t s

» » “Bu cür yollarla milyonlarla vəsait mənimsəyib” – Rəşid Mahmudovdan Səlim Müslümov haqqında SƏRT SÖZLƏR

“Bu cür yollarla milyonlarla vəsait mənimsəyib” – Rəşid Mahmudovdan Səlim Müslümov haqqında SƏRT SÖZLƏR

16-05-2018, 08:39 Yazar:  Firuzə Baxılıb: 105 Çap et
“Bu cür yollarla milyonlarla vəsait mənimsəyib” – Rəşid Mahmudovdan Səlim Müslümov haqqında SƏRT SÖZLƏR
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov 181 ölüyə pensiya yazılaraq, dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunda aparılan hesabata sərt münasibət bildirib.

Rəşid Mahmudov Sfera.az-a açıqlamasında deyib ki, Səlim Müslümov nazir olmamışdan əvvəl həbs həyatı yaşayan adam olub:
“Eşitdiyimə görə Səlim Müslümov nazir olmamışdan öncə həbs edilib. Görünür ki, bu adam elə əvvəlcədən yaxşı kadr olmayıb. Yaxşı kadr olsaydı, onu vəzifədən çıxartmazdılar”.

Tibb alimi Azərbaycanda mövcud pensiya qanunvericiliyini də tənqid edib:

“Əvvəlcə Azərbaycanda pensiyaya çıxmaq yaşı 62 idi. Sonradan bunu 65 etdilər. Sosial Müdafiə Fondu isə ölmüş adamların adına pul yazdırıb mənimsəyib. Misal üçün, indi qanuna dəyişiklik edilib, hər hansı adam 65 yaşında pensiyaya çıxa bilir. Təsəvvür edin ki, hər hansı bir insan işləyib çalışır, 64 yaşına qədər Sosial Müdafiə Fonduna pul köçürür, ancaq 65 yaşa çatmadan vəfat edir. Bəs onun ödədiyi pullar hara gedir? Qanunla o pullar ölən adamların ailələrinə verilməlidir. Sosial Müdafiə Fondu bu cür yollarla milyonlarla vəsait mənimsəyib. Mən bunu hələ Səlim Müslümov nazir olan vaxtı Milli Məclisin komitə sədri Hadi Rəcəbliyə də demişəm”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:20 “Gülənçilər ATU-ni “işğal edib””:“dini imanları puldur” “Özlərini hamıdan ağıllı sayan nurçular ATU-da təhsilə, elmə xəyanət yolunu tutub da, gələcəyimizə zərbə vurmaqdadırlar” “Qiyabiçi tələbələri rektorun “ovçuları kəməndə salır”” Xeberinfo.com: II müsahibə Bəs, ATU-ya Fətullah Gülən məktəblərindən gətirilmiş digər kadrlar özlərini nə dərəcədə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az