t s

» » Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTOLAR

Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTOLAR

14-05-2018, 22:24 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 350 Çap et
Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTOLAR
Bu gün də qadınların sevə-sevə istifadə etdiyi təbii ipəkdən hazırlanan məhsullar dəbdədir. İpəyin alınmasında isə ipəkqurdlarının baramalarından istifadə olunur. İpəkçiliyin ən qədim vətəni olan Azərbaycanın müxtəlif yerlərində barama qurdları yetişdirən şəxslərə və müəssisələrə rast gəlmək mümkündür. İpəkqurdları yetişdirən şəxslər barama hazır olduqdan sonra baramaları ipəkçilik müəssisələrinə təhvil verirlər. Əgər baramalar vaxtında boğulmazsa, ipəkqurdu kəpənəyə çevirilib baramanı deşərək uçur.

Mediaxeberleri.az
xəbər verir ki, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində, ipəkqurdları və barama yetişdirilir. Həmin ipəkqurdlarını yetişdirən Həmid Şükürov bunun çətin və əziyyətli bir iş oduğunu qeyd edir. Bu gün ölkəmizin əksər bölgələrində olduğu kimi Ağstafada da baramaçiliq sahəsi sürətlə inkişaf edir. Ağstafalı baramaçı Həmid Şükürov bu il yüksək məhsuldarlığın əldə edilməsini və gözlədiyini bildirir.

Mediaxeberleri.az saytı ağstafalı baramaçıyla söhbəti təqdim edir.

-Həmid müəllim, ipək qurdlarını yetişdirərkən hansı çətinliklər çəkirsiniz?


- Yarpaq tapmaq bir az çətin məsələdir. Onları qidalandırma və təmizləmə əziyyətli işdir.


- Təqribən nə qədər yarpaq yeyirlər?


- Onlarda 4 yuxu olur. Birinci yuxuda balaca olurlar. Yuxudan ayılan kimi yeməyə başlayırlar. Çox yeyirlər. Hər yuxudan ayıldıqda əvvəlkindən daha çox yarpaq yeyirlər. Məsələn, əvvəl 2 dəfə yarpaq verirdimsə, 4-cü yuxudan ayılandan sonra 4-5 dəfə yarpaqlar dəyişilir. Həmçinin bu yarpaqlar düz yerdə olmamalıdır və elə qoyulmalıdır ki, ipəkqurdları yuxarı qalxıb barama qura bilsinlər.



- İpəkqurdlarının yetişdirilməsində kimlərsə sizə kömək edirmi?


- Ailə üzvlərim kömək edir. Yarpaq tapılmasında,onun təmizlənməsində köməklik göstərirlər.


- Barama yetişdirməyin ən maraqlı cəhəti nədir?


- Həqiqətən çox maraqlı prosesdir. Mən də əvvəllər bilmirdim. Artıq mən onun canlı şahidi oldum ki, qurd baramaya necə çevirilir. Bu da mənimçün çox maraqlıdır.

Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTOLAR
Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTOLAR
Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTOLAR
Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:43 Qıraq Kəsəmən kənd ərazisində “Gələcəyimiz üçün ağac əkək” aksiyasında 700 ədəd "Xan Çinarı" əkilib Ağstafa rayonunun, Qıraq Kəsəmən kənd ərazisində 50 nəfər könüllü olmaqla ümumilikdə 70 nəfərin qatıldığı ağacəkmə aksiyasında 700 ədəd "Xan Çinarı" ağacı əkilib və ətraf mühitin mühafizəsinə töhfə verilib. Bildirək ki, Aksiya "Qala Bozu Ocağı" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Qıraq
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az