t s

» » "İtir təkliyini..." Arzu RÜSTƏM

"İtir təkliyini..." Arzu RÜSTƏM

29-05-2018, 00:24 Yazar:  memmed memmedov Baxılıb: 40 Çap et
"İtir təkliyini..."  Arzu RÜSTƏM

İtir təkliyini...

Duman olsan,dağətəyi çöküb,gəl,
Yağış olsan,göylərdən əl,çəkib,gəl.
Son ahını,hissə-hissə söküb gəl,
İtir təkliyini,mənim üzümdən...
*
Tənhalıq etməsin,əldə oyuncaq,
Sənsiz gurlamasın,bu od bu ocaq.
Sahibin gözləyir,kimsəsiz qucaq,
İtir təkliyini,mənim üzümdən...
*
Səadət həmişə,görünmür gözə,
Pir olma,işaran söhbətə-sözə.
Ayrıl,ayrılıqdan yüyür,gəl bizə,
İtir təkliyini,mənim üzümdən.
*
Çəksin,sətir-sətir,söz əlindəki,
Dərəni,yoxuşu,enişi,diki.
Babalı,qoy mənim boynumun yükü,
İtir,təkliyini,mənim üzümdən.
*
Qaldır,qollarını süz bizə sarı,
Çəkim,dişim ilə,həsrət yolları.
Qazancın,könlümün dövləti-varı,
İtir,təkliyini,mənin üzümdən.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
08:38 XALİQ BAHADIR: "TOPLADIQCA QUCAQ-QUCAQ… PULLARI!" Ötən yüzilin 70-ci illərində “Kənd zəhmətkeşləri üçün konsert” seriyasından belə bir populyar mahnı vardı: “Topladıqca qucaq-qucaq pambığı”. O çağlar respublikamızın başında Əliyev dururdu, indi də Əliyevdi. O çağlar respublikanın baş ideoloqu R.Mehdiyev idi, indi də odur. Onlar onda qucaq-qucaq
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
00:06 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 25 Köçəri Ayı, 36-cı ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ailə Günü” “Ata Ruhuna pənah gətirmişik!” səcdəsi ilə başladı. Nurtəkin Atalı “Təbiət­dəki

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az