t s

» » Qaraçuxurun axundu onun haqda böhtan yazanları "şeytan" adlandırdı

Qaraçuxurun axundu onun haqda böhtan yazanları "şeytan" adlandırdı

18-05-2018, 18:12 Yazar:  memmed memmedov Baxılıb: 357 Çap et
Qaraçuxurun axundu onun haqda böhtan yazanları "şeytan" adlandırdı

Bir qədər əvvəl Bakının Qaraçuxur Qəsəbəsində məscid axundunun haqqında bəzi saytlarda gedən dezinformasiya xarakterli yalan məlumatlara axundun özü ilə əlaqə saxlayıb onun cavabını işıqlandırmışdıq. Sözü gedən axund Hacı İlyas Qafqaz Müsəlmanları İdarəsinin rəsmi axundu və həmin məsciddə qanuni icma sədridir. Araşdırmalarımız nəticəsində məlum oldu ki, o, məscidin üç il əvvəl təyin olunmuş imamıdır. Hətta məsciddəki dini icmanın da rəsmi və real sədridir.

Onun fəaliyyəti və icma üzvlərinin fikirləri barədə məsciddə ibadət edən əhli sünnə və əhli şiə möminlərinin münasibətini də araşdırdıq. Məscid əhli və müraciət edən insanlar, hər iki ənənəvi məzhəbin tərəfdarları axund Seyid İlyasdan heç bir narazılıqlarının olmadığını qeyd etdilər.
Əlavə edək ki, axund İlyasın barəsində həqiqətə uyğun olmayan məlumatların yayılması məscidin normal fəaliyyətinə kölgə salmaq xarakteri daşıdığı məlum olur.


Axund özü bu məsələyə münasibətində bildirdi ki, "həmin şəxs və ya şəxslər böhtanın və yalanın nə qədər günah olduğunu anlasaydılar onlar belə işlər görməzdilər. Mənim fəaliyyətim göz qabağındadır və şəffafdır. Möminlər, icma üzvləri və digər məscidə müəyyən işlərdən ötrü, dəfn-kəfən, kəbin kəsmək vəs. kimi işlərdən ötrü müraciət edən hər bir kəsin qulluğunda dururuq və çalışırıq ki, hər kəs razı qalsın. "
Məsciddə keçirilən tədbirlərdə iştirak etdiyini deyən şəxslər bildirdilər ki, Hacı İlyas həqiqətən savadlı, dərin dini bilgilərə malik, vətənpərvər və imanlı-əxlaqlı bir insandır. Onun əleyhinə yazılanlar və ya yazdırılanlar isə böhtan və yalandır. Onun buradakı fəaliyyətinə kölgə salmaqla onu ləkələmək və məscidin icmasını dağıtmaq istəyən şeytanlar hətta Axund İlyası böhtanlamaqla da kifayətlənməyib Qafqaz Müsəlmanları İdarəsinin sədrinin və Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin də ünvanına qeyri-etik və şantaj xarakterli yalan məlumatlar dərc edirlər.
Sonolay saytında gedən belə məlumatların yazdırılması istər qanun, istər də vicdan baxımından əsl vicdansızlıqldır- axudn öz açıqlamasında belə deyib.

Hətta kiminsə onun haqqında sui-zənn edərək belə məlumatları yayması axundun dediyinə görə o şəxslərin günaha batmasıdır. İnsanların və məscid əhlinin fikirlərində çaşqınlıq yaradılaraq məscid rəhbərinin guya "dəli", " əsgərlikdən yayınan", " pulla icma təsdiqlədən" və sair gülünc ifadələrlə dolu olan belə yazılar heç cür həqiqətə uyğun ola bilməz. Çünki axund, Seyid İlyas Bakının Zeynəlabidin qəsəbəsində N saylı hərbi hissədə hərbi xidmət keçdiyini, vətənin-xalqın daima təəssübünü çəkdiyini bildirdi. Təyin oldunduğu idarə tərəfindən də bütün haqqında olan məlumatlar analiz edilərək ona etibar və etimad edilərək həmin vəzifəyə təyinat alıb. Qətiyyən pul və digər məsələlərin rolunun olmadığını bildirən Seyid İlsyas Qafqaz Müsəlmanları İdarəsinin də nəzarətinin məscidin üzərində olduğunu ifadə etdi: "Həmin idarə mütəmadi olaraq məscidə və fəaliyyətmizə nəzarət edir, tədbirlərimizdə və bütün addımlarımızda QMİ ilə məsləhətləşirik və çalışırıq ki, hər zaman xalqımıza xidmət edək. "

Qurani Kərimdə yalan danışmağı və bir möminin haqqında qiybət etməyin, şər-böhtan yaymağın böyük günah olduğunu xatırladaraq bildirmək istəyirik ki, biz bütün informasiyaları obyektiv və tərəfsiz, qərəzsiz araşdırırıq. Ancaq bəzi "saytlar" araşdırmadan, dəqiqləşdirmədən nəsə müqabilində subyektiv, yalan, əsassız məlumat qondarıb yayırlar.

