t s

» » “Dərman mafiyası” işi daha neçə deputatın “başını yeyəcək”?

“Dərman mafiyası” işi daha neçə deputatın “başını yeyəcək”?

16-05-2018, 08:29 Yazar:  Eldar Baxılıb: 98 Çap et
“Dərman mafiyası” işi daha neçə deputatın “başını yeyəcək”?
Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər vəzifəli şəxslərinin də olduğu “dərman mafiyası” ilə bağlı araşdırmalar davam edir. İşin içində ən müxtəlif təbəqələri əhatə edən şəxslər var. “Dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərinin adları siyahılaşdırılır.

AFN-in məlumatına görə, belə xəbərlər var ki, məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb. Bu isə o deməkdir ki, bir çox vəzifə sahiblərinin, səlahiyyətli şəxsin “başı” gedəcək. Ən son məlumata görə, DGK-in Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib. O, kiminlə işləyiblərsə, hər kəsin adını çəkəcəyini söyləyib. General-mayor bunun əvəzində şəxsi toxunulmazlıq və şərti cəza istəyir. Fikrət Qədiməliyevə mayın 8-də ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılıb.
Dövlət Təhlükəsizlik Xidmətinin ifşa etdiyi “dərman mafiyası” ilə işbirliyində təkcə Aydın Əliyevin adı hallanmır. İşin içində deputat da, məmur da var.
AFN-ə daxil olan xəbərər görə, işin içində adladı keçən deputatların kimliyi artıq bəllidir. Bir qədər diqqətli oxucular onlarla bağlı zatən mediadan çox məlumatlıdırlar. Hələlik ad çəkə bilməsək də, işə bağlılığı olduğu bildirilən bəzi detallar haqda redaksiyamıza məlumat verilib ki, bu da ölkənin dərman bazarında önəmli rol oynayan bir neçə firmanın (hansı ki, rəhbərləri hazırda Milli Məclis üzvüdür) prosesə cəlb olunacağını (bəlkə də artıq olunub-red.) ehtiva edir.
Onu da qeyd edək ki, bir müddət əvvəl AFN-ə ölkənin dərman bazarı uğrunda iki deputat arasında ciddi mübarizə getdiyi, onlardan birinin qalib gəlməsi nəticəsində bazarda pay nisbətinin onun xeyrinə kəskin dəyişdiyi haqda məlumat daxil olmuşdu. Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi detalları o məlumatla tutuşdurduqda “Dərman mafiyası” işinə cəlb olunacaq deputatların kimliyi daha da aydınlaşır. Yaxın günlərdə bu mövzuda ətraflı yazımız olacaq. Bizi izləyin.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:05 Gömrükçü general ev dustağı edildi – şok gəlişmə Aydın Əliyev yaxasını kənara çəkdi; qaçaq dərman satan şəbəkənin arxasından deputat Elmira Axundova çıxdı Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyə uzanan cinayət işi davam edir. “Yeni Müsavat”a daxil olan məlumata görə, Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fikrət
00:53 Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib - İTTİHAM Bu gün qeyri-neft sektorunun, əsasən də iqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, o cümlədən regionlarda yaşayan insanların məşğulluğunda
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
19:46 Özünün və oğlunun adı dələduzluqda hallanan deputat: “Uşaqlar, bəlkə bəsdi?” Elmira Axundova haqqında səslənən iddialara cavab verdi: “Fərman Məmmədovun yazdıqları ağ yalandır!” Xeyli müddətdir ki, mətbuatda deputat Elmira Axundovanın və oğlu Həbib Axundovun adları dələduzluqda, fırıldaqçılıqda, ayrı-ayrı vətəndaşları aldadaraq onların pullarını, əmlaklarını mənimsəməkdə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az