t s

» » Bir qədəh göz yaşı və qızımın doğum günü

Bir qədəh göz yaşı və qızımın doğum günü

19-05-2018, 17:16 Yazar:  Əsmər Baxılıb: 147 Çap et
Bir qədəh göz yaşı və qızımın doğum günü
Zülfüqar SAVAŞ

Ölməyə qorxuram, qızım. Əvəlllər də qorxurdum, indi də. Amma indi bu qorxunun dadı başqadı, indi başqa cür qorxuram.

Fiziki yoxluğumu düşünəndə həmişə üşənmişəm, ölüm məchulluqdu çünki. Amma indi fiziki yoxluğumun üşəntisi qorxutmur məni, buna tam olmasa da böyük ölçüdə hazıram. İndi fiziki yoxluğumun SƏNi ağladacağından üşənirəm, mənasız ölümümün səni qorxudacağından qorxuram. Səni qorxutmaqdan qorxuram...
Bilirsənmi, hərdən nə düşünürəm “qara böcəyim”?

Günün hansısa vaxtı yadıma düşürsən, düşünürəm ki, görəsən bax bu an, elə indi nəylə məşğulsan? Yəqin baxçadasan, mənim baxmalı olduğum, baxa bilmədiyim o gözəl, qara gözlərinlə kiməsə baxırsan... Mənə fərqi yoxdu ya tərbiyyəçi, ya da adını da bilmədiyim hansısa baxça yoldaşın...Hərdən Tanrıdan möcüzə istəyirəm, indi sənin baxdığın adamlardan biri olmaq, onlardan hansınasa çevrilmək keçir ürəyimdən...

Bir qədər yaxşılaşmışam, gözəl gözlüm. Əvvəl psixoloji sarsıntılar daha dəhşətli, daha dözülməz idi. Mənə daim elə gəlirdi ki, səni həmişə kimsə incidir, baxçada hansısa uşaq vurur səni...İndi arxayınam, yadındadırmı sonuncu görüşümüzdə özün danışırdın, baxça yoldaşın olan oğlanı döydüyünü. Danışdın onu necə vurduğunu və gülüşdük...

Yadından çıxartmamısan, yumruğu necə vurmaq lazım olduğunu? Bunu hər dəfə öyrədirəm sənə, hər dəfəsində də unudursan. Dediyim kimi vur, yoxsa o gözəl əllərin ağrıyar, gözəl gözlüm... Adamları bir yumruq məsafəsindən yaxına buraxma, bilsinlər ki, hər an vurula bilərlər...

Vurmaq bəzən məcburiyyətdir, qızım. Səni vurmasınlar deyə vurmaq lazım... Vurduqca alışacaqsan, əvvəl əllərin ağrıyacaq vurduğuna görə, sonra ürəyin...Amma inan dünyanın ən gözəl atasına (bu sənin sözlərindi “qara böcəyim”), inan ki, vurmasan səni vuracaqlar...

Bayaq telefonla danışdıq. Haçansa, böyüyəndə və bəlkə “dünyanın ən gözəl atası” dünyada olmayanda oxuyacaqsan bu yazını...Həmin günün böyük qızı üçün yazıram: Sənlə telefonda hər danışandan sonra göz yaşlarıma boğuluram, tək olanda qurd kimi ulayır, sonra ürəyim tam sakitləşənə qədər ağlayıram...Əsl kişilər ağlamağı bacaranlardı, gözəl gözlüm...Bunu da anlayacaqsan, böyüyəndə...

İki gün sonra sənin ad günündü...Çağa qoxulu balamın 5 yaşı olacaq...Görüşəcəyik, həmin gündən ya bir gün qabaq, ya da ad gününün sabahısı...Sənin atan statusunda olan atalar balaları ilə ya ad günlərindən qabaq ya da bir gün sonra görüşə bilər, bunu da anlayacaqsan...

Mühasirəni yarıb yanına qaçacam. Yəqin bilmirsən, atanı mühasirəyə salıblar. Ata həm də başqa qorxularla otaq yoldaşlığı edir, indi. Qorxur ki, saytda hansısa məqalə “əmilərin” xoşuna gəlməz və Prezident Adminstrasiyasındakı “babalar” bloklayar saytı. Ya atan kimdənsə pul alanda qandallayarlar. Ya da nə bilim, DTX tutub atar içəri...

Tutulmaqdan, qandallanmaqdan qorxmur ki atan...Qorxur ki, sənin görüşünə gələ bilməz və niyə gələ bilmədiyini də anlatmağa imkanı olmaz. Səni incitməkdən, səni ağlatmaqdan qorxur atan...

Əslində nə baş verdiyini sən böyüyəndə bilərsən. Atanla dost olan “əmilər”dən birinin saytında “daha bir “reket” baş redaktor həbs edildi” başlıqlı yazıdan anlarsan olub-bitənləri...O “əmi”yə hirslənməzsən gözəl gözlüm, atanın içində olduğu oyunun kuralları belədi: Çoxdandı ki, bizim camiədə heç kim heç kimi qınamır, sən də qınama...

Hə qızım, çox uzatmayaq, siqaretim bitib, dükana getməliyəm. Bil ki, yazının bu hissəsinə çatana qədər atanın göz yaşları yanaqlarındaydı. Gözlərimdən dodağıma azı bir “rumka” göz yaşı süzülüb. Həmin göz yaşlarını SƏNİN SAĞLIĞINA içirəm.

AD GÜNÜN MÜBARƏK, GÖZƏL GÖZLÜM...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az