t s

» » Xaləddin İsgəndərov rəsmən GETDİ - SƏRƏNCAM VAR

Xaləddin İsgəndərov rəsmən GETDİ - SƏRƏNCAM VAR

17-05-2018, 22:40 Yazar:  Nuhu Baxılıb: 151 Çap et
Xaləddin İsgəndərov rəsmən GETDİ - SƏRƏNCAM VAR
Prezident İlham Əliyev Xaləddin İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

FaktXəbər bildirir ki, sərəncamla Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

X.İsgəndərov daha əvvəl - 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
00:22 Milyarder icra başçısı: Xaləddin İsgəndərovun sərvəti və hakimiyyəti Binəqədinin icra başçısının sərvəti və davranışları ərəb şeyxlərinin sərvəti və davranışlarından geri qalmır Məsələyə Azərbaycan reallıqları prizmasından yanaşarsaq, o zaman Xaləddin İsgənrərovun vəzifədə və ayaqda qalması möcüzə kimi görünür. Bu mösüzənin təfərrüfatları ilə bağlı gələcək
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:34 Xaləddin İsgəndərova həbs təhlükəsi-özəl xəbərlər Binəqədinin başçısı ölkədən niyə getdi? Başçının ailəsi 1 aydır Almaniyadadır; görüş yeri olaraq Paris seçilib Məmmədov-İsgəndərov klanı haqda şok bilgilər... Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun ölkədən qaçması haqda məlumat yayılıb. İlk öncə istiqlal.az saytı, daha sonra isə başqa
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az