t s

» » Kremldən Paşinyana ilk "hədiyyə" - MİXAİL LEONTYEV ÜZR İSTƏDİ

Kremldən Paşinyana ilk "hədiyyə" - MİXAİL LEONTYEV ÜZR İSTƏDİ

14-05-2018, 09:10 Yazar:  Eldar Baxılıb: 79 Çap et
Kremldən Paşinyana ilk "hədiyyə" - MİXAİL LEONTYEV ÜZR İSTƏDİ
Rusiyanın “Rosneft” şirkətinin mətbuat katibi Mixail Leontyev Ermənistanda baş verən hadisələr barədə “Komsomolskaya pravda” radiostansiyasının efirində işlətdiyi ifadələrə görə üzr istəyib. Virtualaz.org xəbər verir ki, Leontyev Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək ondan və erməni xalqından “hədsiz emosional və yolverilməz şərhlərinə görə” üzrxahlıq edib.

Mixail Leontyev Ermənistanda Nikol Paşinyanın başçılıq etdiyi etiraz hərəkatını şərh edərkən bunu Rusiyaya qarşı xəyanət adlandırmışdı. Bildirmişdi ki, Rusiya Ermənistana görə Azərbaycanla münasibətlərini zərbə altında qoyub. Hansı ki, Rusiya olmasaydı nə Ermənistan adında dövlət, nə bir erməni qalmazdı. (Bax: http://virtualaz.org/reyler/117798)

Leontyevin bu çıxışı Rusiyadakı erməni diasporunu bərk qəzəbləndirib. Rusiya Erməniləri İttifaqı onun və proqramın digər aparıcılarının barəsində Baş prokurorluğa, prezident Vladimir Putinə şikayət edib. Bir neçə gün əvvəl isə ermənilər “Komsomolskaya pravda”nın redaksiyasına hücum etmişdilər. Lakin Leontyev öz mövqeyini dəyişməmişdi və növbəti dəfə ermənilər, Ermənistan haqda fikirlərinə haqq qazandırmışdı. (Bax: http://virtualaz.org/uzbeuz/117802)

İndi Nikol Paşinyanın Putinlə Soçidə bu gün baş tutacaq ilk görüşü ərəfəsində Leontyevi üzr istəməyə məcbur ediblər. Hansı ki, Leontyev o vaxt əslində öz mövqeyini deyil, Kremlyönümlü dairələrin mövqeyini ifadə edirdi. Rusiya Ermənistanda baş verən hadisələrə rəsmən müdaxilə etməsə də Kremlyönümlü dairələr “qərbmeylli Paşinyanın hakimiyyəti devirməsini” Moskvanın maraqlarına təhdid sayırdılar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az