t s

» » Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

16-05-2018, 15:56 Yazar:  Eldar Baxılıb: 90 Çap et
Azərbaycan əhalisinin sayı açıqlandı
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq, 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-i kənd yerlərində məskunlaşıb, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.

Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək, hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir.

Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
20:57 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
16:00 Azərbaycanda boşanmaların ŞOK SƏBƏBİ: QHT sədrindən ilginc açıqlama Mehriban Zeynalova: “Artıq bəzi ailələrdə üçüncü partnyorun tapılması faktı mövcuddur” 2017-ci il fevralın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6 100 nəfər və ya 0,1 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə bir kvadratkilometrə düşən
20:50 Azərbaycan əhalisinin sayı artdı Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 83,5 min nəfər və ya 0,9% artaraq oktyabrın 1-nə 9 milyon 676 min 500 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Mediaxeberleri.az-a verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az