t s

» » Hesablama Palatası hərəkətə keçdi: Daha bir qurum yoxlanılır

Hesablama Palatası hərəkətə keçdi: Daha bir qurum yoxlanılır

14-05-2018, 22:41 Yazar:  Eldar Baxılıb: 82 Çap et
Hesablama Palatası hərəkətə keçdi: Daha bir qurum yoxlanılır
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.

Mediaxeberleri.az
-ın xəbərinə görə, Hesablama Palatası “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, bu ilin aprelin 2-dən yuxarıda adı çəkilən qurumda nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı”na uyğun olaraq həyata keçirilir”, - deyə məlumatda vurğulanıb.

Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az