t s

» » Taekvondoçumuz ikiqat Avropa çempionu olub

Taekvondoçumuz ikiqat Avropa çempionu olub

14-05-2018, 08:10 Yazar:  Eldar Baxılıb: 80 Çap et
Taekvondoçumuz ikiqat Avropa çempionu olub
Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

Mediaxeberleri.az-ın verdiyi məlumata görə, +87 kq-da çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, dağıstanlı legionerimiz Radik İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və Olimpiya çempionluğu da var.

Onu da bildirək ki, Azərbaycan taekvondoçuları Avropa çempionatından vətənə üç medalla qayıdır. Belə ki, iranlı legionerimiz Milad Beiqi Hərçəqani (80 kq) və dağıstanlı Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
07:58 Xaricdə tər axıdan azərbaycanlı İDMANÇILAR Bir neçə gün bundan əvvəl Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal alması hər iki qardaş ölkənin ümumi sevincinə çevrildi. Doğrudur, ortada təəssüfləndirici meyarlar da var idi ki, bu da xüsusilə Azərbaycan mediasında
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az