t s

» » Başçının Neftçalada əldə etdiyi sərvət - Prezidentə müraciət olundu

Başçının Neftçalada əldə etdiyi sərvət - Prezidentə müraciət olundu

29-05-2018, 08:18 Yazar:  Eldar Baxılıb: 149 Çap et
Başçının Neftçalada əldə etdiyi sərvət - Prezidentə müraciət olundu
Neftçala icra başçısı İsmayıl Vəliyev tərəfindən 500 ha torpağı əlindən qanunsuz alınan sahibkar Həsənov Rafil tərəfindən

MÜRACİƏT

Hörmətli Prezident!


Sizin Azərbaycanda sahibkarlara qarşı göstərdiyiniz xüsusi diqqət və qayğı hamının gözü qarşısındadır. Yerli icra orqanlarının rəhbərlərinə sahibkarlarla bağlı verdiyiniz tapşırıqlar həmişə müsbət qarşılanıb və bu fəaliyyət inkişafa səbəb olub. Sahibkarlar həmişə sizin diqqət və qayğınızı hiss ediblər.

İstər yerli sahibkarların, istərsə də xarici investorların ölkəmizdə sərbəst və maneəsiz fəaliyyətinin tənzimlənməsi üçün hökümət səviyyəsində ciddi layihələr həyata keçirilib, külli miqdarda vəsait ayrılıb, investorlar cəlb edilib.

Bir sözlə, Azərbaycanda qeyr-neft sektorunun inkişafı konkret hökümətin diqqət mərkəzindədir.

Amma əksər hallarda icra başçıları sahibkarları qanunsuz olaraq incidir, hətta onların fəaliyyətini bütünlüklə iflic edir.

Hazırda Neftçala şəhər icra başçısı İsmayıl Vəliyev mənim sahibkar kimi fəaliyyətimi tamam iflic edib. İsmayıl Vəliyevin bu hərəkətləri ilə bağlı Sizə və aidiyyatı qurumlara saysız müraciətlər etmişəm. “Xəyal – HR” MMC-yə 2013-cü ildə elə icra başçısı İsmayıl Vəliyevin imzalı sərəncamı ilə Neftçaladakı 12 saylı qış otlaq sahəsindən 15 il müddətində heyvandarlığın inkişafı üçün 500 ha torpaq sahəsi icarəyə verildi. Eyni zamanda torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalandı.Müqavilə bağlanan gündən torpaqdan təyinatı üzrə istifadə edildi. Torpaq qanunvericiliyi və müqavilə şərtlərini pozulmadı.

Amma bu çox çəkmədi və günün birində İsmayıl Vəliyevin “qoçu”ları (başda Mustafa Əliyev olmaqla) əraziyə gələrək bildirdilər ki, bizim guya ərazi ilə əlaqədar heç bir hüququmuz yoxdur və buraya pambıq əkiləcək.

Odur ki, ərazi boşalmalıdır. Bir neçə gün sonra isə İ.Vəliyevin tapşırığı ilə ərazi sulandı və torpaq tamamilə yararsız hala salındı. İşin ən qəribə tərəfi budur ki, İsmayıl Vəliyevin adamları mənə heç bir rəsmi sənəd təqdim etmədilər və bu tapşırığın icra başçısı tərəfindən verildiyini dedilər.

Bu ərəfədə Sizə və aidiyyatı qurumlara çoxsaylı müraciətlərdən sonra icra hakimiyyətindən verilən “rəsmi” cavab isə belə oldu – “Sərəncamla icarə müqaviləsinə xitam verilib”. Çox keçmədən icra başçısının göstərişi ilə ərazidə mənə məxsus tikililər darmadağın edildi, əmlak yararsız hala salındı, 17 ailə isə işsiz, çörəksiz qaldı.

Təssüflər olsun ki, icra başçısı 15 illik müqaviləsini heç bir əsas gətirmədən və mənə heç bir xəbərdaqlıq etmədən bir imza ilə gözünü qırpmadan pozdu.

Daha sonra isə davalı torpaq sahəsi İsmayil Vəliyevin növbəti və kökü olmayan sərəncamı ilə öz yaxın adamına icarəyə verildi. Bu sahə pambıq əkini adı altında ayrılsa da, əslində orda İsmayıl Vəliyev üçün arpa, buğda və qarğıdalı (bu barədə geniş araşdırma aparırıq) əkilir.

Hörmətli Prezident!

Bu müraciətimdə Neftçalanın icra başçısı İsmayıl Vəliyevin rayondakı fəaliyyəti, əlindəki imkanlardan yararlanaraq rayonun infrastrukturuna vurduğu ziyan və biznes məkanları barədə məlumat verməyə çalışacam.

İsmayıl Vəliyevin rəhbəri olduğu Neftçala rayonunda işsizlərin sayı günü-gündən artır. Rayonun mərkəzə yaxin olan kənd və qəsəbə yolları darmadağın edilib. Rayon mərkəzində cəmi bir prospektin yolu təmir olunub ki, o da keyfiyyətsiz. 5 ildən artıqdır ki, rayonun icra başçısı olan İsmayıl Vəliyev insanların hər gün istifadə etdiyi mərkəzi bazarın yolunu təmir etməyib. Hər yağışdan sonra bazarın qarşısı keçilməz gölə bənzəyir.

