t s

» » Danəndə Məhəmməd (Yaqubəliyev) - Olmadı

Danəndə Məhəmməd (Yaqubəliyev) - Olmadı

17-05-2018, 00:16 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 249 Çap et
Danəndə Məhəmməd (Yaqubəliyev) - Olmadı
Danəndə Məhəmməd (Yaqubəliyev) XlX- XX əsr el şairi.


Qazax adı eşidiləndə istər-istəməz hər kəsin xəyalına tanınmış şəxsiyyətləri, aşıqları, şairləri, sinədəftər insanları ilə ünlü olan gözəl bir diyar yada düşür.

Qazax mahalı əsrlər boyu Azərbaycan xalqının saz və söz məbədgahlarından biri olmuş, onun yetişdirdiyi istedadlı sənətkarlar poeziyamızın iftixarına çevrilmişlər.

Qazax mahalının yetişdirdiyi istedadlı sənətkarlar içərisində mahalın Qıraq Kəsəmən kəndində də təvəllüd tapan aşıq və el şairləri kifayət qədər olmuşdur. "Hamımıza yaxşı məlumdur ki, hər bir ölkə, hər bir bölgə, hər bir kənd öz görkəmli, məşhur övladları ilə tanınır. Belə qədim yaşayış məskənlərindən biri də Qazax mahalının Qıraq Kəsəmən kəndidir. Zənnimcə, Qıraq Kəsəmən kəndini sayılan, seçilən insanların, aşıqların və şairlərin müqəddəs beşiyi saymaq olar"

Danəndə Məhəmmədin (Yaqubəliyev) əlyazmalarında sadə və adi görünsə də belə, diqqətimizi çəkən bir nüansı da qeyd etməliyik. Çağdaş poeziyamızda yazılan şeirlərin sonluğunda qoyulan tarixlərə çox rast gəlinir. Bu isə son on illiklərin dəbidir desək yanılmarıq. Lakin xıx əsrə aid əlyazmada hər bir şerin sonluğunda qoyulan tarixlər şairin mütərəqqi bir şəxs olduğunu deməyə imkan verir.

Təssüflər olsun ki, belə istedadlı el şairinin şeirləri hələ ki, tam şəkildə toplanıb çap olunmamışdır.Danəndə Məhəmmədin (Yaqubəliyev) şeirlərini toplayıb çap etdirməyi özümüzün mənəvi borcu hesab edirik.





Çox axtardım həqiqəti,
Heç "gördüm" deyən olmadı.
Dərdlilərin dar günündə
Bir kimsə həyan olmadı.

Kef içində aga-bəylər,
Zillətdədir rəncbər-nökər.
Fəryad edər, nalə çəkər,
Bu Haqqa bəyan olmadı?

Danəndə tək deyil darda,
Divan harda, qanun harda?
Yazdılar da, pozdular da,
Yoluna qoyan olmadı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
23:35 Danəndə Məhəmməd - Çox axtardım həqiqəti, Heç "gördüm" deyən olmadı. Kəsəmən obasının dəyərli ağsaqqallarından olmuş, Danəndə Məhəmməd (Yaqubəliyev) öz dövrünün, istedadlı şairi kimi tarixə imza atmışdır. Mediaxeberleri.az xəbər verir ki, Danəndə Məhəmmədin (Yaqubəliyev) təvəllüd tarixi XlX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. O, öz zəmanəsinin ən böyük
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az