t s

» » Sürücülük vəsiqəsi ilə bağlı yenilik: Qaydalar dəyişdi

Sürücülük vəsiqəsi ilə bağlı yenilik: Qaydalar dəyişdi

13-05-2018, 14:05 Yazar:  Eldar Baxılıb: 186 Çap et
Sürücülük vəsiqəsi ilə bağlı yenilik: Qaydalar dəyişdi
Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.

Mediaxeberleri.az
xəbər verir ki, bundan sonra imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.

Belə ki, indiyədək sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilib.

Dəyişikliyə əsasən, bundan sonra sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.

Beləliklə, sürücülük vəsiqəsini yeniləmək istəyən şəxs ilk növbədə barəsində tərtib olunmuş cərimə protokollarını ödəməlidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:11 Sürücülük vəsiqəsini neçəyə almaq olar? Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
21:32 Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik – Artur Rasizadənin QƏRARI Baş nazir Artur Rasizadənin qərarı ilə “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilib. Mediaxeberleri.az xəbər verir ki, əsasnaməyə
10:55 Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi Dəyişiklik martın 1-dən qüvvədədir Daxili İşlər Nazirliyi “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimata dəyişiklik edib. İndiyə
21:50 Sürücülərin nəzərinə: Dəyişikliklər qüvvəyə mindi İnzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndəriləcək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə minib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, qanuna aşağıdakı məzmunlu dəyişikliklər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az