t s

» » İrəvanı qorxuya salan QARABAĞ VƏDİ, müharibənin ÜÇ VARİANTI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvanı qorxuya salan QARABAĞ VƏDİ, müharibənin ÜÇ VARİANTI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

30-05-2018, 08:38 Yazar:  Eldar Baxılıb: 94 Çap et
İrəvanı qorxuya salan QARABAĞ VƏDİ, müharibənin ÜÇ VARİANTI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Ermənistanın hərbi birləşmələri 14-19 may tarixlərində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi təlim keçirib. Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan növbəti bəyanat verib. ABŞ prezidentinin Fələstin dövlətinin qurulmasnı nəzərdə tutan planın detalları məlum olub. Vaşinqton İran üzrə strategiyasını açıqlayıb. Ukraynanın Donbas bölgəsində vəziyyət kəskin pisləşib. Fələstin İsraildən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ünvanlayıb. İsrail Türkiyəyə qarşı erməni və kürd kartlarından istifadə etməyə qərar verib. ABŞ Pxenyanı Liviya ssenarisini təkrarlamaqla hədələyib. 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsində Türkiyə əleyhinə müddəa yer alıb. İran 2015-ci ildə imzalanan nüvə sazişi ilə əlaqədar qərarının bir neçə həftə ərzində verəcək. ABŞ KXDR-ə qarşı yeni sanksiyaların tətbiqi imkanına baxır.

Azərbaycan, Dağlıq Qarabağ


Ermənistanda Serj Sarkisyanın devrilməsi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə keçir. Erməni siyasi şərhçi Arutün Qriqoryan Qarabağda qondarma rejimin “prezidenti” Bako Saakyana qarşı üsyanın başlayacağını yazıb.


Qarabağda vəziyyət dəyişir, ermənilər Bakıya ÜZ TUTUR - İrəvana BÖYÜK ŞOK
Ermənistanın hərbi birləşmələri 14-19 may tarixlərində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi təlim keçirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, işğalçı ordu üç mərhələdə təlim keçib.

1. Aviasiya.

2 Əks-hücum.

3. Müdafiə.

Qeyd edək ki, təlimləri Ermənistanın müdafiə naziri David Tonoyan da izləyib.

Ermənistan Xarici İşlər Nazirliyi yenə də Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan bəyanat verib. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Azərbaycan başa düşməlidir ki, Dağlıq Qarabağın danışıqlarda bilavasitə iştirakı olmadan sülhün təmin olunması mümkün deyil”, - deyə bildirib.

T. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılığın olmadığını qeyd edib.

“Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını irəli sürür. Hansı ki, Bakı 20 ildən artıq davam edən danışıqlar prosesində buna qarşı çıxıb. Ekspertlər isə İrəvanın mövqeyini müharibəyə çağırış kimi qiymətləndirirlər.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında mayın 23-də telefon danışığı olub. Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparıblar.

“Paşinyanın “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə səsləndirdiyi fikirlər diplomatdan daha çox, sadə insanın sözlərinə bənzəyir”. Bu barədə məşhur britaniyalı politoloq Tomas de Vall deyib.

Onun sözlərinə görə, Paşinyanın sərt mövqeyi vəziyyəti çətinləşdirir: “Görünür, o, milli təhlükəsizliyin təminatında öz mandatını təmin etmək və Qarabağdakı ermənilərlə birlikdə olduğunu inandırmaq istəyir”.

De Valın fikrincə, əgər Paşinyan Qarabağın müstəqilliyi və ərazilərin qaytarılmayacağı mövqeyində israr edərsə, bu, Bakı ilə danışıqlarda heç bir məsələyə yer qoymur və hər iki tərəfin müharibəyə qayıtması ilə nəticələnəcək.

“Azərbaycan Prezidenti İlham Əliyev isə susur və davakar bəyanatları müdafiə nazirinin, diplomatik bəyanatları isə xarici işlər nazirinin dili ilə səsləndirir. Azərbaycan prezidenti hələ ki, susur, lakin sonrakı dövrdə bu, belə olmayacaq. Ermənistan liderləri ehtiyatlı olmalıdırlar. Çünki Qarabağ üzrə danışıqlar prosesi nəzakətli konstruksiyadır. Onun iflası yeni münaqişəyə səbəb olacaq”, - deyə o bildirib.

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan dünən jurnalistlərə açıqlamasında “Kazan planı”nın Dağlıq Qarabağın danışıqlarda iştirakını nəzərdə tutduğunu açıqladı. Söhbət 2010-cu ildə həmin vaxt Rusiya prezident olan Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Kazan görüşündən sonra gündəmə gələn “Kazan düsturu”ndan gedir. Koçaryanın fikrincə, “Kazan düsturu” Qarabağın danışıqlar prosesində iştirakını təmin edir, hərçənd, bu təklifdə belə məqam yoxdur. Erməni siyasi şərhçi Akop Badalyan Koçaryanın dediklərinin yanlış olduğunu yazıb.


Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan “Kazan düsturu”nun SİRRİNİ AÇDI
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin keçmiş “müdafiə naziri”, hazırda həbsdə olan Samvel Babayan Xankəndində “məxməri inqilab” hazırlayır. Bu barədə Ermənistanın “Jamanak” qəzeti şəxsi mənbələrə istinadən yazıb.


Xankəndində üsyan hazırlığı: Bakı hərəkətə keçə bilər
Türkiyə prezidentliyinə növbəti dəfə namizəd olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyip Ərdoğan Seçki Bəyannaməsinə Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsini də daxil edib. Bəyannamədə deyilir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Bununla yanaşı, bəyannamədə qeyd olunur ki, Ərdoğan yenidən prezident seçilərsə, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələr daha da inkişaf etdiriləcək, Türk Şurası daha da güclənəcək.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın dünən reallaşan telefon danışığında Qarabağla bağlı müzakirələrin detalları ortaya çıxıb. Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Mnasakanyanı Moskvaya dəvət edib. Yaxın günlərdə erməni nazirin Moskvaya səfəri gözlənilir.

Ermənistanın diplomatik mənbələri Lavrovun Mnasakanyana Qarabağ münaqişəsi üzrə danışıqların əhəmiyyətli mərhələyə keçməsinin vacibliyini çatdırdığını qeyd ediblər.

“Ermənistan Qarabağın danışıqlarda tərəf olmasını və Rusiyanın Azərbaycana silah satışının dayandırılmasını istəyir. Lavrovun cavabı müsbət olmayıb, əvəzində o, bütün bunların Moskva görüşündə müzakirə edilməsini istəyib”, - deyə diplomatik mənbələr vurğulayıblar.

Moskva Azərbaycanın Qarabağı hərbi yolla qaytarmaq planına göz yuma və ciddi hərbi toqquşma başlaya bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az