının tərkib hissəsidir - Gömrük Komitəsindən AÇIQLAMA

Generalların vəzifədən azad edilməsi kadr islahatlarının tərkib hissəsidir - Gömrük Komitəsindən AÇIQLAMA

30-05-2018, 13:58 Yazar:  Firuzə Baxılıb: 191 Çap et
Generalların vəzifədən azad edilməsi kadr islahatlarının tərkib hissəsidir - Gömrük Komitəsindən AÇIQLAMA
Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

Bir çoxları kadr dəyişikliklərini Gömrük Komitəsində “təmizləmə əməliyyatı” kimi qiymətləndirib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri, gömrük xidməti polkovniki Natiq Axundov Modern.az-a bildirib ki, bu, qanunvericiliklə nəzərdə tutulmuş adi prosedur qaydadır və gömrük sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsidir.

N.Axundov hər hansı məlumat yazarkən qurumla dəqiqləşdirmə aparılmasının zəruri olduğunu vurğulayıb:

“Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri və medya nümayəndələrini əsassız və jurnalist təxəyyülünün məhsulu olan məlumatları yayımlayarkən diqqətli olmağa, rəsmi olaraq təsdiq edilməyən informasiyaları ictimailəşdirərkən və şərh edərkən komitənin mövqeyinin də nəzərə alınmasının düzgün və dolğun xəbər verilməsi baxımından faydalı olacağı qənaətindədir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:46 Deputatın bir il əvvəl general olan qardaşı işdən niyə çıxarıldı - versiya Baba Salayev cəmi iki il işlədiyi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini itirdi Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az