t s

» » Allah bəndələrini gündə 5 dəfə qəbul etdiyi halda, şeyx niyə müsəlmanları qəbul etmir?

Allah bəndələrini gündə 5 dəfə qəbul etdiyi halda, şeyx niyə müsəlmanları qəbul etmir?

19-05-2018, 21:03 Yazar:  user1 Baxılıb: 362 Çap et
Allah bəndələrini gündə 5 dəfə qəbul etdiyi halda, şeyx niyə müsəlmanları qəbul etmir?ilahiyyatçı Tural İrfan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni onun müraciətlərinə cavab verməməkdə və ayrı-seçkilikdə ittiham edir.

İlahiyyatçı Cebhe.info-ya açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi onu işlə təmin etməkdən imtina edir.

O iddia edir ki, buna səbəb dövləti və dövlətçiliyi dəstəkləməsi, islamı xarici agenturanın təbliğ etdiyi kimi yox, milli ənənələrə uyğun qəbul etməyidir:

“1998-ci ildən üç mədrəsədə dini və dünyəvi təhsil almışam. 2001-ci ildə Bakı İslam Universitetinə qəbul olub, əyani şöbədə 5 il ali dini təhsil almışam. 2006-cı ildə tam kursu tərcüməçi (ərəb-fars dilləri üzrə), şəriət müəllimi, islamşünas, axund-imam ixtisasları üzrə bitirmişəm. Fərqləndiyimə görə universitet rəhbərliyinin rəyi ilə həmin məktəbdə 5 il “Quran” qiraəti, Azərbaycan dili və fiqh fənləri üzrə müəllim işləmişəm. 2011-ci ildə Bakıda yaşadığım halda Qazax rayonunun ucqar bir kəndinə heç bir maaş-məvacib, yaşayış yeri ilə təmin olunmadan məscid rəhbəri təyin olunmuşam. 8 aya yaxın öz gücümə işləmişəm.

Sonra insafa gəlib durumumun həqiqətən də ağır olduğunu görüb geri çağırılmışam ki, Bakıda başqa işlə təmin etsinlər. Lakin bu günədək məni süründürürlər. Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Aşıqlar Birliyinin üzvüyəm. 2012-ci ildə Prezident təqaüdünə layiq görülmüşəm. 6 kitabım, çox sayda məqaləm dərc edilib, AMEA-nın dissertantıyam. Bir çox dövlət təltiflərinə layiq görülmüşəm. Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüyəm. “Dünyanın səsi press” və “Nöqtə” qəzetlərinin təsisçi-baş redaktoruyam. Amma 10 ilə yaxındır işsizəm. Qafqaz Müsəlmanları İdarəsi məni işlə təmin etməkdən imtina edir. Səbəb konkret olaraq dövləti və dövlətçiliyi dəstəkləməyim, islamı xarici agenturanın təbliğ etdiyi kimi yox, milli ənənələrimizə uyğun qəbul etməyimdir”.

Tural İrfan iddia edir ki, onun kimi dini obyektiv dərk edən və məzhəb təəssübkeşliyindən uzaq ilahiyyatçıları uzaqlaşdırıb yerinə öz adamlarını yerləşdirirlər:
Allah bəndələrini gündə 5 dəfə qəbul etdiyi halda, şeyx niyə müsəlmanları qəbul etmir?
“Belə tənqidlər yazanda da min cür qarayaxma və şər- böhtana əl atırlar. 5 il boyunca 500 dollar təhsil haqqı ödəyib oxumuşam, indi məni və məni kimiləri uzaqlaşdırıb xarici ölkələrin təsirində olanları məscidlərə doldururlar. Bu, nə dərəcədə doğrudur? Onlar bu haqsızlığı qəbul etsə də, Allah qəbul etməz. Bu məsələyə aidiyyəti qurumlardan aydınlıq gətirilməsini istəyirəm. Dəfələrlə idarənin sədri ilə görüşüb dərdimi demək istəsəm də, bildiriblər ki, şeyx vətəndaşları qəbul etmir, dövlət rəsmilərindən fərqli olaraq qəbul günü də yoxdur.

Çox qəribədir ki, nazirlər, ölkə rəhbəri cənab prezident belə vətəndaşlarla görüşür, onları qəbul edir, dərdlərini dinləyir, ancaq cənab şeyxin öz işçisi olmuş, İslam Universitetinin məzunu və müəllimi olmuş bir vətəndaşı illərdir qəbul etmir. Bu, hansı qanuna uyğundur?! Allah- Təala gündə 5 dəfə bəndələrini qəbul edir və dinləyir. Peyğəmbər hədisində namazın Allahla görüş olması nəql edilib. Bildiyim qədər Roma Papası və digər dini rəhbərlər də bəndələrlə görüşürlər, hətta təvazökarcasına... Yüzlərlə ərizə və məktub yazdım, cavab da vermədilər. İmadəddin Nəsiminin " Çox dualər qılmışam Xaliqün dərgahinə, Çün muradım hasil olmaz, mən duanı neylərəm?!. "meyarı ilə" muradımın hasil olmadığına rəğmən daha ərizə də yazmıram. Məcbur oldum ki, müvafiq "dərgaha" mətbuat vasitəsi ilə xitab edəm, özü də orucluq vaxtı, bəndələrin hər gün Allahın qəbulunda olduğu zaman...”
Yeganə Oqtayqızı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az