t s

» » Bu gün Azərbaycanda Ramazan ayı başlayır

Bu gün Azərbaycanda Ramazan ayı başlayır

17-05-2018, 09:06 Yazar:  Eldar Baxılıb: 124 Çap et
Bu gün Azərbaycanda Ramazan ayı başlayır
Ramazan ayı başlayıb


Mediaxeberleri.Az
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayı münasibətilə verdiyi fitvaya istinadən xəbər verir ki, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edir və Ay göründüyü andan Ramazani-şərif başlayır.

Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

QMİ hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. Ramazan bayramı dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası xatırladır ki, Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək böyük günahlardandır və xəbərdarlığı nəzərə almayanlar barəsində ciddi tədbirlər görüləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:27 Ramazan ayı mayın 27-də başlayır - FƏTVA Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı Fətva verib. Mediaxeberleri.az-ın məlumatına görə, Fətvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
15:52 Ramazan ayı iyunun 7-də başlayır — Fətva Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, iclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib. Bu il Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr Bayramı)
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
15:11 Şeyx Azərbaycandakı məzhəb ayrılığından danışdı Dini Qurumlar üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az