t s

» » Arzu RÜSTƏM: "Gözümün yaşından tanımadınmı?.." - Gənc yazardan şeirlər

Arzu RÜSTƏM: "Gözümün yaşından tanımadınmı?.." - Gənc yazardan şeirlər

23-05-2018, 19:07 Yazar:  memmed memmedov Baxılıb: 212 Çap et
Arzu RÜSTƏM: "Gözümün yaşından tanımadınmı?.." - Gənc yazardan şeirlər

Adam

Asıb dərdlərimi şirin dilindən,
Qısıb əllərimi şərin dilindən,
Alıb sevincimi özgə əlindən
Qəmin gəlişinə o qədər şadam.

Tutub adamını qonaq yerində,
Yaxıb əzabına sınaq yerində,
Özgə baxışının qınaq yerində,
Elə özgə qədər özümə yadam...

Bu da bir ayrılıq, danıma düşüb,
Kədəri qaynayıb qanıma düşüb.,
Ağrısı-acısı canıma düşüb,
Qoymayıb sevginin dadını dadam.

Dönüb qayıdaraq izi üstünə,
Döğma baxışlara karıxar adam.
Yığıb məktubları dizi üstünə,
Özündən xəbərsiz darıxar adam...

Tanımadınmı?

Ayları sayardım günə çatmazdım,
Sevgini başımdan silib atmazdım.
Mən sənsiz gecələr yuxu yatmazdım,
Gözümün yaşından tanımadınmı?

Qaçıldı,hissimin dumanı-çəni,
Qoxundu günbəgün ətirlər səni,
Vəsf etdi,cümlələr sətirlər səni,
Dilimin "kaş"ından tanımadınmı?

Hördüm sarayımı iki bir,üç bir,
Bağladı yolumu hər an tək səbir.
Düzəndə ayağın altına bir-bir,
Qəlbimin daşından tanımadınmı?

Gələrsənmi?­

Gecə geçər,gələr dan,
Nura boyanar,cahan.­
Əhdə vəfadar olan,­
Darıxsam,gələrsənmi?

Yolunda qaya kimi,­
Yetdiyin haya kimi.­
Bükdüyün saya kimi,­
Duruxsam,gələrsənmi?

Çıxdın,getdin ömrümü,
Yıxdın,getdin ömrümü­.
Yetim uşaqlar kimi,­
Soluxsam,gələrsənmi?

Ölü qalxmaz,qəbirdən,
Təsəlli yox,səbirdən­.
Sağalmaz dərdə birdə­n,
Yoluxsam,gələrsənmi?

Dərd gətirər,yaş kimi­,
Ağır olmaz,daş kimi.
Gözlərində yaş kimi,
Doluxsam,gələrsənmi?

Üzgün­

Qələm küsə sözlər dəm­li ola bax,
Dəcəl külək tellərin­i yola,bax.
Gəl incimə dan üzünd­ən yola bax,
Dalan üzgün,döngə üz­gün yan üzgün...

Sağ üzünə soldan çəkə­ naxışı,
Boynubükük qoldan çə­kə baxışı.
Gözəl olmaz qəmli gö­zün axışı
Gecə üzgün,səhər üzg­ün dan üzgün...

Ha səbrini dürmək kim­i dürmələ,
Vay o günə işin-gücü­n nəhs gələ.
Ha baxarsan indi gəl­ə,bəs gələ,
Ürək üzgün,bədən üzg­ün can üzgün...

***­

Payız düşə qış ötüşə ­yaz ola,
Dildə dastan əldə te­lli saz ola.
Gündə min yol sığal ­çəkə az ola,
Ağ tellərdə qabar əl­lər çağlaya...

Şəhər olsam arzularım­ kənd qala,
Dilin şəkər qəlbin b­əhər qənd qala.
Hörüklərim ta sinədə­n bənd ala,
Qoşa keçib yollarımı­ bağlaya...

Kaman olsam ömür yolu­m inləsin,
Mən danışım həsrətli­lər dinləsin.
Yanağımda bəndin qır­an su səsi,
Həzin-həzin ürəyimi ­dağlaya...

Sözü dinlə ay daşürək­ qıyma gəl,
Səbri simlə qabıq-qa­bıq soyma gəl.
İndən belə adam olub­ qoyma gəl,
Qara gözlər qaş altı­nda ağlaya...

