t s

» » "Yaman qəribsədim mən bu şəhərdə..." Tural İRFAN

"Yaman qəribsədim mən bu şəhərdə..." Tural İRFAN

29-05-2018, 00:36 Yazar:  memmed memmedov Baxılıb: 54 Çap et
"Yaman qəribsədim mən bu şəhərdə..." Tural İRFAN


Yaman qəribsədim mən bu şəhərdə...
(ixtisarla)

Tək-tənha gəlmişəm mən bu yerlərə,
Ərk eləyib umacağım var idi...
Qəm borcu vermişəm mən bu yerlərə,
Sevinc payı alacağım var idi...
Nə günah işlədim mən bu şəhərdə,
Yaman qəribsədim mən bu şəhərdə...

Hanı qardaş vüqarına söykənəm,
Gərəkli günlərim mənə nəhs çıxdı.
Metrolar önündə səyyar heykələm,
Bəlkə tanış çıxdı, bəlkə dost çıxdı.
Ümid əzizlədim mən bu şəhərdə,
Yaman qəribsədim mən bu şəhərdə...

Ürəyi qırığam yetimlər kimi,
Qəhərdən gözləri dolanlardanam.
Göz yaşı dəryada itənlər kimi,
Zəhməti qiymətsiz olanlardanam.
Bəxtimi pislədim mən bu şəhərdə,
Yaman qəribsədim mən bu şəhərdə...

Fikirli gedirəm, qəmli gəlirəm,
(Bax onu gətirə bilmirəm dilə.)
Çoxunu özümə yağı bilirəm,
Təkcə taleyimdən küsmüşəm hələ.
Heç kimdən küsmədim mən bu şəhərdə,
Yaman qəribsədim mən bu şəhərdə...

...Qəhərdən gözləri dolan taleyim,
Sənin sevincini tapa bilmədim.
Ay mənim yollarda qalan taleyim,
Çağırdım-çağırdım, amma gəlmədi,
İnsanlıq gözlədim mən bu şəhərdə --
Yaman qəribsədim mən bu şəhərdə...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:14 "Yaman qəribsədim mən bu şəhərdə..." - Tural İRFAN yazır Tək-tənha gəlmişəm mən bu yerlərə, Ərk eləyib umacağım var idi... Qəm borcu vermişəm mən bu yerlərə, Sevinc payı alacağım var idi... Nə günah işlədim mən bu şəhərdə, Yaman qəribsədim mən bu şəhərdə... Üzmüşəm əlimi dostdan-tanışdan, Ürəyimdə boşdur onların yeri. Təkləndim bir qanlı dava-dalaşda,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az