Hacı İlyas bildirdi ki, Qurani- kərimin "Fələq və Nas" surələrində bildirilir ki, şeytanlar cinlərdən də olur, şeytanlardan da. Belələri məhz insandan olan şeytanlardır. Çünki din xadiminə qarşı bu qarayaxma dərinə gedəndə ona etimad edən, onunla namaz qılan, onun sədri olduğu icmanın üzvləri olan, rəhbərlik etdiyi məscidin əhli sayılan möminlərə də hörmətsizlikdir.

Axund bildirdi ki, Qurani - kərimdə habelə buyurulur ki, əgər bir xəbəri eşitdinizsə onu dəqiqləşdirin, onun doğru olub-olmamasını aydınlaşdırın, ondan sonra onun haqda danışın. Ancaq belələri özləri qondardığı yalanlara digərlərini də inandırmaq üçün sırf iblislik edirlər...
Qeyd edək ki, araşdırmalarımız nəticəsində digər axund və ruhanilər də Hacı İlyasın savadlı, əxlaqlı,mədəni bir dindar olduğunu vurğuladılar, yayılan qarayaxmanın onsuz da ona yapışmayacağını vurğuladılar.

Böhtanın zinadan da ağır günah olduğunu bildirən dindarlar Hacı İlyasın belə işlərdə adının hallandırılmasına təəssüfləndiklərini bildirdilər.
Yayılan yanlış məlumatlarda guya axundun kəfən biznesi ilə məşğul olması, ruhi xəstə olması, məscidin icmasını saxta yollarla qeydiyyatdan keçirməsi və bu səbəbdən də yüksək maddi imkana sahib olması və.s kimi yalanlar yazılmışdır. Həm seyid İlyasın özü, həm də digər məscid dindarları onun kirayədə yaşadığını, sadə və adi həyat yaşadığını qeyd edərək hətta belə yalanlara təəccüb etdiklərini dedilər. Qeyd etdiyimiz kimi, icmanın qanuniliyini təsdiq edən hər iki müvafiq idarənin təsdiqləməsi nəticəsində rəsmi imam işləyən Seyid İlyasın haqqında yazılan mənfi məlumatların həqiqətə uyğun olmadığının bir daha şahidi olduq.

Hətta qeyd etdik ki, bu yazıları yazan və yazdıranların da münasibətlərini dərc etməyə hazırıq, əgər yazdıqları növbəti yalan və dezinformasiya deyilsə. Lakin görünür ataların " yalan ayaq tutar, yeriməz" misalında olduğu kimi öz yalanlarını isbat edə bilməyəcəklərini və ifşa olunacaqlarını görüb susdular.

Onda görə də belə xəbər yayanları xüsusi ilə bu müqəddəs Ramazan ayında belə günahlardan, xəbis əməllərdən çəkinməyə səsləyən axund sonda belələrinin onsuz da axırda əməllərindən peşman olacaqlarını vurğuladı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:14 Qaraçuxurun axundunu qara qüvvələr işləməyə niyə qoymur ?!. Son zamanlar Qaraçuxur məscidinin dini icması və məscidin axund-imamı haqda yazılan şantaj, böhtan və qarayaxma kompaniyası ilə bağlı yenidən "sonolay.info" saytında yazı gedib. Keçən dəfəki yazımızda adı hallanan məscidlə bağlı araşdırma apardığımızı qeyd etmişdik. Məscidin icma üzvləri, axund və
23:04 Şeyxə və onun işçisinə qarşı nahaq ittihamları kim(lər) yazdırır? ARAŞDIRMA Mediaxeberleri.az xəbər verir ki, son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin və bu idarənin təyin etdiyi bəzi ziyalı, savadlı imamlar (axundlar) barədə bəzi saytlarda şər-böhtan xarakterli yalan məlumatlar istinadı olmadan dərc olunur. Bu "yazılardan" daha doğrusu cızma-qaralardan biri də Qafqaz
08:32 “Oğlumun toyundan böhtan yazanları məhkəməyə verəcəm” - Deputat Rafiq Məmmədhəsənov Sosial şəbəkələrdə, ardınca isə bəzi saytlarda Milli Məclisin deputatı Rafiq Məmmədhəsənovun oğlunun toyu ilə bağlı geniş müzakirələr açılıb. İddia edilir ki, bəylə gəlin yalnız toyun əsas qonağı - Milli Məclisin spikeri Oqtay Əsədov məclisə təşrif buyurduqdan sonra şadlıq evinə gəliblər.
10:14 Qazaxda axır ki, Axundu da şərlədilər Son zamanlar informasiya azadlığını şəxsi məqsədləri üçün istifadə edənlər daha da çoxalıb. Artıq kimin kimdən xoşu gəlmirsə rahatca sosial şəbəkələrdə tənqid edir, şərəf və ləyaqətini alçaldır. Məsələ burasıdır ki, bu barədə müvafiq qanunların olmasına baxmayaraq, qanunun mexanizmi işləmir. Ona
10:05 Gəncə Dövlət Universiteti: gerçəkliyə göz yumub böhtan atanlar Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az