t s

» » Millimiz Ukraynaya qalib gəldi - Yeniləndi

Millimiz Ukraynaya qalib gəldi - Yeniləndi

19-05-2018, 21:43 Yazar:  Məmməd Məmmədov Baxılıb: 308 Çap et
Millimiz Ukraynaya qalib gəldi - Yeniləndi
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 19-da Qızıl Avropa Liqasında ilk oyununu keçirir.

Milli komandamız Azərbaycan Voleybol Mərkəzində Ukrayna yığması ilə qarşılaşır.

Millimizin oyun üçün heyətində Şəfaqət Alışanova, Yana Əzimova, Kristina Yaqubova, Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Marqarita Əzizova, Ceyran İmanova, Bəyaz Əliyeva və Yuliya Kərimova yer alıblar.

Oyunu yunanıstanlı baş hakim Epaminondas Gerothodoros idarə edir. İkinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirir.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “E” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız digər oyununu mayın 23-də səfərdə Portuqaliyaya qarşı keçirəcək. Ayın sonunda isə millimiz Bolqarıstana səfər edəcək. Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

***

Mayın 19-da qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ilk görüşdə Ukrayna yığmasına qalib gələrək bu mötəbər turnirə qələbə ilə başlayıb.

Milli komandamız Azərbaycan Voleybol Mərkəzində Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.

Yunanıstanlı baş hakim Epaminondas Gerothodorosin idarə etdiyi görüşə daha fəal başlayan ukraynalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 25:16. Lakin əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:19, 25:23 və 28:26 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa çatdırmağa nail olub. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
08:36 Faiq Qarayevin yetirmələrindən növbəti qələbə - Polşa yığması aciz qaldı Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az