t s

» » Səlim Müslümovun basdırdığı minalar: 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi qanun tanımır

Səlim Müslümovun basdırdığı minalar: 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi qanun tanımır

18-05-2018, 09:44 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 551 Çap et
Səlim Müslümovun basdırdığı minalar: 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi qanun tanımır
Əməyin mühafizəsinə, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hər zaman ciddi müzakirə mövzusu olub. Ölkə qanunvericiliyində insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin aradan qaldırılması məqsədilə, aidiyyəti şəxslərin hətta məsuliyyətə cəlb olunması qaydaları da müəyyənləşib. Amma buna baxmayaraq işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydaları yerinə yetirilmir, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilmir. Bu isə işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur.

Mediaxeberleri.az
xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 nömrəli Konvensiyasına qoşulduğu, həmin sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı qanunlara əməl edirmi sualına cavab axtarırıq.

Son zamanlar redaksiyamıza daxil olan məlumatlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin hansı səbəbdən iflic vəziyyətə düşməsinə Yaxın günlərdə aydınlıq gətirəcəyik.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnaməyə görə, Xidmət mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Ancaq bu yalnız kağız üzərində belədir və reallıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ayrı-ayrı oliqarxların, iş adamlarının və sahibkarların maraqlarının müdafiəçisidir?

Çox təəssüf ki, prezident İlham Əliyevin idarəçiliyi vətəndaşların nəzərində şübhə altına alınmasına imkan verənlər dövlət başçısının nazir, xidmət rəisi kimi yüksək vəzifələri etibar etdiyi şəxslərdir. Məhz belə məqamlara qiymət verilməməsi “Səlim Müslimov fenomeni”ni doğurur.

Növbəti sayımızda: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin hansı səbəbdən iflic vəziyyətə düşməsi haqqında geniş məlumat verəcəyik.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az