t s

» » Bu gün Mirdamət Qocayevin doğum günü idi...

Bu gün Mirdamət Qocayevin doğum günü idi...

18-05-2018, 00:00 Yazar:  memmed memmedov Baxılıb: 259 Çap et
Bu gün Mirdamət Qocayevin doğum günü idi...


Şəhidləri, Vətən-torpaq yolunda həyatlarını itirənləri, istər döyüş meydanında olsun, istər digər zamanlarda olsun, Allah onları sevir və özünə ən yaxın bəndələr sayır. Torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban edən minlərlə vətəndaşımızın da Allahın bu nemətindən nəsibləri var, Allah onları da sevir. Vətən uğrunda həlak olanlar bir neçə qismə ayrılır. Bəziləri döyüş meydanında güllə yarasından, bəziləri müxtəlif qəzalardan, xəstəlikdən və.s. dünyasını dəyişirlər. Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi xidmətə yollanan və həyatını itirən Vətən oğullarından biri də Qobustan rayonu, Cəyirli kəndində anadan olmuş Mirdamət Qocayev idi.

Qocayev Mirdamət Rahim oğlu 1992-ci ilin mayın 17 də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. Orta məktəbi Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid adına 1 saylı məktəbdə əla qiymətlərlə bitirib İqtisad universitetinə qəbul olub. Ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2014-cü ilin iyul ayında hərbi xidmətə yollanıb, xidmətinin uğurla davam etməsi onda Vətənə daha böyük sevgi yaradıb. Nəticədə müvafiq təhsil alaraq zabit olaraq hərbidə Vətənə daha çox qulluq etmək qərarına gəlib. Leytenant rütbəsində fəal zabitlərdən biri kimi, komandirlərinin hörmətini qazanıb, bir sıra təltiflərə, fəxri fərman və diplomlara layiq görülüb. Hətta 2016-cı ilin məşhur Aprel döyüşlərində fəal iştirak edib.

Yaşadığımız Masazır qəsəbəsində onu tanıyan hər kəsin hörmətini qazanan Mirdamət Qocayevin valideynləri də böyük övladları olaraq onu çox istəyir və qayğısına qalırdılar. Atası Rahim Qocayev zəhmətkeş ata olaraq əlinin zəhməti ilə onun qayğısına qalaraq istər təhsilində, istər digər məsələlərdə daima diqqətini əsirgəməmişdi.
Böyük amallara doğru həvəslə addımlayan bir insan idi Mirdamət. Hələ uşaq yaşlarından böyüklərin söhbətlərinə qulaq asar, onların düşüncə səviyyəsinə uyğun fikirlər söyləyər, hamının sevgisini qazanardı.
Allah çox yaxın insan idi. Babası Əli kişi necə deyərlər, köhnə kişilərdəndir. Onu uşaqlığından məscidə aparar, milli-mənəvi dəyərlərimizlə tanış edər, ona Vətəni, xalqı, insanları sevməyi öyrədərdi.
Məhərrəmlik ayında mərsiyyə dinləyib kövrəldiyi gözümün qabağındadır. Çox xatirələr var... Sadəcə hələ onun ölməsi ilə barışa bilmədiyim üçün, düşünürəm ki, qayıdacaq və o xatirələri danışmağım artıqdır.

Atası ilə mütəmadi əlaqə saxlayırdı. Tərxis olunmalı idi. May ayının 17-si ad günü olub Yevlax şəhərindəki N saylı hərbi hissədə. Yaxın zamanda buraxılıb gələcəyini deyib atasına.
Lakin qəfil sarısıdı xəbər bütün arzuları və sevincləri yarımçıq qoydu.
Xəbərə görə bu gün-sabaha gəlməli olan Mirdamət Qocayev hərbiçi yoldaşı ilə Bərdə rayonu ərazisində avto-qəzaya düşərək dünyasını dəyişib.
Beləliklə tərxis sənədində 18 may göstərilən gənc zabit, Mirdamət Qocayev doğum günündən iki gün sonra 19 mayda Haqqın rəhmətinə qovuşur...
Ata-anasına qayğıkeş övlad, Vətənə qeyrətli oğul, Allaha layiqli bəndə, qohum-qonşuya sevimli dost, əziz həmdərd olan Mirdamətin xatirəsi hamımızın qəlbində əbədi yaşayacaqdır.

Qobustanın Cəyirli kəndində son evinə qonaq olan Mirdamət ruhən Allaha qovuşdu.
Dinimizə, etiqadımıza görə insan heç zaman ölmür, daima əbədi yaşayır. Qiyamət günü bütün bəşəriyyət dirilib Haqqın qarşısında Məhşərə çıxarılacaq. Həmin səhnədə şəhidlər, Mirdamət kimi Vətən üçün ömürlərini fəda edənlər ən üstün imtiyazlarda olacaqlar.
Bütün dostları, onu sevənlər, xatirəsini əbədi yaşadanlar adından bir daha Mirdamət Qocayevin valideynlərinə, yaxınlarına səbr diləyirik. Mirdamət qardaşımıza da Allahdan rəhmət diləyirik.

Ruhun daima şad olsun, Vətən oğlu !


Tural İrfan
yazar-ilahiyyatçı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az