t s

» » Sabiq müdafiə naziri : Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir

Sabiq müdafiə naziri : Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir

13-05-2018, 13:13 Yazar:  Firuzə Baxılıb: 165 Çap et
Sabiq müdafiə naziri : Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir
Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi məsələsilə bağlı fikirlərini təhlükəli adlandırıb.

“Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirlərilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Lakin onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”, – oxu.az xəbər verir ki, bunu Sarkisyan “Ararat” qəzetində verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, baş nazir bəyan edib ki, Ermənistan münaqişə tərəfidir:

“Belə bir iddia ilə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağda təklükəsizliyinin təminatçısı kimi, danışıqlar tərəfdaşı kimi tanıyır. Münaqişə tərəfi kimi deyil. Bu, pis nəticələnə bilər.

Həmçinin baş nazirin danışıqlar prosesində Ermənistan deyil, “Dağlıq Qarabağ Respublikası” (DQR) çıxış etməlidir, deməsi də anlaşılmazıdır. Belə çıxır ki, danışıqlar zamanı Ermənistan ayrı, "DQR" ayrı çıxış edəcək? İndiyə qədər bu, belə olmayıb. Daha sonra isə baş nazir danışıqlar üçün yeni yanaşmadan bəhs edib.

Ola bilsin ki, bu, ön şərtdir. Yəqin ki, baş nazir “DQR” olmadan son qərara nail olunmaz, bildirmək istəyib. Bu mövqe dəfələrlə eks prezident Serj Sarkisyan tərəfindən səsləndirilib. Həmçinin bu yanaşma ATƏT-in Minsk Qrupu həmsədr-ölkələri tərəfindən də dəstəklənir”, - deyə eks nazir bildirib.

Həmçinin sabiq nazir Paşinyanın “DQR”in beynəxalq tanınması ilə bağlı mövqeyini də “anlaşılmaz” adlandırıb:

“Ermənistan hər zaman bəyan edib ki, statusun beynəxalq tanınması nizamlanla prosesinə də uyğun olmalıdır. Hər zaman tanınma ilə bağlı qətnamələri “DQR” xalqı üçün hörmət əlaməti olaraq alqışlamışıq. Lakin heç vaxt təşəbbüskar kimi çıxış etməmişik”.

Onun sözlərinə görə, baş nazirin bəyanatlarında danışıqlar prosesindən xəbərsizlik hiss olunur:

“Misal üçün, sülhməramlıların yerləşdirilməsi məsələsinin heç zaman gündəmdə olmaması ilə bağlı iddia. Sülhməramlıların yerləşdirilməsi məsələsi bir sıra sənədlərdə, o cümlədən Madrid prinsiplərində öz əksini tapıb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:09 Xəbərdarlıq öz sözünü deyir – işğalçının daha iki hərbi obyekti məhv edildi İrəvan addım-addım danışıqlardan imtina edir; Sərkisyanın ardınca erməni general da Madrid prinsiplərini rədd edən mövqe sərgilədi; rəsmi Bakı referendum şərtinin əksini tapan Madrid sənədindən imtina edə bilərmi? ATƏT-in baş katibi Lamberto Zanyerin Ermənistana səfərindən dərhal sonra işğalçı
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:21 "Jurnalistlərimiz cəbhədəki gərginliyə həssas və peşəkarcasına yanaşdılar" - Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin AZƏRTAC-a müsahibəsi - Ramiz müəllim, ekspertlər 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri ən ciddi gərginlik halı kimi
19:38 Ramiz Mehdiyev: “Azərbaycan xalqı torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: “Azərbaycan ordusu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev AZƏRTAC-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir:

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az