t s

» » Azərbaycan təhsilində biabırçılıq: - direktor məktəbdə alt paltarı satır

Azərbaycan təhsilində biabırçılıq: - direktor məktəbdə alt paltarı satır

15-05-2018, 21:32 Yazar:  Eldar Baxılıb: 211 Çap et
Azərbaycan təhsilində biabırçılıq: - direktor məktəbdə alt paltarı satır
Hacıqabul rayon Kolani kəndinin orta məktəbinin direktoru məktəbi təyinatından kənar istifadə edir.

AZXEBER.COM xəbər verir ki, bu haqda kənd sakinləri minval.info saytına məlumat veriblər. Onlar iddia edirlər ki, sözügedən məktəbin direktoru Arifə Əliyeva həyat yoldaşı Həbib Əliyevlə birgə məktəb daxilində bazar açıb.

İddialara görə, Arifə və Həbib Əliyevlər ailəsi məktəbin idman paltar dəyişmə otağını marketə çevirib. Üstəlik Əliyev ailəsi bu əməlini 7 ildir ki, yoxlanışa gələn Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Rayon Gigiyena İdarəsindən ustalıqla gizlədə bilir. Dövlət qurumlarından yoxlama gələndə bu qanunsuz bufetin qapı və pəncərəsini bağlayırlar.

Bildiyiniz kimi, orqanizminin inkişaf dövründə olan məktəblilərin düzgün qidalanması üçün məktəb bufetlərində bir çox məhsulun satışı qadağandır. Bufet piştaxtalarında zərərli qida məhsulları deyil, meyvə, süd məhsuları və s. yerləşdirilir. Ancaq bu məktəbin qanunsuz bufetində icazə verilməyən nə varsa satılır.

Məktəblilər dondurmanı, cipsini vitrində görəndə könlündən keçir. Buna görə də, məktəb direktoru bu bufetdən yaxşı qazanc əldə edə bilir. Sakinlər bildirir ki, hətta bir müddət öncə direktor ailə biznesini bir az da böyüdüb "bufetdə” qadın alt paltarları satışını həyata keçirməyə başlayıb. Ancaq böyük narazılıq yarandığı üçün, həmin malları oradan yığışdırıb.

Övladları həmin məktəbdə təhsil alan valideynlərin sözlərinə görə, direktorun həyat yoldaşı Həbib Əliyev Kür su kəməri idarəsinin ştatda olan işçisidir, ancaq işə getmək yerinə məktəb daxilindəki bazarı idarə edir.

Həmçinin, valideynlər dəfələrlə Hacıqabul rayon Təhsil Şöbəsinə şikayət etsələr də, görünür şöbənin işçilərinin də burada marağı olduğu üçün açıq bazara göz yumurlar.

Valideynlər övladlarının sağlamlığına zərər vuran qida məhsullarının məktəbdən yığışdırılmasını, direktorun məktəbə bazar deyil, təhsil ocağı kimi yanaşmasını istəyirlər.

Məsələ ilə bağlı Hacıqabul Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Onlara şikayətlə bağlı məlumat verib, açıqlama almağa cəhd etdik. Telefona cavab verən xanım əməkdaş 15 dəqiqə sonra zəng vurmağımızı istədi. Amma 15 dəqiqə sonra növbəti zəngimizə heç kim cavab vermədi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:52 Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür. Virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
19:12 Universitet bufetlərində qiymətlər od tutub yanır: Tələbələr narazıdır Dolların bahalaşması fonunda manatın ucuzlaşması Azərbaycanda iqtisadi çətinliklər yaradıb və bu çətinliklər özünü qiymətlərin bahalaşmasında daha aydın şəkildə göstərir. Mövcud inflyasiyadan ən çox əziyyət çəkən təbəqə isə tələbələrdir. Mediaxeberleri.az-ın xəbərinə görə, bu faktı nəzərə alaraq
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az