t s

» » Döyüşdə ölən idmançının atası: Günahkar oğlumun özüdür

Döyüşdə ölən idmançının atası: Günahkar oğlumun özüdür

29-03-2015, 13:25 Yazar:  Anar Baxılıb: 1772 Çap et
Döyüşdə ölən idmançının atası: Günahkar oğlumun özüdür“O bizə balaca qız övladını yadigar qoyub getdi”.

Oğlumun ölümünün əsas səbəbkarı özüdür. Günah ancaq onun özündə olub. Bu bir idman növüdür. Ora çıxanlar da özlərini sınayırlar. Oğlum da özünü sınadı və öldü.

Mediaxeberleri.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı dünyasını dəyişən idmançı Ramin Zeynalovun atası Əliabbas Zeynalov deyib.

O, övladının yarışda iştirak etməsinə razılıq vermədikərini söyləyib:

“Oglum həmin yarışa öz istəyi ilə könüllü getdi. Biz valideyn olaraq onun bu yarışda iştirak etməsinə razılıq vermirdik. Mən icazə vermədim, amma o getdi və öldü”.

Ə.Zeynalov daha sonra qeyd edib ki, oğlu yarışa çıxmazdan əvvəl tibbi yoxlamadan da keçib:

“Oğlumun yarışa çıxmazdan əvvəl tibbi yoxladan keçdiyini deyirlər. Onun cənazəsini heç kəs müşayiət eləmədi. Allah hamının köməyi olsun”.

Mərhumun qardaşı Rəhman Zeynalov Raminin idmanda böyük uğurlar qazanmaq istədiyini deyib.

“Qardaşım həvəskar yarışçı olub. O, hərbi xidmətə getməmişdən öncə çoxlu məşq edirdi. Taekvando üzrə qara kəmər alıb. Daha sonra o, Kikboksing üzrə ikinci dərəcli mükafata layiq görülüb. Muay-Tay idman növündə də qələbələr qazanıb. Qardaşımın dördüncü məşğul olduğu idman növü qaydasız döyüş olub. O, bu yarışa çox da peşəkar formada hazırlaşmamışdı. Amma mənim qardaşım həqiqətən də əsil idmançı idi. Ramin iştirak etdiyi yarışlarda 11 medal qazanıb. O, ölkədaxili yarışlarda birinci və ikinci yerləri də tutub”.

R. Zeynalov həmçinin qeyd edib ki, qardaşı həmin yarışa medal qazanmaq üçün qatılmayıb:

“Qardaşımın öldüyü videoya da baxmışam. Burda sırf günahkar yoxdur. O, öz razılığı ilə yarışa qatılıb. Valideynlərimiz Raminə yarışa getmə dedilər. Amma onun bu yarışa həvəsi olduğu üçün ora getdi. O, sırf özü üçün yarışda iştirak elədi. Qardaşım medala görə o yarışa çıxmamışdı. Onun məqsədi yarışda yer tutmaq idi. O, idman sahəsində irəliləmək istəyirdi. Mən özüm dövlət qulluqçusuyam. 13 ildir ki, polis sistemində işləyirəm.

Raminin ortancıl qardaşıyam. O, bizim ən balaca qardaşımız idi. Qardaşım həmin yarışda iştirak etmək üçün qeydiyyata dayandığını heç kəsə deməmişdi. Birdən onun dostu anamıza dedi ki, Ramin həmin yarışa gedəcək. Biz onun mütəmadi olaraq məşqə getdiyini bildirdik. Amma bu yarışa gedəcəyini bilmirdik. O, gənc idi. Bir az dikbaş idi.

Mən Raminə deyirdim ki, sənin ailən var, bu yarışlara getmə. O da mənə həvəsinin olduğunu söyləyirdi. Ramin pula görə o yarışa çıxmayıb. Allaha şükür onun şəxsi evi, maşını da var. Onun çox gözəl ailəsi var. Raminin pula ehtiyacı yox idi. Qardaşımız bizə balaca qız övladını yadigar qoyub getdi”.

R. Zeynalovun sözlərinə görə, qardaşının heç bir xəstəliyi olmayıb:

“O, tam sağlam idi. İçki içmirdi, siqaret də çəkmirdi. O, zərərli hərəkətlərdən də kənar olub. Amma burda ölüm işi olub. Prokurorluq onun ölüm səbəbini araşdırır. Dövlət strukturu bu işin axırına çıxacaq və hər şeyi araşdırıb açıqlayacaqlar”.

R.Zeynalov qardaşının döyüşdüyü sumqayıtlı idmançıdan da söhbət açıb:

“Qardaşımın sumqayıtlı rəqibi bizimlə heç bir əlaqə saxlamayıb. Fedarasiyanın prezidenti, idmançılar onun dəfnində iştirak etdilər. Amma Raminin sonuncu yarışdakı rəqibi tərəfindən bizə heç başsağlı zəngi də edilməyib. Onlar gərək heç olmasa başsağlığı verərdilər. Amma bu döyüşdür. Həmin idmançı da qardaşımı silahla, bıçaqla vurmayıb, döyüşüblər. Hüzr sahibinə başsağlığı verilməli idi”.

Qeyd edək ki, martın 27-də Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı ölüm hadisəsi baş verib. Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalov döyüş vaxtı ölüb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:24 Azərbaycanlı qaydasız döyüşçü rinqdə belə öldü - VİDEO İdmançı elə döyüşdəcə dünyasını dəyişib. Bakıda döyüş zamanı ölən idmançının videosu yayılıb. Qubanı təmsil edən 27 yaşlı Ramin Zeynalovun Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı dünyasını dəyişib. Suraxanı rayonu 30-cu polis bölməsindən verilən
02:32 Qaydasız döyüş üzrə Azərbaycan çempionatında idmançı öldü Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi qeydə alınıb. Mediaxeberleri.az ANS PRESS-ə istinadən xəbər verir ki, Suraxanı rayonu 30-cu polis bölməsindən verilən məlumata görə, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalov Quba rayonundan olub. Polis bölməsi Qubanı təmsil edən idmançının döyüş
02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan
21:30 İdmançımız qızıl medal qazandı - Dünya kuboku Gəncəli paralimpiyaçı Ramil Qasımov cüdo üzrə müxtəlif səviyyəli yarışlarda uğurları sıralamaqda davam edir. Qasımovun növbəti xoş sorağı Macarıstandan gəlib. Yığmanın heyətində yer alan paralimpiyaçı Eyger şəhərində keçirilən Dünya Kubokunda qızıl medala layiq görülüb. Ramil çıxış etdiyi 73 kq
02:21 Ağsuda özünü güllələyən polisin ölümündə müəmma “Qardaşımın ailəsinə kömək edilməsə, gərək uşaqları dilənsinlər. Başqa yolları yoxdur”. Bunu azvision.az-a açıqlamasında Ağsu rayonunda özünü öldürən polis baş serjantı Neman Tanrıverdiyevin qardaşı Nizami Tanrıverdiyev deyib. O, qardaşının intihara əl atmasında heç bir səbəb görmədiyini,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az