t s

» » Rusiya məhkəməsi Anar Allahverənovun atasının təsadüfi yol qəzası nəticəsində öldüyü qənaətinə gəlib

Rusiya məhkəməsi Anar Allahverənovun atasının təsadüfi yol qəzası nəticəsində öldüyü qənaətinə gəlib

15-05-2018, 08:48 Yazar:  Eldar Baxılıb: 110 Çap et
Rusiya məhkəməsi Anar Allahverənovun atasının təsadüfi yol qəzası nəticəsində öldüyü qənaətinə gəlib
Rusiyanın Xabarovsk vilayətinin Jeleznodorojnı məhkəməsi Azərbaycan vətəndaşının ölümünə səbəb olan taksi sürücüsü barəsində hökm çıxarıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Hadisə 16 yanvar 2018-ci il tarixində "Kərpic zavodu" dayanacağı yaxınlığında məşhur rusiyalı idmançı Andrey Draçovun ölümündə ittiham olunan azərbaycanlı Anar Allahverənovun atası Əliyar Allahverənov piyada zolağından keçən zaman baş verib.

İstintaq və məhkəmə müəyyən edib ki, yol-nəqliyyat hadisəsi sərnişin daşımaq ilə pul qazanan 25 yaşlı kişinin günahı ucbatından sırf təsadüf nəticəsində baş verib və burada heç bir qisas almaq niyyəti olmayıb.

Hadisə baş verən zaman mərhumun oğlu istintaq təcridxanasında olub və səs-küyə səbəb olan məhkəm prosesini gözləyib. Anar məşhur idmançı Andrey Draçovu xuliqanlıq zəminində öldürməkdə ittiham olunur. Buna görə də, təqsirləndirilən şəxsin atasının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini izah edən versiyalardan biri kimi, ilk növbədə, intiqam almaq fərziyyəsi nəzərdən keçirilib. Ancaq istintaq mərhələsində bu versiya öz təsdiqini tapmayıb.

Məhkəmənin hökmü ilə taksi sürücüsü 3 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəf cənazənin Azərbaycana aparılması və dəfn xərclərinin ödənilməsi məqsədi ilə taksi sürücüsünə qarşı daha bir məhkəmə iddiası qaldırmaq niyyətindədir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:28 Bakı küçələri ermənilərin nəzarətinə keçir – Taksi ilə gələn “bomba” - ARAŞDIRMA - Fotolar "Yandex.Taksi" şirkətinin Azərbaycanda fəaliyyətə başlayacağına dair xəbərlər ölkə mətbuatında az qala işıq sürətilə yayıldı. “Yandex.Taksi” Azərbaycana gəlir” kimi başlıqlı xəbərlərdə bu şirkətin göstərəcəyi xidmətlərdən və hətta bu vaxta qədər Azərbaycanda görünməmiş sistemin tətbiq olunacağından
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:03 Gəncə İdmanında görünməmiş saxtakarlıq Ağacan Əbiyev: “ Mən İntiqam Hüseynov adlı boksçu, eləcədə “Əməkdar məşqçi” tanımıram” Saxtakarlığa imza atan nazirlər isə susur Qəzetimizin ötən sayında “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə Filialının direktoru İntiqam Hüseynovun saxta yollarla qaçqın statusu və “əməkdar məşqçı” adına
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az