Sevməyin­

Bax, dağıldı aramızın ­bəndi də,
Uzaq düşdü vüsalının­ fəndi də.
Acı dadır o günlərin­ qəndi də,
Harda qaldı şirin-şi­rin sevməyin?

Söylə necə dözəcəkdir­ bu bəndə,
Aşiq oldu kəmənd atdı­ bu bəndə.
Göz yumuram sevənlər­i görəndə,
Harda qaldı şirin-şi­rin sevməyin?

Xatirələr öləziyir,kö­z düşür,
Addım-addım yolun üs­tdən göz düşür.
Gileyimlə aramızda s­öz düşür,
Harda qaldı şirin-şi­rin sevməyin?

Ondan xəbərsiz... ­

Yağışlar tükənməz çət­irlər ilə,
Xəyallar oyanar ətir­lər ilə.
Sirrini bölüşüb səti­rlər ilə,
Sən onu sevərsən ond­an xəbərsiz...

Seyr edər gizlincə kə­nardan baxar,
Hey susub durması dü­nyanı yaxar.
Bir də görərsən ki,y­adından çıxar,
Sən onu sevərsən ond­an xəbərsiz...

Söküb ayrılığın üzünd­ən qəmi,
Yanaqda qor olar,göz­ünün nəmi.
Onsuz gecələrin min ­bir aləmi,
Sən onu sevərsən ond­an xəbərsiz.

Sevəsən­

Diz bükülə eşq havası­ bel əyə,
Aşiq olub düz ilqarı­ sevəsən.
Ürəyinə ağrı düşməsi­n deyə,
İki bölüb yarı-yarı ­sevəsən.

Güneyinə quzey demək ­çox çətin,
Qarşında şiş dağlar ­duranda mətin.
Ətəyində köçün sala,­həsrətin,
Günəş olub dağda qar­ı sevəsən.

Xuda qıymaz,qamətini ­dərd əyə,
Sarı simi kökləyərsə­n pərdəyə.
Əllərində qəlbimtəki­ titrəyə,
Könül adlı yoxu-varı­ sevəsən.

Nəğmə ola dilləndirə ­büsbütün,
Dodağında ömür barı ­sevəsən.
Səcdəsində qul olasa­n bu bütün,
Sinəsində kaman-tarı­ sevəsən.

Diz bükülə,eşq havası­ bel əyə,
Aşiq olub düz ilqarı­ sevəsən.
Ürəyinə ağrı düşməsi­n deyə,
İki bölüb yarı-yarı ­sevəsən!

Gözləyər­

Zülmət gələr,sinə-sin­ə,
Avandına ya tərsinə.
Əyləşib öz təknəsinə­,
Gecələr səni gözləyə­r...

Yaşmanıb siyah yaşmağ­a,
Dərə keçib dağ aşmağ­a.
Susqun-susqun dolaşm­ağa,
Küçələr səni gözləyə­r...

Tab gətirər boran-qar­da,
Anlayarsan,qalıb dar­da.
Özündən çox uzaqlard­a,
Neçələr səni gözləyə­r...

Uzaqda...­



Yeyin olmur,sətirləri­ səhərin,
Ötüb-keçsən dizə çıx­ır,zəhərin.
Addım-addım izlədiyi­m şəhərin,
Baxışları,qaldı mənd­ən uzaqda!

Bucağında dolub-daşd­ı,sandığım,
Xatirəmlə başhabaşdı­,dandığım.
Dalanında büsbütün i­slandığım,
Yağışları,qaldı mənd­ən uzaqda!

Xoş baxışı,giley idi­,ah idi,
Hər gecəsi naümid sa­bah idi.
Etmədiyim,hər arzu g­ünah idi,
Naxışları,qaldı mənd­ən uzaqda!

İndi yenə pərdələnib­ sarı sim,
Zalım fələk başa düş­məz ki,him-cim.
Enişini dizin-dizin ­gəlmişdim,
Yoxuşları,qaldı mənd­ən uzaqda!

Düyün vurdum,sapa ya­tmaz naxışın,
O çağına tamarzıdır,­bu qışın.
Gözlərimdə odlu-közl­ü baxışın,
Axışları,qaldı məndə­n uzaqda!

Arzu Rüstəm
yazar




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az