t s

» » Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

15-05-2018, 08:02 Yazar:  Eldar Baxılıb: 129 Çap et
Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
“Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu sahədə parlamentlərarası dostluq qruplarının üzərinə böyük iş düşür”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Azərbaycan və Gürcüstanın əsas qanunverici orqanlarının parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin Tbilisidə keçirilən görüşündə səslənib.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əflatun Amaşov deyib ki, Azərbaycan tərəfi əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Parlamentlər arasında əlaqələrin daha da dərinləşməsinə böyük ehtiyac var. Gürcüstana səfərin əsas məqsədi də bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri deyib ki, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığa dair müzakirə olunmalı çoxlu məsələlər var. Gürcüstan parlamenti hökumət üzvləri ilə bu məsələni müzakirə edib. Biz qərara gəlmişik ki, bu sahədə səylərimizi daha artıraq. İnanırıq ki, bu əməkdaşlıq bütün sahələrdə münasibətlərimizin inkişafına və möhkəmlənməsinə xidmət edəcək.

Görüşdə, iqtisadi-ticarət, mədəni və humanitar sahələrdəki vəziyyət, Böyük İpək yolu, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin əməkdaşlığımızın daha da genişlənməsinə, regional əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:03 İşğalçının Gürcüstanı Azərbaycandan ayırmaq planı Ermənistan prezidentinin dekabrın 25-dən Gürcüstana başlayan iki günlük səfəri Azərbaycanda da həssaslıqla izlənilir. Söhbət ondan gedir ki, işğalçı ölkənin rəhbəri Azərbaycanın yaxın müttəfiqlərindən biri olan Gürcüstana ölkəsini xilas etmək məqsədilə gedir. İki dövlət arasında əlaqələrin normalda
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
00:55 3 ölkə Ermənistana mesaj verdi "Bu yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər" Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya
15:07 Üç ölkə biznes forum keçirdi - Forumda 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib Batumidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. İqtisadiyyat və Sənaye

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az