t s

» » Korda da vicdan olmalıdır

Korda da vicdan olmalıdır

16-05-2018, 16:50 Yazar:  Eldar Baxılıb: 763 Çap et
Korda da vicdan olmalıdır
(Söhbət Qazax RİH-nin başçısına qarayaxma kampaniyasından gedir)

Vicdan insanin ən ali xüsusiyyətlərindəndir. Ona görə də, vicdanlı insanlar həmişə həyatda sevilib, el arasında hörməti, nüfuzu olub. Vicdansız insan heç vaxt sevilməyib, onun əsli-nəsli də bu vicdansızlıqdan daim əziyyət çəkib. Bəzən belə bir misal da səslənir: “Kül sənin vicdansız başına”.
Mövzumuzun canı son günlər aqreesivləşmiş bəzi qələm əhlilərinin təmiz insanlara qarayaxma kampaniyasından gedir. Bəzən də düşünürsən ki, həyatda kor olan insan çalışır ki, dostu, özü kimi sirdaşı çox olsun. Həyatı dərk etmədiyi, görmədiyi üçün paxıllıq xisləti ona imkan vermir ki, görülən müsbət işlərə yaxşı desin.


Düz 3 gündən sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxa təyinatının 2 ili tamam olur. Həmişə ictimaiyyətə də bildirmişik ki, son 30 ildə Qazax rayonuna bu çür başçı gəlməyib. Rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, əhalinin sosial-rifah halının yaxşılaşması, yüzlərlə vətəndaşların iş yerləri ilə təmin olunması, şəhid ailələrinə, Qarabağ əlillərinə və müharibə veteranlarına olan diqqət və qayğı, rayon sakinlərinin ümumi və fərdi qəbulları, şikayətlərə vaxtında və yerində baxılıb həll edilməsi, təhsildə olan boşluğa son və sayagəlməz xidmətlər bunları deməyə əsas verir. İcra başçısının Qazaxda gördüyü yüksək səviyyəli bütün işlərə görə rayon camaatı qəlbən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Təsəvvür edin, bilin və agah olun. Bacarığı, qabiliyyəti, həssaslığı, diqqəti bir yana, Babaşov olduqca da mənən saf bir insandır.

Çox təəssüflər olsun ki, saytları və qəzetlərində boş yer qalmasını istəməyən, belə oğullarımıza daş atmaq niyyətində olanlar bilsin və agah olsun ki, Azərbaycanda 70 - dən yuxarı rayonun heç birində belə bir başçı yoxdur. Gecəsi-gündüzü olmayan, özünü hər bir vətəndaşın yanında hiss edən icra başçısı haqqında nəsə cəfəngiyat yazmaq bu Müqəddəs Ramazan ayında birbaşa yazanın özünə söyüşdür.

Saytlara boş-boş gədəlik edərək informasiya verənlər bilməlidir ki, sizin dar düşüncəli, bayağı “salaxanka” cümlələrinizə heç kim inan deyil. Babaşov artıq sağlığında ikən heykəlini Qazaxda ucaldıb. Bu gün Qazax tam rüşvətsiz, korrupsiyasız bir rayondur. Prezident cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti Qazax rayonunda yüksək tərzdə dəstəklənir, müdafiə edilir və həyata keçirilir. Saytlar informasiya verən boşboğaz nə ola özü-özünə sual verə ki, bəs mən nəyə qadirəm? Bir kimsənin əlindən tutub yolu keçirmişəmmi? Anam, bacım üçün nə işlər görmüşəm? İldə bir dəfəsə atama, anama, ölənlərimə “Quran” oxuda bilmişəmmi? Mənim yaşadığım eldə, obada, ailədə 1 qara qəpiksə hörmətim varmı? Əsla! Olsaydı təmiz, vicadanlı, pak və məğrur adamlara ləkə yaxmazdın.

Bu cür iftralar, böhtanlar, qarayaxmalara görə Azərbaycanda mətbuat tam ucuzlaşıb. Bunu nə Prezident etmir, nə də Mətbuat Şurasını sədri Əflatun Amaşov. Bunu mətbuata soxulmuş, ağızında bir cümlə çıxara bilməyənlər, ona-buna şər atanlar yardıb.
Bir sözü bilmək lazımdır ki, tutduğu mövqeyindən, əməlindən, əqidəsindən asılı olmayaraq hər bir təmiz adama söz atmaq, böhtanlar yağdırmaq olar. Buna vicdansız olamq lazım gələcək. Necə ki, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun gördüyü əvəzsiz işlərə ləkə yaxmaq kimi.

Bəlkə də, heç bu mövzudan söhbət açmaq olmazdı. Lakin biz bir yazar kimi deyil, qazaxlı kimi bu məsələnin üstündə dayanmalı olduq. Babaşovun rayonda gördklərindən biz də yararlanırıq. Necə? Yollara döşətdirdiyi asfaltda gəzirik, abadlıq-quruculuq işləri apardığı parklardaistirahət edirik, üzü gülən şəhid ailələrinə baxıb sevinirik, uzun müddətdi işsizlikdən ailəsinə bir parça çörək apara bilməyənlər indi apardığına görə şad oluruq, şikayətlərin yerindəcə həll olunmasından məmnun oluruq, uşaqlarımızın geniş, səliqəli, hər çür ərzaq məhsulları ilə təmin edilmiş baxçalarda xoş və şən səslərini eşidəndə ürəyimiz dağa dönür. Bu vicdanı olan insanlara bəs edir. Bəs vicdansızlara, çərənçilərə, “öz gözündə tiri görməyib, başqasında qıl axtaranlara necə?”

Vicdan alınmır, vicdan satılmır. Qeyd etdiyimiz kimi, hər şeyə vicdanla yanaşmaq, vicdanla iş görmək lazımdır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yerindədir, işləyir, çalışır, Prezident İlham Əliyevin millətinə, xalqına olan qayğısından ilhamlanaraq Qazax üçün əllərindən gələni əsirgəmir. Kor isə korluğunda, vicdansız isə vicdansızlığında qalır.

İlham Hacalı
Neymət Novruzlu
Vəkil Rüstəm




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az