t s

» » Ağstafada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Ağstafada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

25-05-2018, 13:50 Yazar:  Gülnar Baxılıb: 147 Çap et
Ağstafada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Ağstafa şəhərindəki Musiqi Mərkəzinin akt zalında tədbir keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova məruzə ilə çıxış edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlardan, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna roldan, həyata keçirilən islahatlardan geniş bəhs edib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı uzun illər sonra ilk dəfə Naxçıvan Muxtar Respublikasında, daha sonra müstəqil Azərbaycan Respublikasında dövlət bayrağı kimi qəbul edilib.

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti barədə müvafiq sərəncamları AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verilən böyük önəmin göstəricisidir.

Tədbir Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə yekunlaşıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
19:18 “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı konsert keçirildi - Ağstafada 02 dekabr 2017-ci il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Ağstafa, Qazax və Tovuz rayonlarından, eləcə də Gürcüstan respublikasının Marneuli rayonundan olan aşıqlarının iştirakı ilə “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı geniş konsert
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
14:47 Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi Ağstafada qeyd olundu Bu gün Ağstafa şəhər Musiqi Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə geniş tədbir keçirildi. Öncə tədbir iştirakçıları Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi önündə gül dəstələri qoydular, dahi şəxsiyyətin
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az