t s

» » Nazir baş həkimi tutduğu vəzifədən azad etdi

Nazir baş həkimi tutduğu vəzifədən azad etdi

29-03-2015, 13:21 Yazar:  Anar Baxılıb: 917 Çap et
Nazir baş həkimi tutduğu vəzifədən azad etdiSəhiyyə Nazirliyində yeni təyinat.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədə azad olunub.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, səhiyyə nazirinin müvafiq əmri ilə onun yerinə Rauf Nağıyev təyin olunub.

Hadisə ilə əlaqədar Mürsəl Həmidovla əlaqə saxladıq. Həkim Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tutduğu vəzifədən azad olunduğunu təsdiqlədi.

Mürsəl Həmidov bildirdi ki, hazırda Səhiyyə Nazirliyinin təcili yardımında baş həkim vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rauf Nağıyev uzun müddətdir səhiyyə sahəsində çalışır. O, əvvəllər Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işləyib. 2011-ci ildə Rauf Nağıyev səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. R. Nağıyev həmin ildən Bakı şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:57 Nikaha qədər müayinə olunacaq xəstəliklərin siyahısı hökumətə göndərildi Səhiyyə Nazirliyi tərəfindən tibbi arayışın verilmə müddəti 2 həftə, tibbi arayışın etibarlılıq müddəti isə 1 ay müəyyən olunub" "Səhiyyə Nazirliyi nikahdan əvvəl tibbi arayış verilən zaman müayinə olunacaq xəstəliklərin siyahısını Nazirlər Kabinetinə göndərib. Siyahıya diyar xəstəliyi olan
01:31 Ədliyyə Naziri Zavər Qafarovu vəzifədən azad etdi Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov vəzifəsindən azad edilib. Mediaxeberleri.az-ın məlumatına görə, Zavər Qafarov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə təqaüdə göndərilib. Başqa bir əmrlə isə Z. Qafarov Ədliyyə Akademiyasında dekan vəzifəsinə
22:50 Səhiyyə Nazirinin bacarmadıgı mama ginekoloq Xuraman həkimin pullu, arxalı bir nəslin numayəndəsi olması Xocalıdan olan məcburi qaçqını intihara sürükləyir. İntihar addımlarının səsi yaxındadır. “Martın 12-də Prezident Administrasiyasının qarşısında 2 azyaşlı övladlarımla birlikdə intihar edəcəm” Bunu Media Mərkəzinə Xocalıdan olan köçkün
16:35 Şəlalə Səfərova 7 saylı poliklinikanı özəl obyektə çevirib? İddialara görə, buradakı ödənişlərin dövlətə heç bir aidiyyatı yoxdur Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 1 ünvanında yerələşən 7 saylı şəhər poliklinikası ətraf ərazidə yaşayan vətəndaşlara pulsuz tibbi xidmət göstərməli olan dövlət səhiyyə müəssisəsidir. Lakin burada adi tibb bacısından tutmuş
18:26 Nazirdən yeni təyinatlar Ramil Usubov əmr imzalayıb. Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinatlar olub. Mediaxeberleri.az xəbər virir ki, APA-nın məlumatına görə, Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis polkovniki Azər Abdullayev BŞBPİ-nin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az