t s

» » "Bununla bağlı nazirliyə müraciət etmişəm" - GİLEY

"Bununla bağlı nazirliyə müraciət etmişəm" - GİLEY

14-05-2018, 21:40 Yazar:  Məmməd Məmmədov Baxılıb: 80 Çap et
"Bununla bağlı nazirliyə müraciət etmişəm" - GİLEY
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində insident baş verib.

Mia.az-a daxil olan məlumata görə, şöbənin müdiri İntiqam Əliyevlə fondun əməkdaşı Mübariz Şükürov arasında gərginlik yaşanıb. Bu barədə saytımıza açıqlama verən M.Şükürov bildirib ki, müdirlə aralarında baş verən gərginliyə səbəb saxtakarlığa qarşı çıxması olub:

"Mən, Şükürov Mübariz Kamal oğlu, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində sosial müavinətlər üzrə məsləhətçi vəzifəsində çalışıram. İdarələr birləşəndən sonra şöbənin rəhbəri İntiqam Əliyev mənə qarşı qərəzli hərəkətlər etməyə başladı. Arada heç bir əsas olmadan məni işdən uzaqlaşdırdı, amma mən səbrli davrandım. Səbəb də odur ki, mən bu sahəni çox yaxşı bilirəm, camaata kömək edirəm, ona görə də hamının mənə müsbət münasibəti var. Bu münasibət də onda qıcıq yaradır. Bu saat rayonda sorğu eləsəniz, bir nəfər məndən narazı olmaz, amma İntiqam Əliyevdən bir nəfər razı adam tapmazsız. Sonuncu dəfə aramızda yaranan gərginlik isə saxta bir işlə bağlıdır. Belə ki, burda "makler” fəaliyyəti göstərən də Taryel Şirinli adlı bir şəxslə İntiqam Əliyevin bir saxta işinin üstünü açdım. Həmin vaxt burda yoxlama da var idi, onlar da etiraf elədilər ki, müdir saxtakarlığa yol verir. Bununla bağlı nazirliyə müraciət etmişəm”.

M.Şükürov onu da bildirib ki, qurumda baş verənlərlə bağlı yeni nazir Sahil Babayevə 3 dəfə teleqram vurub.

"Amma təəssüf ki, nazirlikdən şikayətin araşdırılması üçün ərizə İntiqam Əliyevin üzərinə yönəldilib. Mən bu adamın saxtakarılğından şikayət edirəm, o necə ədalətli qərar verə bilər? Mayın 12-də saat 11.55-də idarədə oldum, İnqtiqam Əliyev mənin üstümə hücum çəkərək dedi ki, səni həbsə göndərəcəm. Mən isə ona saxtakarlıq etdiyini demişəm və bunu sübut etmətə çalışmışam. O isə mübahizə zamanı mənə külqabı atdı, yaxşı ki, dəymədi. Başa düşmürəm, 40 ilin işçisinə niyə külqabı atılmalıdır, təhdid edilməlidir? Cənab nazirdən də xahişim odur ki, bu məsələnin araşdırılaraq ədalətli qərar verilməsini təmin etsin”, – deyə müsahimiz fikrini tamamlayıb.

Məsələylə bağlı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyevlə əlaqə saxlanılıb. O, işçisinin dediklərinin əsassız olduğunu deyərək, M.Şükürovun özüylə danışmağı məsləhət görüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az