t s

» » Zamiq Kövsəri Həsrət qoxan məhəbbət

Zamiq Kövsəri Həsrət qoxan məhəbbət

29-05-2018, 06:08 Yazar:  user1 Baxılıb: 104 Çap et
Sevgilim, qar yağir yuxularıma,
Orda da sənsizlk üşüdür meni.
Bir care tapmiram qorxularıma,
Hicran yavaş -yavaş çürüdür məni.

Qatmışam aləmi biri birinə
Dônməyə qalmayib üzüm də mənim.
Mən kimi gətirim sənin yerinə,
Qeyrisi varmi ki gözümdə mənim?!

Xəyalin hec məni rahat buraxmir,
Sürünür arxanca ruhum eləcə.
Yuxuda gözün de, gözüme baxmir,
Diksinib dururam hergün beləcə...

Daha qayitmağa üzüm də yoxdur,
Ne olar, bir insaf dönəsən geri.
Bu qədər istəyim demə ki coxdur,
Gor neçe il kecib gedəndən bəri

Sindira bilərəm ,men qürurumu,
İp ucu ver mənə, dönəcəyəm mən.
Baxışın artirsın həyat nurumu,
Yoxsa yavaş -yavaş sönəcəyəm mən.

Bəlkə bu yazdiğim çatacaq sənə,
Bəlkə də sən bunu oxuyacaqsan.
Bəlkə də tənhaliq qalacaq mənə,
Bəxtimə ayrılıq toxuyacaqsan.

Hələ həsrət qoxan məhəbbətimlə,
Yaşayıb ömrümü vuracam başa.
Heç vaxt barışmadan bu qismətimlə,
Heç vaxt yaşamadan səninle qoşa.

Daha qar dayanib yuxularimda,
Donmuşam ,xəbərin olmayib yenə.
Bəlkə de oyanib, yuxularimda,
Artiq xəyalin da qalmayıb mənə
Artiq xəyalin da qalmayib mənə.

Zamiq Kövsəri
Zamiq Kövsəri  Həsrət qoxan məhəbbət




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
22:43 Ceyhun Məmmədov-“Üçüncü şəxs”(hekayə) Artur adlı gənc yazıçının bir həyat dramı. O, Sofi adında bir gənc yazıçıya aşiqdir. Və günlərin birində Sofi ona zəng edərək özünü piss hiss etdiyini və onunla görüşmək istədiyini bildirir. Görüş zamanı Sofi, Artura niyə onu sevmədiyini açıqlayır. Ancaq danışıqlar bununla bitmir. Növbəti
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az