t s

» » İki övlad anasının 3 ay ömrü qalıb - KÖMƏK EDƏK!

İki övlad anasının 3 ay ömrü qalıb - KÖMƏK EDƏK!

24-05-2018, 08:56 Yazar:  Zəminə Baxılıb: 148 Çap et
İki övlad anasının 3 ay ömrü qalıb - KÖMƏK EDƏK!
40 yaşlı Quliyeva Vüsalə Nüsrət qızı bir neçə ildir kəskin qaraciyər serrozundan əziyyət çəkir.

Qazax şəhəri, Azadlıq küçəsi ev 72-də, yaşayan Quliyeva Vüsalə Nüsrət qız ölüm ayağındadır. Qaraciyər serrozundan əziyyət çəkən iki uşaq anası, ixtisasca müəllimə olan Vüsalə Prezident İlham Əliyevdən və bütün imkanı olan şəxslərdən kömək istəyir.

Diaqnozlar arasında qaraciyər xəstəliyi ilə bağlı rəy olmadığını deyən Vüsalə Quliyeva deyir ki, bir neçə il əvvəl gecə saatlarında qəflətən vəziyyəti pisləşir: "Ciddi ağrılar hiss etmirdim. Amma nəfəs almağım çox çətinləşmişdi. Məni ultrasəs müayinəsinə apardılar. Orda diaqnoz qoyuldu ki, qarnıma maye yığılıb. Həcmi o qədər böyük idi ki, nəfəs ala bilmirdim. Müayinədən sonra evə gəldim. Gecə yenə vəziyyətim pisləşdi. Təcili yardım çağırdılar və xəstəxanaya yerləşdirildim".



Vüsaləyə serroz diaqnozu da 2017-ci ildə qoyulub: "İlk olaraq xəstəliklə bağlı Qazaxda müalicə almışam. Müalicədən sonra su çəkildi. Mütəmadi müalicələrim başladı. Amma müalicələr əvvəlki kimi effekt vermədi. Həkim dedi ki, artıq mənim edəcəyim bir şey yoxdur. Bizə cərrahla görüşməyi məsləhət gördü. Biz də getdik cərrahla görüşdük. Düşündük ki, bəlkə əməliyyatlıq deyil, müalicə ilə sağalar. Amma yenə də eyni diaqnoz qoyuldu. Dedilər qaraciyər bitib. Təcili olaraq 3 ay müddətində qaraciyər köçürülməlidir".



Hazırda Vüsalə özünü çox pis hiss edir. Zəifdir, hemoqlobinin səviyyəsi aşağı olduğundan, demək olar ki, sərbəst gəzə də bilmir, başgicəllənmələrindən, iştahasızlıqdan əziyyət çəkir.

"Səhhətim yaxşı deyil. Mənə qaraciyərin kəskin serrozu diaqnozu qoyulub. Qaraciyər köçürülməsinə ehtiyacım var. Bunun üçün Prezident İlham Əliyevə və bütün imkanı olan şəxslərə müraciət edirəm, həyatıma biganə qalmasınlar".

Qeyd edək ki, qaraciyər insan orqanizminin ən mürəkkəb və metabolik olaraq fəal orqanı hesab edilir. Qaraciyərə regenerasiya xüsusiyyəti xasdır və o, hətta öz kütləsinin 70% itirdikdə belə bərpa olmağa qadirdir. Sağlam qaraciyər kifayət qədər böyük həcmə malikdir, o, hətta 7-% həcminin çıxarılması halında da orqanizm üçün kifayət qədər fəaliyyət göstərmək iqtidarındadır.

Qaraciyər köçürülməsi dedikdə xəstənin çıxarılmış qaraciyəri mövqeyinə donor orqanının yerləşdirilməsi başa düşülür. Əmək sərf edilməsi, texniki mürəkkəbliyi və zədələnməsinə görə qarın boşluğu orqanlarının ən mürəkkəb cərrahi müdaxilə əməliyyatı hesab olunur və xüsusi şərait və biliklərin mövcudluğunu tələb edir.

İki övlad anasının 3 ay ömrü qalıb - KÖMƏK EDƏK!
İki övlad anasının 3 ay ömrü qalıb - KÖMƏK EDƏK!
İki övlad anasının 3 ay ömrü qalıb - KÖMƏK EDƏK!
İki övlad anasının 3 ay ömrü qalıb - KÖMƏK EDƏK!






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az