Bütün bunların fonunda İsmayıl Vəliyevin şəxsi, qanunsuz, sənədsiz, vergisiz işlətdiyi biznes obyektləri ilə rəsmi dövlət müəssisələrinin vəziyyətini müqayisə etsək vəziyyət bir az da qəlizləşər.

Sizə təqdim etdiyim şəkillərdə hər şey aydın görünür. İsmayıl Vəliyev rayona yeni başçı təyin olunan zaman ilk işi özü üçün bazar tikdirmək oldu.

Şəkillərdən də göründüyü kimi, dövlətin idarə və müssisələr üçün aydırdığı materiallar bu bazarın tikilməsinə sərf olundu. “İsmayıl Vəliyevin Bazarı” adı ilə tanınan bu ərazidə idarə, müəssisələrin bütün işçiləri qanunsuz olaraq işlədildi.

Onun fonunda rayonun mərkəzi bazarının vəziyyəti isə acınacaqlıdır. Gigiyenik qaydaların tamamilə pozulduğu bu bazar konkret vərəm mənbəyidir. “İsmayıl Vəliyevin Bazarı”nda isə yer pulu baha olduğu üçün heç bir satıcı ora getmir. Bazar hazırda baxımsız qaldığı üçün dağılır.

Daha bir maraqlı fakt. İsmayıl Vəliyev rayonun mərkəzindəki həyət evlərinin arasındakı sənədsiz evlərdən birini alıb HOTELə çevirib. Hazırda bütün idarə və müəssisə rəhbərləri öz işçiləri ilə bərabər bu HOTELin təmiri və abadlaşdırılması işi ilə məşğuldur. Ərazidə yaşayan ailələrin haqlı narazılığına baxmayaraq İsmayıl Vəliyev “HOTEL”i yaxın günlərdə tamamlamaq niyyətindədir.

Neftçala Mədəniyyət Mərkəzinin hazırkı vəziyyəti ilə İsmayıl Vəliyevin daha bir biznes obyekti “Avtoturist” restoranını müqayisə edək.

Ötən ilə guya tam təmirdən çıxan Mədəniyyət Mərkəzinin dam örtüyü tamamilə dağılıb. Şəkillərdən də göründüyü kimi, Mərkəzin dağılmış dam örtüyünün təmir olunması İsmayıl Vəliyevi qətiyyən narahat etmir. Yağan yağış Mərkəzin içərisinə axır. İsmayıl Vəliyevin heç bir rəsmi sənədi olmayan, 1 manat vergi ödəmədiyi “Avtoturist” Restoranında isə dövlətin pulları ilə hər bir şərait yaradılıb və hər gün təmir gedir. Dövlətin balansında olan Mədəniyyət Mərkəzi isə dağılmaq həddindədir.

Hörmətli Prezident!

Azərbaycan deyəndə ilk növbədə mərhum Heydər Əliyev və onun siyasəti yada düşür. Bu gün ölkənin bütün bölgələrində Heydər Əliyev Mərkəzləri fəaliyyət göstərir, onun mədəni irsi qorunur. Belə bir mərkəz də Sizin dəstəyinizlə Neftçala rayonunda tikilib.

Amma təəssüflər olsun ki, baxımsızlıq və nəzarətsizlik üzündən Heydər Əliyevin adını daşıyan Mərkəz acınacaqlı hala düşüb. Heydər Əliyev Mərkəzinin acınacaqlı vəziyyətini əks etdirən şəkilləri sizə təqdim edirəm.

İsmayıl Vəliyevin rayonda apardığı fəaliyyət bundan ibarətdir. Amma özü üçün yeni-yeni biznes məkanlarının tikintisi davam edir, ən müasir standartlara cavab verən ticarət və biznes məkanları tikilir.

Hazırda rayonun giriş hissəsindəki sövetlər dövründən qalan, Yol İdarəsinin 2 mərtəbəli daş binası İsmayıl Vəliyevin göstərişi və bir başa nəzarəti ilə yenidən təmir olunur. Bu binanın hansı məqsədlər üçün istifadə olunacağı ilə bağlı dəqiq məlumat verilmir.

Ehtimal ki, bu bina da icra başçısının yeni biznes məkanı Ticarət Mərkəzi olacaq.

Hörmətli prezident!

Bütün sadaladığım halların fonunda bildirmək istəyirəm ki, Neftçala rayon icra başçısı İsmayıl Vəliyev Sizin etimadınızdan istifadə edərək rayon üçün deyil, öz şəxsi biznesinin genişlənməsi üçün var gücü ilə çalışır. Onun mənim və mənim kimi sahibkarları incitməsinin yeganə səbəbi istədiyi rüşvətin verilməməsidir.

Bütün sahibkarlara olmazın pisliklərini edən icra başçısına hələ ki dur deyən yoxdur. Xahiş edirəm, mənim də bir sahibkar olaraq səsimə səs verin, İsmayıl Vəliyevin mənə qarşı artığı qanunsuz əməllərinin araşdırılması üçün göstəriş verəsiniz.

Sahibkar Rafil Həsənov \\milliyol.az\\




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az