t s

» » İntihar edən şagirdin vida məktubu - Bir ay əvvəl atası ölmüşdü...

İntihar edən şagirdin vida məktubu - Bir ay əvvəl atası ölmüşdü...

14-05-2018, 23:25 Yazar:  Eldar Baxılıb: 110 Çap et
İntihar edən şagirdin vida məktubu - Bir ay əvvəl atası ölmüşdü...
Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.

Mediaxeberleri.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib. O bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:

"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm" yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik".



Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko"ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi".

N. Bayramov əlavə edib ki, P. Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
23:11 Bacısı ilə cinsi əlaqədə olan oğlan - "Onun hərəkətlərindən ehtiraslandım" “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim” Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Hadisə 2012-ci ildə baş verib. Həmin ilin iyul ayında Rəvan
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az