t s

» » Saxtakarlığa yol verənlərə heç bir güzəşt olmayacaq- təzə nazirdən xəbərdarlıq

Saxtakarlığa yol verənlərə heç bir güzəşt olmayacaq- təzə nazirdən xəbərdarlıq

17-05-2018, 22:31 Yazar:  Eldar Baxılıb: 245 Çap et
Saxtakarlığa yol verənlərə heç bir güzəşt olmayacaq- təzə nazirdən xəbərdarlıq
Sahil Babayev: “Saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında şəffaflığın tam təmin edilməsi üçün sistemli tədbirlər görüləcək”

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.


S.Babayev prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb. Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq Nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq. Həmçinin, əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq.

Nazir qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq, əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi sisteminin yaradılmasının da əsas hədəflərdən olduğunu bildirib. S.Babayev diqqətə çatdırıb ki, əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib və bu sahədə ciddi dönüş yaradılması, reabilitasiya səviyyəsinin artırılması üçün Fərdi Reabilitasiya Proqramının, Nazirliyin bərpa mərkəzləri ilə bağlı konkret hədəfləri müəyyən edən konsepsiyanın hazırlanması təmin olunacaq.

Respublikanın bölgələri üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırmanın da aparıldığını diqqətə çatdıran S.Babayev Xidmətin kollektivinə konkret tapşırıqlarını verib.

Müşavirədən sonra nazir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyəti, burada əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial ekspertiza xidmətinin vəziyyəti ilə yaxından tanış olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:05 Nazir Sahil Babayev: "Süründürməçiliyə yol verilməməlidir" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az