t s

» » Bakıda yol polisi ilə sürücü arasında qalmaqal - VİDEO

Bakıda yol polisi ilə sürücü arasında qalmaqal - VİDEO

17-05-2018, 22:28 Yazar:  Eldar Baxılıb: 144 Çap et
Bakıda yol polisi ilə sürücü arasında qalmaqal - VİDEO
Bakı şəhərində yol-hərəkəti qaydasını pozan sürücü ilə polis arasında mübahisə yaşanıb.

Mediaxeberleri.az
-ın məlumatına görə, bu gün günorta saatlarında Bəsti Bağırova küçəsində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü yolun qadağan olunan hissəsinə çıxaraq, yol hərəkəti qaydasını pozub.

Belə olduğu təqdirdə yol polisi onu saxlayaraq, qaydalara uyğun protokol tərtib etməyə çalışıb.

Lakin cərimələndiyini görən sürücü səs-küy salaraq, yol polisləri ilə mübahisə etməyə başlayıb.

Daha sonra polisin işinə müdaxilə edən sürücüyə görə hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev sürücünün hazırda Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində olduğunu deyib.

Bildirib ki, faktla bağlı araşdırma aparılır:

Bakıda yol polisi ilə sürücü arasında qalmaqal - VİDEO




“Bu gün, 17 may 2018-ci il tarixində günorta saatlarında “Hyundai” markalı nəqliyyat vasitəsi Bəsti Bağırova küçəsi ilə hərəkətdə olan zaman 3.1, yəni “Giriş qadağandır” yol-nişan təlimini pozub. O, əks istiqamətdə hərəkətdə olduğu zaman yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü isə yol polisi əməkdaşlarının qanun tələbinə tabe olmayaraq, müqavimət göstərib. Bunun nəticəsində hadisə yerinə dərhal Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub və sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb.

Sürücü Bəsti Bağırova küçəsi ilə hərəkətdə olan zaman digər yol hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə də maneə yaradıb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az